Məzmuna keç

Bahadır və Sona/İkinci məclis

Vikimənbə saytından
Birinci məclis Bahadır və Sona. İkinci məclis
Müəllif: Nəriman Nərimanov
Üçüncü məclis


Bağçada.
 
B a h a d ı r (tәk oturub әlindә qәzet oxuyur. Bup az fikirdәn sonra.) Avqust ayı da gәlib çatdı.... Günlәrim, dәqiqәlәrim ciddi surәtdә yeriş edir.... Mümkün olsaydı, dәqiqәlәrimi gün, günlәrimi ay edәrdim. Sona kimi tәmiz, pakizә bir vücuddan ayrılmaq dәhşәtli bir vaqiәyә hazırlaşmaq kimi nәzәrә gәlir....
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
Sona vә Bahadır.
 
S o n a (әlindә kitab, gülә-gülә gәlir). Siz dünәn millәt sözünü bәyan edib dediniz, "millәt bir dindә bulunan camaat". Fәqәt bu gün oxuyarkәn "qövm" sözü rast gәldi vә haman mәnada işlәnir, deyilmi?
B a h a d ı r (yerindәn durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mәnada işlәnir. Fәqәt yaxşı olar ki, işlәnmәsin. Mәsәlәn: xristian millәti dedikdә bir çox qövmün bir dinә qulluq etmәyini göstәrir: ruslar, fransızlar, almanlar, xristian millәtidirlәr, türklәr, әrәblәr, farslar bir dinә qulluq etmәklәrinә sәbәb islam millәti adlanırlar.Fәqәt bunların hәr birisinin özlәrinә mәxsus adәtlәri, dillәri vardır. Demәk ki, bir çox qövmlәrin birlәşmәyinә din sәbәb olarsa da, hәr bir qövmә mәxsus dil vә adәt onları bir-birindәn ayırır. Din qövmlәri bir nöqtәdә birlәşdirәrisә qövmiyyәt bunları yüz nöqtәdә bir-birindәn ayırar. Din bir çox qövmә ümumi bir tәrәqqi yolu göstәrәr isә hәr qövmә mәxsus tәrbiyә, adәt, dil haman qövmün qeyri bir yol ilә tәrәqqiyә yeriş etmәyinә sәbәb olar. (Fikir). Xristian dinindә olan qövmlәr ciddi bir sürәtlә yol tutub gedirlәr. Bir qövm elmdә artıq dәrәcәdә tәrәqqi edirsә dә o birisi onun dalınca çaparaq gedir. Fәqәt.... Ah!.... (Başını tutur.)
S o n a (Bahadıra diqqәtlә baxır). Bahadır bәy! Nә üçün ah çәkdiniz? A! Nә üçün әhvalınız dәyişdi.
B a h a d ı r. Heç, xanım әfәndi!
S o n a. Xeyp, sizin ahınızdan mәn özgә bir şey anladım. Tәvәqqe edirәm mәndәn heç bir şeyi gizlәtmәyәsiniz.
B a h a d ı r. Hәqiqәt, xanım әfәndi, sizә dair bir söz demәdim!
S o n a. Bahadır bәy! Hәrgah indi çәkdiyiniz ahın mәnasını söylәmәsәniz, ürәyimdә bu bir böyük dәrd olar. Bilirsiniz, qızın ürәyi oğlanınkı kimi deyil.
B a h a d ı r. Xanım әfәndi! Mәn xristian dinindә olan qövmlәri nәzәrimdәn keçirdikdә dedim: bu qövmlәr tәrәqqi yolunda çaparaq bir-birini qovurlar. Bu vaxt istәdim islam dinindә olan qövmlәrdәn dә sizә misal gәtirәm. Fәqәt onlar pәrişan bir halda nәzәrimә gәldi.... Budur, xanım әfәndi, mәnim ahımın sәbәbi!
