Ay nə lazım, sən kimi məhru kifayətdir mənə
Görünüş
Ay nə lazım, sən kimi məhru kifayətdir mənə Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Ay nə lazım, sən kimi məhru kifayətdir mənə,
Gül nə lazım, sən kimi xoşbu kifayətdir mənə.
Sevgilim, əqlim olubdur eşqinin divanəsi,
Çəkmə zəncir fikri, ol geysu kifayətdir mənə.
Göz yaşımdırsa buludsuz bir yağış yağdırmayan,
Bir buludtək zülfü-ənbərbu kifayətdir mənə,
Hüsnünü seyr etməyə yox ehtiyac ayinəyə,
Əllərintək bir zərif güzgü kifayətdir mənə.
Zülfünün rəngi mənim mərac gecəmdir, şübhəsiz,
Qabə qövseynin - iki əbru, kifayətdir mənə.
Ehtiyacım yox, nə lazımdır hümanın kölgəsı,
Sayeyi-kuyində olsam, bu kifayətdir mənə.
Qəsd qılmış tökməyə Xaqaninin qanın fələk,
Qətlim üçün sən kimi dilcu kifayətdir mənə.