Məzmuna keç

Bilin siz (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilin siz
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 29-30

Ziyadlı elləri, çox salamım var,
Oxuyub eşidin hamı, bilin siz.
Açılsa zəbanım, söylərəm aşkar,
Həqiqətdən dürr kalamı, bilin siz.

Ariflər yığılsın, qılsın tamaşa,
Coş edib sinəmdə yanan ataşa.
O gündən ki könlüm toxunub daşa,
Pozulubdu hər nizamı, bilin siz.

Deməyin ağılsız, kamalsızam mən,
Sözlərimdən mətləb qanar dərdbilən.
Yad eldə aşığa çox olar gülən,
Söyləyər nadandı, namı bilin siz.

İman deyər, bir mövlanın quluyam,
Həqiqətdən, mərifətdən doluyam.
Bir xudanın qədərindən halıyam,
Qərar qoyub sübhü şamı, bilin siz.