S o n a (әtrafa baxıb bir az fikirdәn sonra Bahadırın әlindәn tutub). Fikrinizi aşkar etmәk üçün tәşәkkürlәr edirәm. Ümidvaram ki, bundan sonra bu barәdә fikirlәrinizi mәndәn gizlәtmәyәsiniz....
B a h a d ı r. Xeyp, xanım әfәndi! Gizlәtmәrәm ,fәqәt söylәmәyә dә sözüm yoxdur. Nә söylәyim dә? İslam dinindә olan qövmlәrin hankı birini meydana gәtirib dә dedim: budur, tәrәqqi yoluna üz qoyub gedirlәr.... Nә isә, islam millәti ümumәn bir bәlaya mübtәladır.
S o n a. Hәqiqәt, çәtin mәsәlәdir. Müsәlman millәtinin vә ya müsәlman dövlәtlәrinin hәr yerdә tәnәzzüldә yaşamaqlarına sәbәb nә ola, әcәba?! Mәsәlәn, mәn bir neçә filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilәr bu yolda böyük rollar oynayırlar, deyilmi?
B a h a d ı r (gülümsünub). Bәli, xanım әfәndi! Zahirdә hәqiqәt belә görünür. Fәqәt bu mәsәlәyә bir az ehtiyatlı girişmәk lazım gәlir. Hamı millәtlәrdә ruhanilәr bir neçә sәbәblәrә görә dünya elmlәrinә düşmәn olublar, yәni tәrәqqi yolunu mümkün olan qәdәr camaatın üzünә bağlı qoyublar. Lakin bu mәsәlәdә xristian alәmi ilә müsәlman alәmindә bir tәfavüt görünür. Xristian alәmindә ruhanilәr elmlәrә düşmәn olublarsa da padşahlar vә dövlәtlәr ruhanilәrlә müdam müharibәdә bulunublar. Ruhanilәr әski qanunlara yapışarkәn camaatı qaranlıqda saxlamaq istәyib.... Padşahlar, daha doğrusu,dövlәtlәr isә zәmanәnin tәqazasına görә tәzә qanunlar meydana gәtirmәklә millәtin tәrәqqisinә çalışmağa labüd olublar. Xristian alәmi müdam belә bir müharibәdә olarkәn özünü ruhanilәrin zәncirlәrindәn yavaş-yavaş xilas edibdir: müsәlman alәminә diqqәt edәrsinizsә, bu müharibәni görmәzsiniz. Padşah hәm xәlifә olubdur, hәm dә dövlәtin yol göstәrәni. Padşah, ya xәlifә, ya zәmanәnin әn böyük ruhanisi tәrәqqi yolunu yer üzünә qәsdәn vә ya sәhvәn bağlayıbdır.... Daha açıq söylәyim: insanın mәişәtinә, dünyasına dair mәxsusi qanunlar ibadәtә dair qanunlarla bir gücdә saxlanıbdır. Xristian alәmi haman müharibәnin zoruna bu qanunları bilmәrrә ayırıbdır. Yәni xristian ağlı müdam tәrәqqi yolunda işlәrkәn müsәlman ağlı әski qanunlarla kifayәt edib paslanm?sd?r.... Demәk ki, islam barәsindә bәdgüman olanlar "lujiq" alәmindә öz sәhvlәrini düşünmәyirlәr. İslam hәqiqәt, tәrәqqiyә, yәni elmә düşmәn olsa idi, әrәblәr islamı qәbul edәndәn sonra bir zaman tәrәqqi yolunda olmazdılar. Әcәba, nә üçün әxlaqları büsbütün pozulmuş әrәblәrә dini-islam gәldi? Әlbәttә, әxlaqı pozğun qövmün әxlaqını düzәltmәk üçün, yәni ona tәrәqqi yolunu göstәrmәk üçün. Açıq söylәyim: bir camaat, ya qövm üçün müәyyәn bir din ortalığa gәlirsә, haman camaat, ya qövm sәbәb olar, deyilmi?
S o n a. Bәli.
B a h a d ı r. Belә olan surәtdә demәk olurmu: filan din, filan camaatın, ya qövmün tәmizliyi üçün gәlibdir?
 
