Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Əsgər Şirvani (məqalə)

Vikimənbə saytından
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Əsgər Şirvani
Müəllif: Firudin bəy Köçərli
Əbülfət xan "Tuti" təxəllüs


Әsgər Şirvanidən bir qəzəl burada təb olunur:

Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm,
Mən ol dünyapərəsti handa gördüm, bivəfa gördüm.

Xəyanətlər bəsa gördüm həqiqi aşinalərdən,
Təfəhhüs eyləyib biganələrdən aşina gördüm.

Bahari-ömr keçdi, olmadı kami-dilim hasil,
Güli pəcmürdə gördüm, əndəlibi binəva gördüm.

Məhək daşına vurdum, çoxları mən imtəhan etdim,
Üzündə sikkə gördüm, qəlp gördüm, bədnüma gördüm.

Kimə kim, dərdimi izhar qıldım, istədim dərman,
Өzümdən biştər dərdə onu mən mübtəla gördüm.

Əgər xişti təlavü nöqrə olsa günbədi-gərdun,
Mən anı xaksari-tirə üzrə ziri-pa gördüm,

Cahan mülkündə, cana, ömrə çox da etibarım yox,
Bəqa fikrində, ey Əsgər, bu dəhri həm fəna gördüm,

Fələyin dövründən və zəmanənin gərdişi-pürsitəmindən və dost-aşnaların bivəfalığından şikvəvü nalə eləmək bizim keçmiş şüəra arasında ümumi bir rəsmü qayda olduğu üçün Əsgər Şirvani dəxi bu xüsusda bir əsər qoymuşdur. Bunun "Gördüm" qafiyəsi ilə yazdığı qəzəl Qazax şairi mərhum Mustafa ağa Qiyasbəyov "Nasir" təxəllüs nəzm qıldığı kəlamı yada salır. Ancaq Əsgər Şirvaninin bu qəzəlində əvvəlinci beytin əvvəlki misrasında "dəhr" kəlməsi "ömr" kəlməsinin yerində və "emr" ləfzi "dəhr" sözünün yerində istemal olunsaydı, şerin mənası daha da düzgün çıxardı. Çünki "dəhr" kəlməsi "zaman", "əhd" və "əbəd" mənasında istemal olduqda ona "qəlil" sözünü qoşmaq və "qəlil" sifəti ilə "dəhr"i mütəssəf qılmaq dürüst gəlməz. Өmri-bəşər isə dəhrə nisbət, filhəqiqə, qəlil və qısa bir haldır ki, insan özünün qısaca ömründə gərəkdir haqqı və insafı əldən qoymasın, dinini dinara satıb axirət kəsbinin narına çalışmasın.

Bəs, əgər bizim dediyimiz kimi "dəhr" və "ömr" kəlmələri müqəddəm və müəxxər olunsa, onda haman misra bu qərar üzrə gərəkdir tərkib olunsun:

Qəlili-ömrdə, ey dil, bu dəhri bivəfa gördüm i. a.