Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Kərbəlayı Abdulla İbn Cani (məqalə)

Vikimənbə saytından
Kərim ağa Fateh Azərbaycan ədəbiyyatı. I cild. Kərbəlayı Abdulla İbn Cani
Müəllif: Firudin bəy Köçərli
Kazım ağa "Salik" təxəllüs


Kərbəlayı Abdulla Şuşa şəhərində təvəllüd edibdir. Sahibi-mərifət və əhli-hal bir zat olduğu üçün ümumi-əyan və əşrafi-vilayət içrə əziz və möhtərəm tutularmış.

Əxlaqı xoş, xasiyyəti gözəl, təbi-şeriyyəsi rəvan və səlis İbn Canı məclislər zinəti və məhfillər yaraşığı əziz bir vücud imiş.

Cümlədən artıq onun xatirini mərhum Cəfərqulu xan "Nəva" təxəllüs və Qasım bəy Zakir müraat edərlərmiş. Bədihəguluqda mislü manəndi öz əsrində yox imiş. Güzəranını ticarət ilə keçirərmiş, amma məşğuliyyəti əksər övqat məşşaqlıqda (kimyagərlikdə) keçirmiş. Vəfatı Şuşa şəhərində hicrətin 1255-də 59 sinndə vaqe olubdur.

Kərbəlayı Səfi "Valeh" təxəllüs ilə dost imiş və aralarında zarafat var imiş. Bir-birinə lətifə və həzl yolu ilə baməzə şerlər yazarlarmış. Belə ki, mərhum Valehin Kərbəla ziyarətindən müraciət etdiyi əsnada ona yazmışdır:

Ey Səfi, Şah Nəcəf kuyi sənə məskən ikən,
Niyə ol rövzəni tərk etdin, əgər adam idin?!

Gün kimi olmadı yarın səri-kuyində yerin,
Sən məgər əhli-vəfa bəzminə naməhrəm idin?

Süst rəyin səni məhrumi-vüsal etməz idi,
Rəhi-eşq içrə əgər sabitü müstəhkəm idin.

Qürbi-övladi-Əlidir səbəbi-rəhməti-həq,
Sən ki, mənidə məgər cahili-layələm idin?!

Kəhfin əshabını tərk etmədi səg bir saət,
Sən ki, insan idin, əhməq, məgər itdən kəm idin?!

Adəm olsaydın əgər şövq ilə ta şamü səhər
Yar kuyində sədaqətlə gəzən həmdəm idin.

Müstəqim olsa idi eşq ilə təbin daim,
Həlqə tək dərgəhi-mövladə bəsi möhkəm idin.

Dəsti-ixlas ilə canan ətəyin tutsa idin,
Şərəfi-rütbədə sultani-qamu aləm idin.

Qənbəra, Valehi mən etmə ki, bəs biqəmdir,
Sən dəxi cahil əgər olsa idin, biqəm idin.

Kərbəlayı Səfi Valeh bunun cavabında kuyi-Kərbəladan və dərgəhi-həzrət Əlidən müraciət etməsini bəyan edib Kərbəlayı Abdulla Canızadəyə tən etməklə belə bu şerləri yazmışdır.

CAVABİ-VALEH

Nə səbəbdən Səfi məhrumi-dəri-Heydərdir,
Kim bilir pərdədəki zişt və ya zivərdir.

Mən əgər feyzü hünər cahiliyəm, lən mənə,
Yoxsa lənət sənə gəlsin, bu nə böhtan, şərdir?!

Səfinin ziddi əzazili-əzəl Abdulla,
Ona baş əymədi, lənət oxunur, müztərdir.

Ol əbucəhl rəsulun nəyin əksildə bilir,
Daima xübsi-nəbi dildə onun əzbərdir.

Neçə kafir də ki, peyğəmbərə əbtər dedilər,
Elmi-təhqiqdə olar şimdi özü əbtərdir.

Arşına əlli güzər and içəni gör ki, mənə
Elə söylər ki, görən der özü peyğəmbərdir.

Sənin atan ki, tanırsan onu yaxşı məndən,
Siyrəti-zahirə baxma, ürəyi əntərdir.