Buna bәrәks gәrәk deyilә: hәr din camaatın tәrәqqisi üçün gәlir, din gәtirәn camaatın xeyrini nәzәrdә tutur. Dini qәbul edib onun intişarına çalışanlar nazik bir nöqtәni anlamaq istәmirlәr.... Xristian dinini intişar edәnlәr bir Lüterin çıxmağına sәbәb olan kimi islam alәmi dә öz Lüterini gözlәyir. Bu "Lüter" gәlib dә deyәcәk: insan daima tәrәqqi yolunda yaşayarkәn, onun mәişәti vә ağlı müәyyәn, hәmişәlik bir qanuna kifayәt edә bilmәz. Haman bu mәtlәbi islamı gәtirәn aşkardeyibdir: hәr bir işi ağla hәvalә et, ağıl nә buyurarsa, ona әmәl et. Fәqәt bu iki mәnsәb --padşahlıq-xәlifәlik, bir vücuddan olmaq, yәni fikir olunan müharibәnin olmamağı bu gözәl vә tamam düyünlәri açan sözlәrin gizlin qalmasına sәbәb olubdur.
S o n a. Bәli ... düşünürәm.... Günah din gәtirәndә deyil, bәlkә dini intişar edәnlәrdәdir.
 
 
İKİNCİ GӘLİŞ
 
Sona, Bahadır, Daniel.
 
D a n i e l. Bahadır bәy! Yoldaşınız Aleksey sizi görmәk istәyir.
B a h a d ı r (ayağa durur). De gәlsin.
S o n a. Yavaş, qoy mәn gedim sonra.
B a h a d ı r. Nә üçün, xanım әfәndi! Siz tanışsınız ki.
S o n a. Yox, yenә necә olsa yaxşı deyil, bәlkә gizli sözü var.
B a h a d ı r. Yaxşı, xanım әfәndi!
S on a (Danielә). De gәlsin. (Özü çıxır).
D a n i e l. Baş üstә. (Gedir).
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Bahadır, Aleksey.
 
A l e k s e y (Bahadıra әl verib). Nә üçün bu neçә gündür görünmürsәn?
B a h a d ı r (yer göstәrir). Aleksey! Bir az kefsiz idim.
A l e k s e y. İndi, doğrusu, Mәngilisin dә lәzzәti gedir. Yağış tez-tez yağmağa görә heç yerә getmәk olmayır. Dünәn sәhәrdәn axşamadәk yağmura görә evdә oturmuşam. Yaxşı ki, sәndәn qәzetәlәr aparmışdım. Hamısını oxudum, vaxtımı keçirdim....
Amma "Tәrcüman" qәzetәsindә bir mәqalәyә diqqәt etdim.
B a h a d ı r. Nә xüsusda?
A l e k s e y. Dil xüsusunda yazılmış mәqalә.
B a h a d ı r. Doğru deyirsәn, diqqәt olunmalı mәqalәdir.
A l e k s e y. Nә әcәb, türklәr bu vaxtadәk bu mәsәlәyә diqqәt etmәyiblәr?
B a h a d ı r. Türklәr dә, biz dә dil mәsәlәsindә hәlә bir nöqtәyә gәlә bilmәmişik. Hankı dil әdәbi dil olmağını bu vaxtadәk hәll edib qurtarmamışıq. Bu barәdә iki bir-birinә bәrәks tәsәvvür görünmәkdәdir. Yazanlarımızın әksәriyyәti deyir: әdәbi dil әrәb, fars sözlәrinin çox olmasına bağlıdır. Bir çox azı da deyir: әdәbi dil orta qism adamın dilidir.
A l e k s e y. Sәn nә fikirdәsәn?
B a h ad ı r. Mәn.... Mәn deyirәm: әdәbi dil camaat dilidir. Yәni, camaat hankı dildә danışırsa, o dildә dә yazmaq gәrәkdir. Mәncә, әdib camaata tabedir, nәinki camaat әdibә.
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Bahadır, Aleksey, Yusif.
 
