Məzmuna keç

Ər və arvad/Birinci pərdə

Vikimənbə saytından
Ər və arvad. Birinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
İkinci pərdə


Vaqe olur M ә r c a n b ә y i n otağında; otaq Avropa qaydasında düzәlmişdir. Musiqi çalınır. M ә r c a n b ә y tәk; pәrdә qalxır.
 
M ә r c a n b ә y--
 
Mәn bir kişiyәm, düşmüşәm arvadın әlinә, (2 dәfә)
Әldәn qoya gәr dolayacaq mәni dilinә, (2 dәfә)
Bәs mәn nә edim kim, qurtarım böylә bәladan;
Tәxlisi-giriban elәyim cövri-cәfadan. (2 dәfә)
 
(M u s i q i)
 
Allah sәni vursun, belә arvad, belә arvad! (2 dәfә)
Kim etdi sәni mәn fәqirә tuş, a bәdzad? (2 dәfә)
Saldı çatını dar boğazıma, mәni boğdu,
Eylәdi mәnim zәhmәtimi on dәfә min qat. (2 dәfә)
 
(M u s i q i)
 
Nәzr eylәmişәm, iş düşә arvadı boşayam, (2 dәfә)
Çünki başqa әlacı yoxdur, boşamasam çatlaram.
Heç bilmirәm, amma, nә kәlәk mәn gәlim ona, (2 dәfә)
Tәrs kimi, kәbin pulu da beş min manat yazılıb.
Bәs mәn nә edim kim, hәmi arvadı boşayım,
Hәm dә kәbin pulu cibimdә qalsın,
Hәm dә yenә bir arvad alım, sözümә baxsın. (2 dәfә)
 
M i n n ә t x a n ı m (tәlәsik daxil olur)--Bu saat mәnә de gorum, udmusan, yoxsa uduzmusan?... Tez ol!
M ә r c a n b ә y (özünü itirib)--Udmuşam! Yox.... Belә uduzmuşam! Yox, mәn qumar oynamamışam ki, udam, ya uduzam, әvvәla. İkiminciyә qalan yerdә, çox da udmuşam, ya çox da uduzmuşam, sәnә nә?
M i n n ә t x a n ı m (qeyzlә)--Mәnә nә? Mәnә nә?...
M ә r c a n b ә y (lap özünü itirir)--Mәsәlәn deyirәm!
M i n n ә t x a n ı m--Çıxart bu saat cibindәki pulları mәnә ver!
M ә r c a n b ә y--Әcәb ekspropriatorsan, "ruki verx"!
M i n n ә t x a n ı m--Tez ol, işim var!
M ә r c a n b ә y--İşin var, get işinә! Ancaq mәndәn әl götür. Cibimdә beş-altı şahı var, o da özümә lazımdır. Bu gün müsәlman qәzetәsi alıb oxuyacağam. Daha bundan sonra mәn millәtpәrәst olmuşam.
M i n n ә t x a n ı m--Bura ver pulu! Mәn özüm aldıraram, oxuyarsan.
M ә r c a n b ә y--Minnәt! Sәnin bu cürә hәrәkәtin çox pis hәrәkәtlәrin birisidir. Heç bilirsәn bu cürә hәrәkәtlәrin adına rusca nә deyirlәr? Bu hәrәkәtlәrә deyirlәr: vmeşatelstvo vo vnutrennie dela, yәni mәnim öz mәxsusi işimә sәn qarışırsan. Qoymursan ki, mәn öz işimi özüm görüm. Canım, mәn sәni aldım ki, mәnә arvad olasan, nәinki üstümdә qәyyum! Mәnә qәyyum lazım deyil. Allaha şükür, hәddi-büluğa çatmışam, ağlım başımdadır. Özüm dә camaat arasında sayılan bir kişiyәm; belә olan surәtdә sәnin nә haqqın var ki, mәnim cibimә girәsәn?
M i n n ә t x a n ı m--İndi belәmi, Mәrcan?! Belәmi? Çox әcәb! Zәrәr yoxdur. Bir dә sәn mәndәn pul istәsәn, onda özün bil! Xudahafiz!
 
