İstifadəçi müzakirəsi:Araz Yaquboglu/Arxiv/2

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından

Mətnlər[redaktə]

Salam, Araz bəy. Bura əlavə etdiyiniz mətnlərdən əvvəl çap olunmayanı var?--Emin ismarış 17:52, 21 fevral 2014 (UTC)[cavabla]

Salam Emin. Mənə aid mətnləri soruşursuzsa çalışıram ki, çap olunan məqalə və ya şeirləri bura əlavə edim. Qaldı digər yazarların mətlərinə — Vikipediyada olan qeyri ensiklopedik hissəni bura keçirir və vikidən silirəm. --Araz Yaquboglu (talk) 07:53, 22 fevral 2014 (UTC)[cavabla]

Xahiş[redaktə]

Salam, Araz bəy. Əlavələriniz üçün təşəkkürlər. Sizdən bir xahişim olacaq. Daha əvvəl də bu barədə yazmışam sizə. Əlavə etdiyiniz mətnlərin daha əvvəl çap olunmuş olmasına və Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında da qeyd olunmuş "Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır." maddəsinə mümkün qədər diqqət yetirin. Gələcəkdə burada ciddi işlər başlananda problemlər yaranmasın deyə. Məni anlayışla qarşılayacağınıza ümid edirəm.--Emin ismarış 16:06, 1 İyun 2014 (UTC)

Salam cəfakeş həmkarım Emin bəy. Dediklərinizdən belə anladım ki, 1944-cü ilə qədər vəfat etmiş müəlliflərin əsəri yüklənməlidir. Yaxşı bəs əgər 70 il məsələsindən kənara çıxsaq istifadə edilmiş mənbə kimi kitabı və ya link göstərsək mətn yükləmək olarmı? --Araz Yaquboglu (talk) 06:18, 2 İyun 2014 (UTC)
Əslində yükləmək olmaz. Amma indi ciddi tələblər qoysaq, Vikimənbə inkişaf etməyəcək. Gərək müəlliflik hüququ ilə bağlı icazə alınsın. 1944-cü ildən sonra vəfat edənlərin müəlliflik hüququ icazəsini necə almaq olar bilmirəm. Siz əlavə etdiyiniz hal-hazırda yaşayan şəxslər əsərlərinin burada yerləşdirilməsinə razılıq vermələri haqda mənə e-mail yazsalar, yaxşı olardı.--Emin ismarış 10:05, 2 İyun 2014 (UTC)

Kateqoriya[redaktə]

Salam Emin bəy. İstəyirəm çoxdan aralı düşdüyüm, az-az daxil olduğum Vikimənbədə müəyyən qədər çalışım. Son günlərdəki redaktə və dəyişikliklərinizi gördüm, yaxşıdır və razıyam. Bir məsələni deyim ki, fikrimcə Müəllif:Kimsə səhifəsinə Kateqoriya:Kimsə əlavə olunsa yaxşı olardı. Çünki belə olanda hər iki səhifə bir-birilə əlaqəli olacaq və ordan-ora keçmək rahat olacaq. Birdəki bəlkə elə bir-başa Müəllif sözlərini yığışdıraq ad qalsın digər vikilərdəki kimi. --Araz Yaquboglu (talk) 07:35, 21 noyabr 2014 (UTC)[cavabla]

Salam, Araz bəy. Hər zaman Sizi burada görməyə şadam :) Kateqoriya:Kimsə formasında olan kateqoriyalar çox güman ki, silinəcək. Müəllif səhifələri mövcud olduqdan sonra o kateqoriyalara ehtiyac yoxdur, ona görə Müəllif səhifələrinə əlavə etmirəm. "Müəllif" ad fəzası demək olar bütün Vikimənbələrdə mövcuddur.--Emin ismarış 15:52, 21 noyabr 2014 (UTC)[cavabla]

Məsləhət[redaktə]

Salam Samral bəy. Fəaliyyətinizi alqışlayıram. Xaiş edirəm yaratdığınız səhifələrə kateqoriya əlavə etməyi unutmayın. Məsələn mən sizin yeni yaratdığınız səhifələrdən birində etdim. Ona baxa bilərsiz. Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/36-cı xütbə. --Araz Yaquboglu (talk) 09:12, 30 noyabr 2014 (UTC)[cavabla]

