Əmərəm ləblərini ta nəfəsim var mənim
Görünüş
Əmərəm ləblərini ta nəfəsim var mənim Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Əmərəm ləblərini ta nəfəsim var mənim,
Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Gəldi qammı töküb yar qurtarsın qəmdən,
Şükr lillah ki, könül, dadrəsim var menim.
Bənd-bendim keselər eylemerem terki-fəğan,
Qoy nəva ney tək edim ta nəfəsim var mənim.
Mürği-baği-mələkutem qəfəsi-çərxe esir,
Bu əcəb teng olan gör qəfəsim var menim.
Bikəsəm alem əra, derdü qemindən özgə,
Nə həvadarü nə yaverü nə kəsim var mənim.
Etmişəm gerçi bu dəm aləmi-nasutü vətən,
Ey könül, böylə deyil, pişü pəsim var mənim.
Karivan getdi, könül, qafil edirsen nalə,
Dembədem naləvü bəngi-cərəsim var mənim.
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.