Məzmuna keç

Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")

Vikimənbə saytından
Əksimə ("Zahidin əksimə düşcək nəzəri-xudbini")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Zahidin əksimə düşcək nəzəri-xudbini –
Görür ayineyi-safımda о bir bidini;
Zənn edər əqli-qəsirilə о mənhus mənəm,
О mənə lə’nət edər, mən deyərəm amini;
Gec-tez, əlbəttə, kəsər bir bu qədər lə’nət onu,
Yerdə qalmaz mənim aminim, onun tə’lini.