Araz Yaquboglu o məqalələrə nəinki kateqoriya çox şey əlavə edəcəm. Hələ ki iş gedir. Diqqətiniz üçün təşəkkür edirəm.--samral müzakirə 21:04, 1 dekabr 2014 (UTC)[cavabla]

Sərraf Şiruyə[redaktə]

Emin bəy salam. Sərraf Şiruyənin şeirlərini niyə sildiniz. Müəllif hüququ pozuntusu səbəbdirsə o tipli səhifələr çoxdu axı. --Araz Yaquboglu (talk) 09:41, 6 dekabr 2014 (UTC)[cavabla]
Salam, Araz bəy. Düzdür çoxdur, yavaş-yavaş silinəcək onların hamısı. Sərraf Şiruyə ilə başlamağım sadəcə təsadüf idi. Statistikanın 3000-dən aşağı düşməməsi üçün birdən birə hamısını silmirəm.--Emin ismarış 09:43, 6 dekabr 2014 (UTC)[cavabla]

Müəlliflik hüququ[redaktə]

Salam həmkar. Bu tipli səhifələrdə müəlliflik hüququ necədi? --Araz Yaquboglu (talk) 07:16, 7 dekabr 2014 (UTC)[cavabla]

Salam. Məqalələr də müəlliflik hüququ ilə qorunur.--Emin ismarış 08:12, 7 dekabr 2014 (UTC)[cavabla]

Kateqoriyalar[redaktə]

Araz müəllim, salam. Fəaliyyətiniz üçün çox sağ olun. Amma kateqoriyaları çox şaxələndirməyə ehtiyac yoxdur. Onilliklərə görə əsərlər kifayət edir, şeirlər, gəraylılar parçalamayaq hələ ki. Digər vikilərə baxıram, onlarda da elə kateqoriyalar yoxdur. Yorulmayasınız, uğurlar!--Emin ismarış 13:18, 13 dekabr 2014 (UTC)[cavabla]

Salam Emin bəy. Necə deyirsiz elə olsun. Amma ki digər vikilərdə gəraylı, təcnis olmaya bilər. Çünki bir çox millətlərin ədəbiyyatında bu növlər yoxdur. Bu Azərbaycan, türk, Şərq ədəbiyyatına xas şeirlərdir. --Araz Yaquboglu (talk) 13:24, 13 dekabr 2014 (UTC)[cavabla]
Kökdən kateqoriyaları yaradıb sonra şaxələndirərik, belə qarışıqlıq ola bilər. Ana kateqoriyaları sistemləşdirsək, sonrakılar problem olmayacaq.--Emin ismarış 13:27, 13 dekabr 2014 (UTC)[cavabla]
Məncə qlobal kateqoriyalara tək-tək şeirləri əlavə etməkdənsə elə Abbas Səhhətin şeirləri kateqoriyası əlavə olunmalıdır. Məsələn belə: Kateqoriya:Orta dövr şeirləri. Oxucu o kateqoriyada istədiyi şairin şeirini tapmaqda çətinlik çəkəcək. --Araz Yaquboglu (talk) 14:45, 13 dekabr 2014 (UTC)[cavabla]
Müəllif səhifələrində bölmələrdə olacaq əsərlərin adı. Elə kateqoriyalara ehtiyac yoxdur.--Emin ismarış 14:58, 13 dekabr 2014 (UTC)[cavabla]

Buraya baxın. Axı orada şairin əsərləri mən yaratdığım kateqoriyalar kimi kateqoriyalardadır. --Araz Yaquboglu (talk) 15:13, 13 dekabr 2014 (UTC)[cavabla]

Onlarda müəllif ad fəzasına da rast gəlmədim. En vikini nümunə götürmək daha məqsədəuyğundur, bir də indi bizim vikipediyada istifadə olunan kateqoriya sistemi ilə uyğunlaşdırmaq lazımdır.--Emin ismarış 15:20, 13 dekabr 2014 (UTC)[cavabla]