İstifadəçi müzakirəsi:Cekli829

Vikimənbə saytından
Jump to navigation Jump to search
Crystal ksmiletris.pngXoş gəlmisiniz, Cekli829!

Salam, Cekli829, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Burada hekayələr, şeirlər və s. yazılır.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya Signature button.png imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Nuvola apps important yellow.svg
Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Emin 10:14, 10 Iyul 2009 (UTC)

Təşəkkür[redaktə]

Qısa müddətdə VikiMənbədə gördüyünüz işləri yüksək qiymətləndirirəm. Fəaliyyətiniz təqdirəlayiqdir. Sükanı belə saxlayın! Uğurlar! --Cekli829 12:09, 17 yanvar 2011 (UTC)

Dəyməz. Ümidvaram ki, bu sadəcə bir başlanğıcdır. --Vugar 1981 12:11, 17 yanvar 2011 (UTC)

İnşallah, sonu çox möhtəşəm olar! --Cekli829 12:12, 17 yanvar 2011 (UTC)

İnşallah. --Vugar 1981 12:15, 17 yanvar 2011 (UTC)

İdarəçi namizədi[redaktə]

Salam Vugar 1981. Vikimənbədə idarəçi olmaq istəyirsinizsə, mən Sizi məmnuniyyətlə dəstəkləyirəm. Təklif edirəm ki, namizədliyinizi verin. Uğurlar! --Cekli829 11:06, 12 fevral 2011 (UTC)

Təşəkkür edirəm. --N KOzi 11:27, 12 fevral 2011 (UTC)

Səsvermə[redaktə]

İdarəçi seçkisində Sizə uğurlar arzu edirəm! --Cekli829 05:35, 14 fevral 2011 (UTC)

Təşəkkür. --N KOzi 05:36, 14 fevral 2011 (UTC)

Cekli Ordeni[redaktə]

Cekli Ordeninə görə çox çox təşəkkür edirəm. Mütəəsirəm. --N KOzi 06:15, 14 fevral 2011 (UTC)

Şablon[redaktə]

Salam, Cekli. Xoş gəldin şablonunu istifadə edərkən imza qoymağa ehtiyac yoxdu. imza şablonun daxilində var. Sadəcə olaraq {{subst:Xg}} əlavə etmək kifayətdir.--Eмϊn >> 16:31, 18 fevral 2011 (UTC)

Dəyərli informasiyaya görə təşəkkür edirəm! --Cekli829 09:21, 19 fevral 2011 (UTC)

Kateqoriya:VikiKitab:Mənbəsiz məqalələr[redaktə]

Vikimənbədə belə bir kateqoriyaya ehtiyac varmı? --Cekli829 12:48, 18 fevral 2011 (UTC)

Mütləq. VikiMənbə adından da göründüyü kimi yalnız mənbəsi olan, harada isə nəşr olunmuş məqalə, kitab və digər əsərlər üçün nəzərdə tutulmuşdur. Heç bir yerdə çap olunmayan və ya harada çap olunduğu göstərilməyən əsərlər VikiMənbədən silinməlidir. Heç bir yerdə çap olunmayan əsərlər VikiKitabda yerləşdirilə bilər. --Irada 18:35, 19 fevral 2011 (UTC)

Əslində o kateqoriyanıbn adı necə olmalıdır? Kateqoriya:VikiKitab:Mənbəsiz məqalələr yoxsa Kateqoriya:VikiMənbə:Mənbəsiz məqalələr? --Cekli829 06:09, 21 fevral 2011 (UTC)

16 mart saat 12:00[redaktə]

Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cekli829 10:17, 3 mart 2011 (UTC)

Vallah indidən dəqiq deyə bilmərəm. Amma görüşə qatılmaq istərdim. --Vugar 1981 14:39, 3 mart 2011 (UTC)

Salam. İştirak etməyi çox istərdim. Amma iştirak edə bilməyəcəyəm.--Eмϊn >> 14:49, 4 mart 2011 (UTC)

Sysop[redaktə]

Təbrik edirəm! Sysop oldun! Xeyirli olsun! --Cekli829 10:21, 5 mart 2011 (UTC)

Bahəm qardaş! Bahəm! Daha uğurlu nəticələrə inşallah! --Vugar 1981 10:23, 5 mart 2011 (UTC)
Elə bu nəticə də Sizin sayənizdə oldu! Sizə yekə bir təşəkkür düşür! Uğurlar! --Cekli829 10:45, 5 mart 2011 (UTC)

Vikipediyaya keçidlər[redaktə]

Salam Eminn. Kələkbaz qırızlılar məqaləsindəki keçidləri niyə silmisən? --Cekli829 06:44, 10 mart 2011 (UTC)