(Tez gedir.)
 
M ә r c a n b ә y--De görüm, ay camaat! Tutubdur ki, gәrәk ciblәrini soyam. Bu nә kәlәk idi mәn ozumu sald?m, ay camaat!... Bu nә kәlәk idi? Pulun ola, malın ola, amma arvad sәnә göz verә, işıq vermәyә?
 
(M u s i q i)
 
Nәzr eylәmişәm, iş düşә arvadı boşayam, (2 dәfә)
Çünki başqa әlacı yoxdur, boşamasam, çatlaram.
Heç bilmirәm, amma, nә kәlәk mәn gәlim ona, (2 dәfә)
Tәrs kimi, kәbin pulu da beş min manat yazılıb.
Bәs mәn nә edim kim, hәmi arvadı boşayım,
Hәm dә kәbin pulu cibimdә qalsın.
Hәm dә yenә bir arvad alım, sözümә baxsın. (2 dәfә)
 
M u s i q i: tarda şur çalınır, K ә r b ә l a y ı Q u b a d daxil olur.
 
K ә r b ә l a y ı Q u b a d--Sәlamünәleyküm.
M ә r c a n b ә y--Ay әleykümәssalam.
K ә r b ә l a y ı Q u b a d--Ağanın kefi-әhvalı necәdir?
M ә r c a n b ә y--Sağ olasan, Kәrbәlayı, çox yaxşıdır. (Kәnara). Başıma bir yaxşı fikir gәlibdir, görüm mәnim arvadımı bu kişi ala bilәrmi?
 
(M u s i q i)
 
M ә r c a n b ә y--Kәblә Qubad, gәl bәri!
K ә r b ә l a y ı Q u b a d--Baş üstә, baş üstә.
M ә r c a n b ә y--Bir qulaq ver sәn mәnә!
K ә r b ә l a y ı Q u b a d--Baş üstә, baş üstә.
M ә r c a n b ә y--Mәn sәnә söz söylәyim.
K ә r b ә l a y ı Q u b a d--Sәn buyur, sәn buyur.
 
M ә r c a n b ә y diqqәtlә K ә r b ә l a y ı Q u b a d ı n üzünә baxır.
 
M ә r c a n b ә y--Mәnә bir söylә görüm, Kәrbәlayı Qubad, Qubad, neçә dәnә arvadın var, ay neçә dәnә arvadın var? Tez söylә görüm!
K ә r b ә l a y ı Q u b a d--Bir danә!
M ә r a d a n b ә y--Tәk bircә danә?
K ә r b ә l a y ı Q u b a d--Bir danә.
 
M ә r c a n b ә y--
 
Bәs necәsәn, Kablayı, sәn?
Bәs necәsәn, Kablayı, sәn!
İstәyirsәnmi sәnә bir danә arvad alım, ay!
Özü dövlәtli ola!
 
K ә r b ә l a y ı Q u b a d--Özü dövlәtli ola?...
M ә r c a n b ә y--Yaxşı pulu var, dövlәti var!
 
K ә r b ә l a y ı Q u b a d--
 
Yaxşı pulu var, dövlәti var?
Al, sәnә mәn qurban olum. (2 dәfә)
 
