Bakı vilayətin məskən edibsən

Vikimənbə saytından
Bakı vilayətin məskən edibsən
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 28

Bakı vilayətin məskən edibsən,
Cəhd elə, elmindən olgunan halı.
Nə müddətdi, bu ölkədən gedibsən,
Kimin vətənindən dönər xəyalı!?

Bu ərzi-halımız, al oxu bir bil,
Ürəyimiz səndən heç kənar deyil.
Oxu, biliyini artır ilbəil,
Elmin ziyası var, günəş misalı.

Elm, mədəniyyət var o diyarda,
İmanın da könlü çox intizarda.
Buraynan oranın işləri harda!
Başqadı nizamı, cahu cəlalı.