Şirvanşah Mənuçöhrün tərifi
Görünüş
Şirvanşah Mənuçöhrün tərifi Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Soltan |
O böyük xaqandır mənim pənahım,
Xaqani haqq qalmış daima ondan.
O bir Məhəmməddir, Həssanı mənəm,
Onu mən tanıram, məni də xaqan.
Bu gün söz mülkünün mənəm hakimi,
Şaha bu qüdrətim olmuşdur əyan.
Bəli, hər qızılın meyarı vardır,
Onu bilər məhək, tərəzi, mizan.
İncə mənaları ağıl dərk edər,
Qol bilər ki, necə möhkəmdir kaman