İbrahim xanın kərimeyi-nəcibəsi Gövhər ağa təmir etdirdiyi cameyi-şərifin tarixində inşad etmişdir:

Baniye-məmləkəte-Şişe ke, dər heşməto cah
Təne zəd qobbeye-təxtəş besəra pərdeye-mah,

Yəni salare-fələk şoukəte-Ebrahim xan--
Ke, dərəş bər həme xanane-cəhan bud pənah.

Qouhəri daşt derəxşəndevo firuz ke, bud
Pərtove-mahe-roxəş bər səre-xorşid kolah.

Baniye-məscedo mehrab şod an qouhəre-pak,
Əhle-ferdouse-bərin comle bər in gəşt qovah.

Qələme-əhle-doa zəd rəqəme-tarixəş:
"Bad peyvəste gohər dər sədəfe-lotfe-ilah". [1]

[1] Tərcüməsi:
Şuşa məmləkətinin banisi ki, əzəmət və cah-çəlalda
Onun taxtının qubbəsi ayın pərdəsinə tənə vururdu,
Yəni fələk təmtəraqlı sərkərdə İbrahim xanın ki,
Qapısı dünyanın bütün xanlarının pənahı idi,
Bir parlaq gövhəri vardı.
Onun ay üzünün şüası künəşin başına papaq idi.
O pak Gövhər məsçid və mehrabın banisi oldu,
Yüksak behişt əhalisiiin hamısı buna şahid oldu.
Dua əhlinin qələmi onun tarixini yazdı:
"Bad peyvəstə Gühər dər sədəfi-lütfüllah".
(Allahın Kərəm sədəfində Gövhər daimi olsun).

Axırıncı fərdin ikinci misrasından əbcədi-kəbir hesabı ilə belə məlum olur ki, Gövhər ağayi-mərhumənin bina etdirdiyi məscidin itmamı tarixi-islamın 1248-ci sənəsində vaqe olubdur.

Gövhər ağa nə qədər şairin xatirini əziz tutar imişsə də, axırda cüzi bir əhvalın vüquundan mükəddər olub şairdən incimişdir.

Şair Aşıq Qənbər və ya "Riyazül-aşiqin"in müəllifi Məhəmməd ağa Müctəhidzadənin yazdığına görə, Kərbəlayı Qəhrəman ismində başqa bir şair Gövhər ağa kimi vəcihə və zərifə bir gözəlin Xankişi bəy kimi elm və mərifətdən bibəhrə bir vücuda əqdi-nikah olunmasından rəncidə və mütəğəyyir olub, bu fərdləri Xankişi bəyin haqqında demişdir:

Xərmöhrəyə layiq olmayan xər,
Səd heyf, cahanda tapdı Gövhər.

Təqdiri-qəzayə qıl tamaşa,
Axır səni verdi cəhrə başa.

Bu şerlər Gövhər ağanın səminə yetişdikdə mərhum Kərbəlayı Abdullanı çağırıb ondan qeyz ilə təfəhhüs etmiş ki, nə üçün onun şövhərini belə bədnam edibdir. Şair aşağıda yazılan şerlər ilə üzrü bəhanə gətirib özünü safa çıxartmışdır:

Ağa, bexodavənde-təalavo yeqane
Əsla xəbərəm nist əz in nəqlo fəsane.

Dirist ke, mən hiç nəquyəm soxən, əmma
Quyənd benaməm soxən əbnaye-zəmane.

Şəhbaz təzərvi ke, beçənqal dər arəd,
Avaz bər arəd həme qonceşke-səmane. [2]

[2] Tərcüməsi:
Ağa, böyük və yeganə allah haqqı
Bu söz-söhbətdən əsla xəbərim yoxdur.
Çoxdandır ki, mən heç danışmıram, amma
Zəmanə adamları mənim adımdan danışırlar,
Qartal bir qırqovulu çəngəlinə alanda
Göydəki bütün sərçələr qışqırmağa başlarlar.

Mərhum Mirzə Həsən ona yazdığı bir məktubun cavabında Canızadə onu belə tövsif etmişdir:

Həsəna, sahebe-vəchol-həsəna, simtəna,
Dər qolestane-vəfa taze qolo yasəməna,

Raqeme-dəftəre-şahi bedəbestane-kəmal,
Məzhəre-dorre-məani benezame-soxəna,

Vəqte-təhrire-romuzate-horufate-xotut
Ənbərəfşan qələmət bər səre-moşke-xotəna.