M ә r c a n b ә y--Kәrbәlayı Qubad! Sәn özün bilirsәn ki, bir arvad ilә kişinin ömrü keçmәyir; ona görә kişiyә heç olmasa iki danә arvad lazımdır. Belәdir, belә deyil?...
K ә r b ә l a y ı Q u b a d--Doğrudan da, mәnim dә ağlım kәsir ki, iki arvad salahdır. Әlbәttә, kişinin hәr bir lәvazimatı iki olsa dәxi yaxşı olar. Buna kimin bir sözü ola bilәr.
M ә r c a n b ә y--Yox, mәndәn sәnә әmanәt! Arvadını hәmişә iki saxla, kişi olan şәxsin arvadı gәrәk qoşa ola vә "Molla Nәsrәddin" jurnalı әbәs yerә bu barәdә danışmır.
K ә r b ә l a y ı Q u b a d--Belә görürәm ki, bәy, fәrmayişatın hamısı doğrudur. Mәsәlәn, mәnim, üzüm ayağının altına, eyb olmasın, bir danә arvadım var; özü dә kәnddә; demәli, mәn şәhәrdә lap tәk qalmışam. Әlbәttә, әgәr bir arvadım da şәhәrdә olsa idi, heç halıma tәfavüt eylәmәzdi. Halbuki indi halıma bәrk tәfavüt eylәyir. Bәy, tәvәqqә eylәyirәm ki, bu biәdәb sözlәrimi bağışlayasınız.
M ә r c a n b ә y--Zәrәr yoxdur, doğru sözdür ki, danışırsan. İndi mәn özüm dә niyyәt eylәmişәm ki, iki danә arvad alam, indi mәn istәyirәm ki, әvvәlcә öz arvadımı boşayam; çünki mәn bu arvadı heç istәmirәm.
K ә r b ә l a y ı Q u b a d--İstәmirsәn, boşa! Daha nәyә mәәttәlsәn?
M ә r c a n b ә y--Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, kәbin pulunu beş min manat yazdırmışam.
K ә r b ә l a y ı Q u b a d--Әcәb sözdür, kәbin pulu nәdir, zad nәdir? Bir-iki dәfә üzünә baxma, inciyib onda özü deyәr ki, kәbinim halal, canım azad.
M ә r c a n b ә y--Vallah, onun özü mәni o qәdәr incidib ki, az qalmışam özüm deyәm ki, kәbinim halal, canım azad, mәndәn әl çәk.... (Bu әsnada qapıdan sәs gәlir). Dur gedәk o biri otağa, burada bizi pusarlar.
 
Gedirlәr; M i n n ә t x a n ı m daxil olur.
 
M i n n ә t x a n ı m--
 
Mәnim adım Minnәtdir;
Yerim burda cәnnәtdir.
Tәzә ayı gördükdә
Mәnә baxmaq sünnәtdir. (2 dәfә)
Gәl mәni gör, dәrdimdәn öl!
Mәnim adım Minnәtdir;
Gәl mәni gör, dәrdimdәn öl!
Yerim burda cәnnәtdir.
 
(M u s i q i)
 
Sizә doğrusun deyim,
Әrimin başı yoxdur.
Ağlı yoxdur axmağın,
Qәdrimi bilmir, bilmir. (2 dәfә)
Gәl mәni gör, dәrdimdәn öl!
Mәnim adım Minnәtdir;
Gәl mәni gör, dәrdimdәn öl!
Yerim burda cәnnәtdir.
 
(M u s i q i)
 
Belә fikri vardır kim,
Mәni boşasın, özgәsin alsın.
Onu bilmir ki, axmaq,
Belә fikri müşküldür. (2 dәfә)
Gәl mәni gör, dәrdimdәn öl!
Mәnim adım Minnәtdir;
Gәl mәni gör, dәrdimdәn öl!
Yerim burda cәnnәtdir.
 
(M u s i q i)
 
M ә r c a n b ә y tez daxil olur
 
M ә r c a n b ә y--
 
Bu nә sәs küydür burda?
Qonağım vardır orda.
Sәsin düşüb hәr yana,
Çığırırsan, ay ... arvad!
 