Y u s i f (balkondan). Rüsxәtmi? Sizә mane olmuram?
B a h a d ı r (yerindәn durur). Xeyr, xeyr! Buyurunuz.
Y u s i f (Alekseyle görüşüb). İki student ki, bir yerdә oldu, hәmişә mühüm söhbәt olunar, deyilmi? Ah! Ah!
B a h a d ı r (gülә-gülә). Xeyr! Çox vaxt boş danışıq da olur. Fәqәt indiki söhbәtimiz doğrudan da mühüm söhbәtdir.
Y u s i f. Mәn dedim! Ah, ah! Xeyr, mәn sәhv etmirәm.
A l e k s e y. Bәli, yaxşı bilibsiniz! (Gülür.)
Y u s i f. Bilirsinizmi, mәn özüm az oxumuşam. Atamın tәk oğlu olduğuma görә atam ölәndәn sonra oxumaq mümkün olmadı. Ancaq gimnaziyanı qurtarmışam. Әlbәttә, indi çox heyfsilәnirәm. Bununla belә, mәlumatım artsın deyә, çox oxumuş
adamların söhbәtlәrini sevirәm.
B a h a d ı r. Maşo xanım vә Sona xanım kimi elmli xanımlarla siz hәmişә söhbәtdәsiniz. Bunun özü bir xoşbәxtlikdir!
Y u s i f (gülә-gülә). Bu neçә ilin әrzindә onlardan öyrәndiyimi öyrәnmişәm. İndi sizdәn dә öyrәnmәk istәyirәm.
B a h a d ı r, A l e k s e y. (gülürlәr). Ah! Ah!
Y u s i f. Gülәrsiniz!
B a h a d ı r. İndi öyrәnmәk istәyirsiniz, buyurunuz. Siz gәlmәmişdәn biz dil xüsusunda söhbәt edirdik. Yәni, hankı dilә әdәbi dil demәk olar, mәsәlәsini müzakirә edirdik. Mәsәlәn, qeyri millәtlәr dillәrini, yazılarını asan etmәk istәrkәn,
müsәlmanlar dillәrini vә yazılarını daha da çәtinә salırlar.
Y u s i f. A!.... Bu artıq dәrәcәdә әhәmiyyәtli mәsәlәdir. Axı deyirәm iki student bir yerdә olanda әhәmiyyәtli söhbәt olunar. İndi siz bir az sәbr ediniz. (Durub qulluqçunu sәslәyir.) Daniel! Daniel! Bura çay gәtir. Xanımlara da de gәlsinlәr. (Gәlib oturur). İndi mәn sizә qәribә әhvalat nәql edәcәyәm. Biz Tiflisdә olarkәn bizimlә qonşu bir müsәlman mağazası var idi. Bunun sahibi hәmişә müsәlman qәzetәsi alıb oxuyandan sonra oxuduğunu mәnә nәql edirdi: "Qonşu, filai şәhәrdә filankәsi öldürüblәr, filankәsin evini yarıblar, nә bilim, filan yerdә filan adam işlәyәrkәn quyuya düşub boğulubdur". Hәmişә dә belә xәbәrlәr deyәrdi. Bir gün yenә belә bir xәbәr nәql edәndәn sonra mәn dedim: qonşu! Bәyәm sizin qәzetәlәrdә ancaq adam öldürmәkdәn, ya oğurluqdan yazırlar? Qonşum tәәccüb ilә mәnә baxıb dedi: "Qeyri şey yazırlarsa da, mәn bilmәyirәm. Ancaq bu әhvalatları oxuyuram". Mәn dedim: xeyr, ola bilmәz ki, qәzetәlәrdә ancaq belә xәbәrlәr olsun. Bizimqәzetәlәrdә siyasi, milli, elmi mәsәlәlәrә dair hәmişә yazırlar. Mәnim sözlәrimin cavabında dedi: "Bizim qәzetәlәrdә dә yazırlar. Fәqәt mәn oxusam da düşünmürәm. Ona binaәn ancaq "Xәbәrlәri" oxuyuram". Ah! Ah! (Gülürlәr.)
B a h a d ı r. Dürüst deyir!
 
 
BEŞİNCİ GӘLİŞ
 
Әylәşәnlәr, Maşo, Sona.
 
Y u s i f. Budur, xanımlar da gәldilәr.
M a ş o (Aleksey ilә әl verib). Xoş gәlibsiniz.
S o n a (Alekseyә). Çoxdandır görünmürsünüz.
A l e k s e y. Bәli, hava müqәssirdir.
 
 
ALTINCI GӘLİŞ
 
Daniel çay gәtirib stol düzәldir. Stәkan vә samovar qoyulmuşdur.
 
