Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur")
Görünüş
Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur") Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Möhtərəm iranlılar, sizdən təmənnamız budur:
Bir də İran hifzini bizdən təmənna etməyin;
Çünki rusun, ingilisin xatiri bizdən sınar,
İncinərlər; siz dəxi artıq təğəlla etməyin.
Aləmi-insaniyyət də deyir ki:
Növ’pərvər, rəhmgüstər, mə’dələtfər Vilhelm,
Bir də ali namımı dillərdə icra etməyin;
Çünki vicdanın о nazik xatiri sizdən sınar
İncinər; artıq ona minbə’d iyza etməyin.