M i n n ә t x a n ı m (gedir o tәrәfә)--
 
Әcәb eylәyirәm mәn,
İstәmirsәn, çıx get sәn.
Qulağına pambıq tut,
Boynuna sal ağ kәfәn. (2 dәfә )
Gәl mәni gör, dәrdimdәn öl!
Mәnim adım Minnәtdir;
Gәl mәni gör, dәrdimdәn öl!
Yerim burda cәnnәtdir.
 
M ә r c a n b ə y acıqlı-acıqlı çırtıq vurur.
 
M i n n ә t x a n ı m--İndi buyura bilәrsәn. Buyura bilәrsәn! (Gedә-gedә). Buyur, buyur, buyur!
M ә r c a n b ә y--Tfu!...
M i n n ә t x a n ı m--Tfu!...
M ә r c a n b ә y--Tfu!... (Gedir).
M i n n ә t x a n ı m--Tfu!... (Gedir.)
S ә f i (daxil olur)--Tfu!... Süpürәk!
M ә r c a n b ә y (Kәrbәlayı Qubad ilә daxil olurlar)--Tfu!... Balam, gedәk o biri otağa. (Gedirlәr).
S ә f i--Bu canım ölsün ki, bularda bir kәlәk var; gedim görüm nә danışırlar.
 
Gedir dallarınca. M i n n ә t daxil olur vә tez yüyürüb pәrdәnin dalında gizlәnir.
 
M ә r c a n b ә y (daxil olur, dalınca Kәrbәlayı Qubad әvvәlki qәrar ilә)--Balam, orada olmadı, gәl yenә burada danışaq. İndi, Kәrbәlayı, mәn istәyirәm ki, arvadımı boşayam, ona görә dә....
S ә f i (daxil olur)--Bәy, çay gәtirim?
M ә r c a n b ә y--Allahu Әkbәr! (Çığırır). Gәdә, rәdd ol! Bir dә bu otağa girmә, xәlvәt sözüm var. (Nökәr gedir). Mәnim arvadımın kәbin pulu beş min manat elәyir, әgәr bu beş min manatı....
S ә f i (daxil olur)--Ağa, istәyirsiniz qapıları daldan bağlayım?
M ә r c a n b ә y--Pa atannan, yeri, gәdә yiyәsi! A gәdә, qoçaq, mәn sәni çağırmayınca sәn bu otağa girmә!
S ә f i--Baş üstә, ağa. (Gedir).
M ә r c a n b ә y (qapılara qulaq asıb, sonra deyir)--İndi mәn bilmәyirәm ki, arvadımı nә tövr boşayım.
K ә r b ә l a y ı Q u b a d--Nә qayırım, arvad mәnim olaydı, görәydin ki, nә tövr boşayırdım.
M ә r c a n b ә y--Bu cürә arvadı sәn dә boşaya bilmәzdin.
K ә r b ә l a y ı Q u b a d--Xeyr, boşayardım.
M ә r c a n b ә y--Yaxşı, nә tövr edәrsәn?
K ә r b ә l a y ı Q u b a d--Onu mәn bilirәm, sәnә demәrәm vә bir dә mәn arvad almağın da yolunu bilirәm, boşamağın da, amma siz oxumuşlar o cürә şeylәri dürüst bilmәzsiniz. Sizin bu cürә sәriştәniz olmaz.