Aftaba, qəməra, dəsteqole-taze-təra,
Taqəte-tabe-dela, munese-ruhol-bədəna.

Məskənət kəşt Şəki bişəko bişobhevo reyb,
Toi dər şəhre-Şəki mahe-zəmino zəməna.

Nameət vasele-ma, hasele-ma gəşt sorur,
Beməqalate-ləbe-tutiye-şəkkər şekəna.

Çe rəva Yusefe-ma dur şəvəd əz bəre-ma,
Həmço Yəqub şəvəm sakene-beytol-həzana.

Çe rəva del şəvəd əz atəşe-əndişe kəbab,
Mən dər in Şişe konəm gerye, şəvəm nalezəna,

Ey nesare-qədəmət qohəre-dordaneye-əşk,
Vey fədaye-to şəvəd cane-cəhan dər bədəna.

Çon səre-zolfe-to soudaye-ğəmət dər səre-ma,
Hale-ma şamo səhər həst pərişanşodəna.

Ya bekoş, ya besərəm saye fekən bər səre-rah,
Ya bequ aşeqe-sərgəşteye-eşqəm be məna.

Yəni moştaqe-toəm, hobbo səna mixahəm--
Ke, resi sən be məna, ya berəsəm mən besəna. [3]

[3] Tərcüməsi:
Ey Həsən, ey gözəl sima sahibi, ey gümüş bədənli,
Ey vəfa gülüstanının təzə gülü və yasəməni,
Ey kamal məktəbinin şahanə dəftərinin yazanı,
Ey söz nəzminin mənalı dürrlərini aşkara çıxaran,
Ey rəmzləri, sətirlərin sözlərini yazanda
Qələmi Xita müşkünun üzərinə ənbər saçan,
Ey günəş, ey ay, ey təzə gül dəstəsi,
Ey ürəyin taqəti, bədən ruhunun munisi,
Şəksiz-şübhəsiz, sənin məskənin Şəki oldu,
Şəki şəhərində yerin, köyün ayı sənsən.
Ey sözləri gözəl danışıqlı tutiyə bənzəyən,
Sənin məktubun bizə çatdı, çox şad olduq.
Nə rəvadır ki, bizim Yusifimiz mənim yanımdan uzaq olsun,
Mən də Yaqub kimi beytul-həzəndə sakin olum?
Nə rəvadır ki, ürək fikir odundan kabab olsun,
Mən də Şuşada ağlayım, nalə eləyim?
Ey qədəminə durlü göz yaşlarım səpilən
Və ey sənə bədəndə olan dünyanın canı qurban olan,
Sənin zülfünün və qəminin sevdası başımızda olduğundan
Halımız səhər-axşam pərişandır.
Ya öldür, ya başımıza yolüstü bir kölgə sal,
Ya da mənə de ki, eşq avarəsinin aşiqiyəm,
Yəni sənin həsrətindəyəm, məhəbbət və nəvaziş istəyirəm--
Ki, ya sən mənə çatasan, ya mən sənə.

Mərhum Cəfərqulu xanın məhbusvar Qarabağdan Tiflisə göndərilməyi babında aşağıda yazılan müxəmməsi inşad qılmışdır:

Ah kim, qalmadı can cismdə canan gedəli,
Oldu hər yerdə ki, canan gedəli, can gedəli,
Tutdu zülmət göz evin şəmi-şəbistan gedəli,
Oldu viranə könül kişvəri sultan gedəli,
Yəni sərdari-cahan, sərvəri-dövran gedəli.

Gül üzün görməyəli olmadı xəndan güllər,
Şəm odlara yanıb, başına qoydu güllər,
Zülfi sövdası ilə dərhəm olub sünbüllər,
Necə fəryadü fəğan eyləməsin bülbüllər--
Ki, olub xar ilə həmdəm güli-xəndan gedəli.

Çərx rəhm eyləmədi dideyi-giryanımıza,
Qoydu həsrət bizi ol şəmi-şəbistanımıza,
Atəşi-hicr ilə od saldı bizim canımıza,
Sancılıb navəki-qəm sineyi-suzanımıza,
Guşeyi-çeşmdən ol kipriyi peykan gedəli.

