Məzmuna keç

Şah və dehqan

Vikimənbə saytından
Şah və dehqan
Müəllif: Seyid Əzim Şirvani


Bir şahənşahi-asimandərbar
Etdi fəsli-şitadə1 əzmi-şikar.
Gecə düşdü uzaq imarətdən,
Ehtiyat eylədi mərarətdən.2
Gördülər var xaneyi-dehqan,
Meyl qıldı o xanəyə soltan.
Dedilər: - Ey şəhi-büləndəxtər,
Beyti-dehqanı şah edərmi məqərr?3
Şahsən, qeyrə iltica etmə,
Mənzilin xaneyi-gəda etmə.
Burda xeymə quraq, yaxaq atəş,
Dəfi-sərma qılar meyi-biqəş.
Qurdular xeymə, tutdular aram,
Mərdi-dehqanə oldu hal elam.
Bir qədər mahəzər qılıb saman,
Gətirib ərz qıldı: - Key sultan,
Gər olaydın bu bikəsə mehman,
Şənüvə yetməz idi bir nöqsan.
Qoymadılar bu qövmi-danişmənd,
Qədri-dehqan ola cahanda bulənd.
Gəldi çün padşahə xoş bu kəlam,
Köçdü, anın evində qıldı məqam.
Sübh çün yetdi növbəti-nehzət,
Verdi dehqanə nemətü xələt.
Qıldı dehqan müşayiət şahi,
Dedi: - Ey bürci-izzətin mahi,
Qədri-sultanə yetmədi nöqsan,
Oldu gər bir əkinçiyə mehman.
Leyk dehqanın oldu qədri bülənd,
İltifat etdi şahi-dövlətmənd.
Yetdi dehqan bu feyzi-üzmayə -
Ki, hüma saldı başına sayə.
Bir daşı rəşki-ləli-nab etdin,
Zərrəni misli-afitab etdin.