Salam, Cekli. Burada vikipediyaya keçidin olması düzgün deyil. Vikipediyada məqalələrdə bura keçid olmadığı kimi burdakı mətnlərdə də ora keçid olmamalıdır. Belə çıxır ki, nə haqqındasa vikipediyada da məqalə olmasa, o adda burda əsər olsa keçid olmalıdır?--Eмϊn >> 08:34, 10 mart 2011 (UTC)

Səhv yerdəyişmə[redaktə]

Salam. Bu səhifənin adını dəyişdirmisən. Amma elə olur ki bir müəllifin eyni adda 2 və ya daha çox əsəri olur. Bunu dəqiqləşdirmək üçün həmin əsərin adında mötərizədə birinci misradan nümunə yazılır. Buna görə redaktəni geri qaytardım.--Eмϊn >> 15:24, 23 İyun 2011 (UTC)

Məqalənin adını dəqiqləşdirmədən əvvəl internetdə kiçik bir araşdırma apardım. Amma Abdulla Şaiqin Tülkü və aslan adlı başqa bir əsərinin olduğu faktına rast gəlmədim. Məhz o səbəbdən müvafiq dəyişikliyi etdim. Amma indi gördüm. Yeri gəlmişkən, məqalənin adını sizin versiyanız saxlanılmaq şərtilə və mötərizələr arasına - ikinci mötərizənin açılmasından əvvəl boşluq əlavə etməklə yenidən dəyişdirirəm. Çünki məqalənin adında birinci mötərizənin açılmasından əvvəl boşluq qoyulmuşdur (doğru), ikinci mötərizənin açılmasından əvvəl isə boşluq qoyulmamışdır (yanlış). --►Cek Li Taranmesaj 06:34, 24 İyun 2011 (UTC)

Razıyam.--Eмϊn >> 16:56, 25 İyun 2011 (UTC)

OK. Təşəkkür! --►Cek Li Taranmesaj 07:33, 28 İyun 2011 (UTC)

Qayda[redaktə]

Adətən mənə qarşı olan bütün kampaniyalarda iştirak edərək, məni Vikiqaydaları pozmaqda ittiham edirsiz. Amma özünüz bəs niyə Vikiqaydalara əməl etmirsiniz? Niyə Azərbaycandilli layihədə Azərbaycan dilinə hörmətsizlik edirsiniz? Xarici dillərdə olan məqalələrin burada saxlanılması ilə bağlı hər hansısa bir qərar qəbul oluna bilərmi? Qətiyyən yox. Mən Sizi Vikiqaydaların aliliyinə hörmət etməyə dəvət edirəm. --►Cek Li Taranmesaj 08:14, 29 sentyabr 2011 (UTC)

Mən heç bir kompaniyada iştirak etməmişəm. Hansısa məsələdə kimləsə mövqeyim üst-üstə düşürsə, bu kompaniya sayılmamalıdır. Dilə hörmət eləmək barədə danışmasan, yaxşıdır. Mən dilimı hər yerdə hörmət edirəm. Elə yazdığın kiçik mesajda nə qədər səhv etmisən. Azərbaycanca vikilayihədə işləmək üçün dili bilmək lazımdır. Dilimizdəki ən sadə qaydaları bilmirsən. Öyrənməyə çalış. Ermənicə Vikimənbədə belə mətnlər olsaydı, nümunə götürməyə çalışardınız. Bu mətnlərin vikimənbədə qalmağında hələlik heç bir problem yoxdur.--Emin | mesaj 09:59, 29 sentyabr 2011 (UTC)

Absurd ittihamlar irəli sürməkdə davam edirsiniz. Yazdığım mesajda hansı səhvləri etmişəm? Azərbaycan dilini mükəmməldən də yüksək səviyyədə bilirəm! Məni bu mövzuda ittiham etməyə heç bir kəsin zərrə qədər də olsun mənəvi haqqı yoxdur! O mətnlərin Vikimənbədə qalması Vikimənbə idarəçilərinin Vikiqaydaları nə səviyyədə bildiklərini sübut edir! --►Cek Li Taranmesaj 10:15, 29 sentyabr 2011 (UTC)

Sizin mənə "Dilimizdəki ən sadə qaydaları bilmirsən. Öyrənməyə çalış." deməyiniz təhqirdir. Buna şəxsən Sizin idarəçi olaraq haqqınız yoxdur! --►Cek Li Taranmesaj 10:17, 29 sentyabr 2011 (UTC)

Yazsam da, başa düşməyəcən :) Kampaniya yox kompaniya olmalıdır. "İştirak edərək" ifadəsindən sonra vergül olmamalıdır. "Bilmirsən, öyrənməyə çalış" dedim və əsaslandırdım. Təhqir hardadı?--Emin | mesaj 10:21, 29 sentyabr 2011 (UTC)