Çıxdı çün Şişədən ol mahliqa misli-gülab,
Şişə əhlinə bu vəch ilə həram oldu şərab,
Sındı başlarda həva şişəsi manəndi-hübab,
Oldu aləmdə fərəh gülşəni bilmərdə xərab,
Üzü gül, kakili sünbül, xəti reyhan gedəli.

Çəkəli bəzmdən ol ləbləri meygun ətəyin,
Doldurub qan ilə sağər dili-pürxun ətəyin,
Əşk seylabı tutar aşiqi-məhzun ətəyin,
Nola fəryadü fəğanım tuta gərdun ətəyin--
Ki, qara oldu günüm ol məhi-taban gedəli.

Mənəm ol qümriyi-miskin ki, salıb aləmə səs,
Sərv gu-gu deyərəm hüzn ilə ta qəti-nəfəs,
Abü danəm ələmü qüssə, yerim künci-qəfəs,
Bir zaman eyləməzəm seyri-gülüstanə həvəs
Səhni-gülzardən ol sərvi-xuraman gedəli.

Məqsədim rövzeyi-kuyində budur şamü səhər--
Ki, bula feyzi-vüsalında ziya dideyi-tər,
Ola xaki-qədəmin sürmeyi-ərbabi-bəsər,
Qılasan gülşəni-kuyində olan murə nəzər,
Görəsən kim, necədir halı Süleyman gedəli.

Əyzən müxəmməsi-Kərbəlayı Abdulla İbn Canı:

Ey ki, zülmətgəhi-zülf içrə üzün misli-çiraq,
Məstü sərxoş gözünə qarşı yaman gözlərə ağ,
Olmasın xaki-dərin guşeyi-çeşmindən iraq,
Ləblərindən dəhənim dərdə dəva etdi soraq,
Söylədi: ağzıma innabi-ləbü sibi-buxaq.

Baxdı mərdüm üzünə, saldı nəzərdən ayi,
Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi,
Qədrü qiymətdə deyil ləl ləbin həmtayi,
Həvəsi-zülfi-siyahınla olub sövdayi--
Ki, çəkib silsileyi-kakili-tərrarə daraq.

Görünür çöhrələrin laləyə gülgun, gülə al,
Qoymadı al ilə ruyin dili-ayinədə hal,
Sürmeyi-şux gözün fitnəyə saldı filhal,
Qıldı izhari-şərəf Kəbeyi-ruxsardə xal,
Vərəq üz sürtdü qədəmgahına gülgunə yanaq.

Kakilin şanələnir zinəti-duş etmək üçün,
Xoş gəlir xəlqə ləbin hərfi nüyuş etmək üçün,
Dil dilər şərbəti-göftarını nuş etmək üçün,
Xəlqdən vəsfi-bənaguşunu guş etmək üçün,
Bəhr açdırdı sədəfdən düri-qəltanə qulaq.

Gül xitab etsə sənə, qönçə ona eylə itab,
Qönçə kimdir ki, sənə qarşı durub verə cavab,
Baxsa hər dəm üzünə şərmdən olmazmı gülab,
Nədir ayinə görən dəmdə səni eyləyə tab,
Əksi-ruxsarın ona olmasa mənada dayaq?!

Dursa ayinə, müqabil üzünə qılsa nəzər,
Ona üz vermə, nəzərdən sal onu şamü səhər,
Razədən qoyma ola dövri-yənağında əsər,
Vəsməvü sürmə gözü qaşına meyil etsə əgər,
Sürməni seyrə salıb vəsməyə qıl qaş-qabaq!

Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,
Aşiq oldur yaxa çərxi dili-atəşgahi,
İmtəhan eylə şəbi-hicrdə Abdullahi
Şöleyi-ahına gər yanmasa çərxin mahi,
Tiğ çək, başını kəs, şəm kimi atəşə yaq.

Əyzən kəlami-İbn Canı:

Ey iki gözüm, qıl belə şahbazə tamaşa,
Mövsümdü, güşad et iki dərvazə tamaşa,
Bu nazu nəzakətdə sərəfrazə tamaşa.
Gör necə gözəldir,
Məhbubi-əzəldir,
Leylayə bədəldir,
Məcmuyə məhəldir.
Xoşbuyə tamaşa,
Ahuyə tamaşa,
Giysuyə tamaşa,
Əbruyə tamaşa.

