Axşam olcaq uçeniklər hərə bir madmazelin
Görünüş
Axşam olcaq uçeniklər hərə bir madmazelin Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Axşam olcaq uçeniklər hərə bir madmazelin
Keçirib qol qoluna kuçədə cövlan ediyor;
Sonyalar bunları tədris edəsiymiş, əcəba,
Uçitellər dəxi məktəbdə nə meydan ediyor?!