Hər halda qammaz deyiləm. Guya 2 səhv tapmısız. Amma məhz Sizin istinadlarınız SƏHVDİR. "Kampaniya" sözü üçün sübutum da var. 2006-cı ildə nəşr olunmuş "Azərbaycan dilinin izahlı lüğəti"nin 2-ci cildinin 635-ci səhifəsində də "kampaniya" yazılıb. Mənə iradlar bildirməkdənsə, özünüzü təkmilləşdirməyinizi Sizə məsləhət görürəm. Təhqirin harada olduğunu isə yuxarıda Sizə bildirmişəm. --►Cek Li Taranmesaj 10:38, 29 sentyabr 2011 (UTC)

Məktublar[redaktə]

Salam, Cekli. Əlavə etdiyin məktubların adlarını indiki formada yox, yəni "Məktub:XXXX" yox "XXXX məktubu" formasında yazmağını təklif edirəm. Çünki qeyd etdiyin formada ad fəzası vikimənbədə yoxdur. Digər vikilərdə də rast gəlməmişəm buna.--Emin ismarış 14:43, 27 yanvar 2014 (UTC)

Əleyküm salam. Bunu bugzillada həll etmək olar. Ora müraciət edib yeni ad fəzası açılsa, heç bir problem qalmaz. Mümkünsə, hələlik belə qalsın. Vikimənbə inkişaf etdikcə belə problemləri də ümumi ortaq qərar ilə aradan qaldıra bilərik. Hörmətlə, --►Cekli829 07:10, 28 yanvar 2014 (UTC)
Yeni ad fəzasına da ehtiyac duymuram mən. Məktublar üçün ayrı ad fəzası niyə açılsın ki? Onda gərək ayrıca "fərman", "sərəncam" və s. ad fəzaları üçün də müraciət edək. Bunlar da səhv eləmirəmsə, ümumi mətn sayına təsir etmir. Hələlik bu formada qalması ciddi problem deyil.--Emin ismarış 12:10, 28 yanvar 2014 (UTC)
Adlar fəzasının dəyişilməsi bugzillaya aid bir məsələdi. Məsələn, Vikikitabda müxtəlif adlar fəzası (Vikiuşaq, Resept və s.) mövcuddur. İdeya varsa, gerçəkləşməsi də mümkün ola bilər. Əgər gələcəkdə bəhs olunan məqalələrdə ad dəyişiləcəksə, o zaman bu üçü arasında seçim etmək lazımdır:
"Məktub:XXXX"
"XXXX məktubu"
"XXXX" --►Cekli829 05:15, 29 yanvar 2014 (UTC)
Məktublar üçün ayrıca "kateqoriya ağacı", şablonlar yaratmaq lazımdır. Amma tamam başqa ad fəzasında olmasına ehtiyac yoxdur, məncə. Vikikitabda "resept" ad fəzası da gərəksizdir, məncə. Onu da müzakirə etmək olar layihənin özündə.--Emin ismarış 14:55, 29 yanvar 2014 (UTC)

Mükafat[redaktə]

Salam həmkar. Məni Cekli Ordeni ilə təltif etdiyiniz üçün təşəkkür edirəm. --Araz Yaquboglu (müzakirə) 05:25, 10 aprel 2015 (UTC)

İdarəçilik[redaktə]

Salam Araz müəllim. Uzun zamandır ki, fəaliyyətinizi diqqətlə izləyirəm. Mütəmadi olaraq Vikimənbədəki aktivliyinizi və "az.wikipedia"da zəngin idarəçilik təcrübəsinə malik olduğunuzu əsas götürərək, Sizə idarəçi statusunun verilməsi ilə bağlı səsvermənin keçirilməsini uyğun hesab edirəm. Əgər etirazınız olmazsa, səsverməni başlatmaq istərdim. İnanıram ki, bu layihənin hazırda yeganə idarəçisi olan hörmətli həmkarımız Eminn təklifimə etiraz etməz. Hörmətlə, --►Cekli829 08:08, 19 aprel 2015 (UTC)

Salam Cekli. Xoş sözləriniz və etimadınız üçün minnətdaram. Əslində VikiMənbə mənə çox doğmadır. Vaxtım olduqca fəaliyyət göstərirəm. Və fəaliyyətimdə də idarəçi olmamağım o qədər də problem yaratmır. Son Vikigörüşdə Samral bəy də belə bir təklif səsləndirmişdi. Yenə də fikirlərinizə hörmətlə yanaşıram və idarəçimiz Eminn bəyin də razılığı olarsa, o zaman səsvermə başlatmağınıza etiraz etmirəm. --Araz Yaquboglu (müzakirə) 08:13, 20 aprel 2015 (UTC)

Təbrik[redaktə]

Salam Araz müəllim. İdarəçi statusu almağınız münasibətilə Sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə, --►Cekli829 12:42, 30 İyul 2016 (UTC)

Diqqətiniz üçün çox sağ olun. Qismət olsa inşallah yaxşı hədəflərim var. --Araz Yaquboglu (müzakirə) 13:30, 30 İyul 2016 (UTC)