Xəncər nəkəradır, hər yarəsi göyçək, hər muyə tamaşa,
Xoşsövt, xoşəlhan, xoşavazə tamaşa,
Könlüm quşu, pərvaz elə, pərvazə tamaşa.

Ey bülbüli-can, çıx belə, rəftarına bir bax!
Qıl seyrü səyahət, gülü gülzarına bir bax!
Yüz canalıcı işveyi-ruxsarına bir bax!

Gör kim necə candır,
Can içrə nihandır,
Mənzuri-cahandır,
Hər qəmzəsi qandır,
Mən öldüm, amandır!
Şirin dilə bir bax!
Nazik belə bir bax!
Şümşad ələ bir bax!
Mişkin telə bir bax!
Ənbər nəkəradır,
Kövsər nəkəradır,
Ruxsarəsi göyçək,
Getmə, hələ bir bax!
Heyvasinə, şəmmaməsinə, narinə bir bax!
Qoynunda nə əlvan bəzənib tazə-tamaşa.

Bir gözləri xummar, zənəxdanı əcayib,
Bir dişləri mirvaridi, rəxşanı əcayib,
Bir təngdəhan, qönçeyi-xəndanı əcayib.
Gör bu nə ədadır,
Canım nə fədadır,
Bir huriliqadır,
Pürcövrü cəfadır
Ya nuri-xudadır,
Əxlaqı əcayib,
Durmağı əcayib,
Buxağı əcayib,
Dodağı əcayib.
Mərmər nəkəradır,
Gövhər nəkəradır,
Nəzzarəsi göyçək,
O taqi əcayib.
Ey dil, edəsən kəsb bu meydanı əcayib,
Təfsili-bahar oldu, buyur yazə tamaşa.

Bu sərvqədin qaməti-rənası da xoşdur,
Şahbazsifət zülfi-mütərrası da xoşdur,
Durna kimi həm gərdəni-minası da xoşdur.
Ya nəcmi-dürərdir,
Ya şəmsü qəmərdir,
İksiri-nəzərdir,
Yandım, nə xəbərdir?!
Baxması da xoşdur,
Sövdası da xoşdur,
Zibası da xoşdur,
Əzası da xoşdur,
Əxgər nəkəradır?
Məcmər nəkəradır?
Həm arəsi göyçək,
Beyzası da xoşdur.

Gəl, indi sən et bu yerişə, nazə tamaşa!

Yüz püstələbü ləli-Bədəxşan buna peşkəş!
Yüz laləüzar afəti-dövran buna peşkəş!
Cümlə nə qədər var isə xuban, buna peşkəş!
Bu hurü mələkdir,
Qılmanə köməkdir,
Bu simbiləkdir,
Rizvan nə deməkdir?!
Rizvan buna peşkəş!
Bostan buna peşkəş!
Reyhan buna peşkəş!
Cövhər nəkəradır?
Həm zər nəkaradır?
Xunxarəsi göyçək,
Bu can buna peşkəş!
Abdulla kimi neçə qəzəlxan buna peşkəş!
Dur, söhbəti-meyxanəyə gəl, sazə tamaşa!

Kərbəlayı Abdulla Canı oğlunun burada təhrir olunan əşarından başqa bir çox qəzəliyyat və rübaiyyatı və xüsusən, bədəfal müasirlərinin zişt kirdarlarına dair həcviyyatı və gözəl müxəmməsatı və əşari-müstəzadı vardır ki, onların buraya küncayişi yoxdur.

Mərhumun həcv deməkdə manəndi yox imiş. Ol səbəbdəndir ki, Zakir əleyhirrəhmə üləma zimnində tənzim qıldığı kəlami-abdarında Baba bəyi və Canı oğlunu təəssüflə yad edib, bu şerləri haqlarında yazmışdır:

Yaxşı həcv eylər idi bu dəmin adəmlərini,
Sağ gər olsa idi indi ol İbn Canı.

Rişteyi-təbimə yox tab verən, çərx, əfsus
Eyləyib xak ilə yeksan qədi-Babani.

Getdi həmdərdlərim, bisərü saman qaldım,
Bu ribati-kühənin yoxdu sərü samani i.a.