Biləsiz (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Biləsiz Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 28-29 |
Gözüm açıb bu dünyaya gələndə
Dost tutmadım bu fənanı, biləsiz.
Ağlım kəsib xeyri-şəri qananda
Xoşlamadım hər insanı, biləsiz.
O da bir nemətdir, göz-gözə baxa,
Arta məhəbbəti, sel kimi axa.
Ata qulluğunda söz yalan çıxa,
Oğul onda çox utanı, biləsiz.
Qardaş arasında ərkinaz olur,
Artır məhəbbəti, sərəfraz olur,
Nakəs adam səxavətdən az olur,
Mərdi çəkib imtaha, biləsiz.
İnsana gəlməsin xain töhməti,
Bir yandan kəc işlər, yox mərhəməti.
Mərd boynunda qalmaz mərdin minnəti
Dərdə salıb bu İmanı, biləsiz.