Məzmuna keç

Beşi nə (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Beşi nə (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Beş yaşımdan on beş yaşa yetişdim,
Beşin atdım, beşin tutdum, beşi nə?
Haqq tərəfdən doğru yola yetişdim,
Bəlli oldum mən biyabar beşi nə?

Ömür bənzər dağ başında dumana,
Qəflətcə mən də yetdim ümmana,
On beş şey vacib oldu islama,
Beşi Sulidin, beşi Firudin, beşi nə?

Xəstə Qasım qaldı həyat içində,
Din bir, xuriman şərait içində,
On beş şey də gəldi səlat içində,
Beşi oruc, beşi namaz, beşi nə?