S on a (çay qoyur). Atam çox gülürdü, sәsini eşidirdim. Görәsәn sizә nә nәql edirmiş?
Y u s i f. Mәn gәlib söhbәt üstә çıxdım vә bildim dә nәyә dair söhbәt edirlәr. Hәrgah sәn dә bildin?
M a ş o (gülümsәyib Bahadıra baxır). Bilirsiniz, Yusif hәmişә deyir: iki bir sәnәtdә adam bir yerdә rast gәlsә öz sәnәtlәrinә dair söhbәt edirlәr. Mәsәlәn, deyir: iki müәllim bir-biri ilә ya dәrsdәn söhbәt edirlәr, ya kitablardan; iki ovçu ovdan söhbәt edirlәr, sövdәgarlar alış-verişdәn, iki arvad rast gәldilәrsә, modadan, paltardan danışırlar.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y. Çox vaxt doğrudan da belә olur.
S o n a. Mәn, hәzәrat, bu sözlәrә şәrik deyilәm. Arvadlar barәsindә deyilәn sözlәr sәhvdir. Arvadların modadan başqa әcәba, söhbәtlәri yoxmu?
Y u s i f (gülә-gülә). Qızım, hirslәnmә, mәn hamı arvadları demirәm. Әksәr övqat söhbәt modadan olmağını söylәyirәm.
S o n a. Xeyr, atacığım, mәn hirslәnmirәm. Fәqәt bir-iki arvadın modadan söhbәt etmәyini hamı arvadlara isnad vermәk sәhvdir, zәnn edirәm. Bir neçә kişinin әksәr övqat qumardan dәm vurmaqları ümumi kişilәrә lәkә salırmı? Yox, әlbәttә.
B a h a d ı r. Afәrin, xanım әfәndi! Afәrin!
Y u s i f (gülә-gülә). Yaxşı-yaxşı, arvadlar nәinki modadan, hәtta buna oxşayan şeylәr barәsindә dә söhbәt etmirlәr....Ah! Ah.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y (durub getmәk istәyir). Sağ olun!
Y u s i f. Oturun! Daha çay için.
A l e k s e y. Tәşәkkür edirәm, vaxt daralıbdır. Gәrәkdir indi gedәm bir neçә kağızlarım var, yazmaq lazımdır. Sabah poçt gedir. Bilirsinizmi, getmәk vaxtıdır. Gәrәkdir hazırlaşmaq.
Y u s i f. Haraya?
A l e k s e y. Peterburqa, әlbәttә.
Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır.
M a ş o. Bәli. (Gülә-gülә.) Studentlәrin bayramı da qurtarır.
A l e k s e y (gülә-gülә). Bәli, bu üç ay yorunuqdan sonra yenә işlәmәk! (Hamıya әl verib çıxır.)
M a ş o (Sonaya). Qızım, Danielә de buraları yığışdırsın, mәn dә gedirәm. (Yusif vә Maşo çıxırlar.)
S o n a. Yaxşı, anacığım. (Gedirlәr).
B a h a d ı r (Sonanın dalınca baxır). Bәli, avqust ayı! Hәmişә avqust ayında günlәrimi sanardım. Üç ay yorunuqdan sonra ciddi surәtdә elmlәrә yapışmaq fikrindә olurdum. (Fikirdә). İndi nә oldu mәnә? Mәn Mәngilisdәn ayrılmaq istәmirәm, mәn tәlәsmirәm.... Hәtta getmәk fikrindә olanda urәyim sıxılır, döyünür.... (Başını tutub.) Ah, Sona! Sona!
S o n a (yavaş-yavaş gәlir Bahadırın yanında oturub әtrafına baxır). Nә gözәl vaxt vә nә gözәl mәnzәrә, deyilmi?
B a h a d ı r (әtrafına baxıb). Bәli, nәhayәtdә gözәl! (Sonra Sonaya diqqәtlә baxıb.).
"Morğe-sәyyadi-toәm oftadeәm bәr dame-to,
Ya bekoş, ya dane deh, ya әz qәfәs azad kon".
[ Tәrcümәsi: Sәnin ovladığın quşam, toruna düşmüşәm,
                    Ya öldür, ya dәn ver, ya qәfәsdәn xilas et.]
Son a (başını aşağı salıb). Bahadır! Bülbülün gül üçün oxuduğu yanıqlı nәğmәlәri eşidirsinizmi? Odur, gülә baxınız, qönçәsini açıb da guya deyir: "Eşqin oduna yanma, bülbülüm".
B a h a d ı r (Sonaya diqqәtlә baxıb). Ah, rәhmli gül!
S o n a (Bahadırın әlindәn tutub yuxarı baxa-baxa). Bahadır, o nә sirrdir ki, insanlar bir-birindәn tәfriqә düşüblәr?....
B a h a d ı r (bir az fikirdәn sonra). Xanım әfәndi! Bir vaxt olar bu barәdә dә söhbәt edәrik. (Sonanın әlindәn tutub fikrә gedir.)
S o n a (Bahadırın üzünә baxır). Söylәyin, bu saat fikrinizdәn nә keçdi?
B a h a d ı r. Hazır başımdakı fikirlәrdәn dәhşәtlisi, mәni әn narahat edәn fikir sizinlә ayrılmaq mәsәlәsidir. Bilmirәm buna mәn davam gәtirә bilәcәyәmmi?
S o n a. Bәlkә davam gәtirә bilmәdiniz, onda?
B a h a d ı r. Ah, xanım әfәndi! İnsan gәlәcәyini bilsә idi ağlı çaşardı. Fәqәt mәn hәlә divanә olmaq istәmirәm.Mәn istәyirәm yaşayam vә sevәm. Sizinlә ayrılığım nә qәdәr dәhşәtli nәzәrә gәlirsә, bir o qәdәr ümid yolu mәnim üçün görünür. Ah, bu ümid yolu! Ümidsiz yaşamaq qeyri-mümkündür.
S o n a. İndi siz beş gündәn sonra getmәlisiniz, deyilmi?
B a h a d ı r. Bәli!
S o n a. Nә ümidlә gedirsiniz?
B a h a d ı p. Ümidim daha bir dә sizinlә görüşmәk!
S o n a (yerә baxıb). Görüşüb, daha bir dә ayrılmaq....
 
(İkisi dә xeyli vaxt bir-birinin әllәrini tutub fikirdә qalarkәn.)
 
PӘRDӘ