M ә r c a n b ә y--Yaxşı, sәn heç uxajivat elәmisәn ki, belә danışırsan?
K ә r b ә l a y ı Q u b a d--Elәmişәm, amma bilmirәm ki, uxajivat nәdir, çünki urusca savadım yoxdur.
M ә r c a n b ә y--Kәrbәlayı Qubad, indi ki, sәn, belә mahir kişisәn, gәl bir iş eylәyәk.
K ә r b ә l a y ı Q u b a d--Nә is?...
M ә r c a n b ә y--Bax, әgәr mәn arvadımı boşasam, onda gәrәk beş min manat kәbin pulu verәm. Amma әgәr sәn bir iş görә bilsәn ki, arvadım mәnә deyә kәbinim halal, canım azad vә mәndәn çıxıb gedә, onda sәnә iki min manat nәqd pul verәrәm. Anladınmı nә deyirәm?
K ә r b ә l a y ı Q u b a d--Nә üçün, heyvan ki, deyilәm, yaxşı anlayıram.
M ә r c a n b ә y--Bacararsanmı?
K ә r b ә l a y ı Q u b a d--Bacararam. Ancaq bunu bil ki, iki min manat çox azdır.
M ә r c a n b ә y--Paho, nә danışırsan? İki min manat iyirmi danә yüzlük elәyir.
K ә r b ә l a y ı Q u b a d--Bәy, qorxuram zәrәr eylәyim, çünki kәnddәki arvadım çox bәdzat şeydir, sәn gәl beş yüz manat da artır.
M ә r c a n b ә y--Zәrәr yoxdur, iki min beş yüz manat olsun!
K ә r b ә l a y ı Q u b a d--Allah sәnә ömr versin, indi, bәy, olmazmı ki, bu işi notarius әli ilә eyliyәk?
M ә r c a n b ә y--Yaxşı, o da mümkündür. Gedәk notariusun yanına; ancaq de görüm nә tövr edәcәksәn?
K ә r b ә l a y ı Q u b a d--Sәn bir iş eylә ki, mәn bu otaqda arvad ilә bir dәfә görüşüm, vәssәlam. Ondan sonra sәnin işin yoxdur.
M ә r c a n b ә y--Elә bu?...
K ә r b ә l a y ı Q u b a d--Elә bu, vәssәlam.
M ә r c a n b ә y--Di onda gedәk. (Gedirlәr).
M i n n ә t x a n ı m (pәrdәnin dalından çıxır)--Bәs belә, Mәrcan, bәs belә; mәni iki min beş yüz manata satmaq istәyirsәn? Ha ... ha ... ha.... Bәs belә, Mәrcan! Mәni iki min beş yüz manata satmaq istәyirsәn? İndi görәk kim bәdzatdır; sәn, yoxsa mәn? (Çağırır). Sәfi! Sәfi!
S ә f i (daxil olur)--Nә buyurursan, xanım?
M i n n ә t x a n ı m--Gülpәrini tez buraya çağır.
 
