Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun
Görünüş
Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun
Nuri-həq dideyi-xudbininə zülmət görünür;
Qoy bu ayinəyə ol paknəzər baxsın ki,
Bütün əşyadə ona nuri-həqiqət görünür.