Bax, yenidən bu könül dərdin ilə yar olub
Görünüş
Bax, yenidən bu könül dərdin ilə yar olub Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Bax, yenidən bu könül dərdin ilə yar olub,
Ömr çatanda başa eşqi giriftar olub.
Yar çıxınca çölə, şəhrə düşüb vəlvələ,
Eşqi görərkən ağıl qaçmağa vadar olub.
Verdi həyat, sevgilim, bir gülüşün qəlbimə,
Şöleyi-hüsnünlə can yurdu şərərbar olub,
Əldə bəla xəncəri, ayrılıq etmiş hücum,
Varlığa son qoymağa hicr səbəbkar olub.
Pəncə atıb ceyranın boynunu sındırdı şir,
Göyərçin də şahinin caynağında xar olub.
Səbrimi, aramımı, dinimi də aldılar,
Təkcə qalan ruh mənim qəlbimə qəmxar olub.