N ö k ә r gedir. Musiqi.
 
G ü l p ә r i (daxil olur)--
 
Nәdir dәrdin sәnin, xanım? (2 dәfә)
Sәnә nә olub, sәnә nә olub,
Sәnә nә olub, kefsizsәn? (2 dәfә)
 
(M u s i q i)
 
M i n n ә t x a n ı m--
 
Mәnim dәrdim var, Gülpәri!
Sәnә söylәyim dәrdimi;
Ona sәn bir әlac eylә (2 dәfә)
Mәnim dәrdimin dәrmanı
Әrimi aldatmaqlıqdır.
Mәnә nә olub, mәnә nә olub,
Mәnә nә olub, bildinmi? (2 dәfә)
 
Gülpәri, mәnim әrim istәyir ki, mәni iki min beş yüz manata satsın.
 
G ü l p ә r i--Buy, allah o cürә әrin başına bir daş salsın!
M i n n ә t x a n ı m--Qarğış elәmә. Tәqsir әrimdә deyil.
G ü l p ә r i--Bәs kimdәdir?
M i n n ә t x a n ı m--Tәqsir әrimin başındadır ki, içindә beyin yoxdur.
G ü l p ә r i--Bәs mәn dә deyirәm ki, başına daş salsın, özünә ki, demirәm.
M i n n ә t x a n ı m--Bax, Gülpәri, sabah bura bir kişi gәlәcәkdir. Onda sәn üzünü bәrk-bәrk tutub vә burada otur; o kişi başlayacaq sәni tovlamağa vә deyәcәkdir ki, gәl sәni alım, onda sәn dә deginәn yaxşı. Ancaq gәrәk әrimdәn boşanam sonra.... O kişi sәnә hәr nә desә razı ol, bacararsanmı?
G ü l p ә r i--Elә bacararam! Hanı o bәxtәvәr kişi, gәlsin görәk.
M i n n ә t x a n ı m--Sabah gәlәcәkdir. Sәn bu saat mәnә bir qәdәr kağız ilә mürәkkәb vә qәlәm gәtir.
G ü l p ә r i--Bu saat. (Gәtirir).
M i n n ә t x a n ı m--İndi mәn әrimin axmaq başına bir oyun açım ki, özü dә mәәttәl qalsın.
G ü l p ә r i--Buyur. (Kağız, qәlәm verir).
M i n n ә t x a n ı m--Mәn kağız yazıram. (Yazır). İndi, Gülpәri, sәn get nökәrlәrin, qulluqçuların hamısını buraya çağır, gәlsinlәr.
G ü l p ә r i--Bu saat. (Gedir).
M i n n ә t x a n ı m--İndi qoy bu kağızı Mәrcan bәy oxusun, onsuz da dәli başı lap dәli olsun.
 
Bu әsnada n ö k ә r l ә r, q u l l u q ç u l a r bir-birini basa-basa daxil olurlar. Yoğun a ş p a z әlindә kәfkir, qolları çirmәkli; m e h t ә r әlindә xәlbir, üzü samanlı; birinin әlindә süpürgә, suçilәyәn vә G ü l p ә r i dә gәlirlәr.
 
M i n n ә t x a n ı m--Ay uşaqlar, bilirsiniz nә var?
H a m ı--Xeyr, xanım, bilmirik.
M i n n ә t x a n ı m--Mәnim әrim mәni satmaq istәyir.
H a m ı--Yox, belә iş ola bilmәz; bu nә hәrәkәtdir, bu nә bәdnamçılıqdır.
M i n n ә t x a n ı m--Amma ... (hamı sakit), mәn bir elә iş görәcәyәm ki, mәni sata bilmәyәcәkdir.
H a m ı (sevinclә)--Ha, bu yaxşıdır.
M i n n ә t x a n ı m--Amma ... (hamı sakit). Siz gәrәk mәn deyәn sözlәrә, mәn elәdiyim işlәrә dürüst diqqәt edәsiniz. (Onlar dim-dik dururlar). Vә әrimә heç bir söz demәyәsiniz. (Onlar düz dururlar). Әyәr biriniz demiş olsa, vay onun halına! (Hamı tez aşağı oturub qalır). Әyәr mәn deyәnә qulaq assanız hәrәnizә on manat pul bağışlayacağam. (Hamı sevincәk ayağa qalxır).
H a m ı--Sağ ol, xanım, sağ ol!
M i n n ә t x a n ı m--Gülpәri, bayaqkı sözlәr yadından çıxmasın. Sәfi! Buraya gәl, bu kağızı al, Mәrcan bәy gәlәndә ona verib deyәrsәn ki, bir nәfәr qulluqçu arvad gәtirdi vә başqa heç bir söz demә!
S ә f i--Heç bir söz!
 
(M u s i q i)
 
M i n n ә t x a n ı m--
 
İnsaf eylәyin, bir baxın mәnә!
Mәrcan eylәyir çox zәbun mәni! (2 dәfә)
 
X o r--
 
Ay xanım, xanım, siz qәm etmәyin,
Peşiman olacaq Mәrcanın sәnin. (2 dәfә)
Ağzı bir çuval, boynu şam piyi,
Başı gәrmәk, burnu yelpәnәk;
Әblәhin biri Kәrbәlayı Qubad
İstәyir gәlә xanıma kәlәk.
Ay xanım, xanım, siz qәm etmәyin,
Peşiman olacaq Mәrcanın sәnin. (2 dәfә)
 
(M u s i q i)
 
PӘRDӘ