Məzmuna keç

Bax (qoşma, Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bax
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 27

Nələr gəldi keçdi fani dünyadan,
Dolanan gərdişi-gəcmədara bax.
Yazılıbdı fərman qalu bəladan,
Qurulan nizami-kirdigara bax.

Kimi səyyad, kimi dərviş, kimi xan,
Kimi qəvvas, kimi səyyah-gəştiban.
Kimi alim, kimi həkim xoşzəban,
Kimi cəllad olub, zülümkara bax.

Kimi varlı, kimi varsız dolanır,
Kimi aşiq, eşq oduna qalanır,
Kimi məlul, qəm bəhrində bulanır,
Bir-biriynən olan xub rəftara bax.