A yara, məndən

Vikimənbə saytından
Jump to navigation Jump to search
A yara, məndən
Müəllif: Növrəs İman
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Vaxt dolandı, gəldi keçdi zamana,
Niyə ol çəkmədin, a yara, məndən?
Nə əcəl gəlmədi, yetişəm cana,
Nə xəbər getmədi a yara məndən.

Can deyən Fərhaddı, Şirin daha nə
Əsb əlində söylər şirin dəh ana.
Gəlibdi ləblərin şirin dahana,
Görmüşəm ləzzətin, a yar, əməndən.

İman qələm çalır nə xoş səfadı,
Nə nizam yoxumdu, nə xoş səf adı.
Pərişan xəyalım naxoş səfadı,
Xain bəd qandırar a yara məndən.