Məzmuna keç

Bir ay əmindi

Vikimənbə saytından
Bir ay əmindi
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 169

Könlümün növrağı, şəmsü çırağı
Qəlbi natəvanım, bir ay əmindi.
Dedim: dilbər, məni salma fərağa,
Dedi: cəbr eyləsən, bir ay əm indi.

Dedim: bu bülbülün bağçası bir gül,
Dedi: aldanıbsan, bağçası bir gül.
Dedim: al bəzənmiş bağçası, bir gül,
Dedi: bağbanı var bir ayə mindi.

Dedim: yeddi üçün tağı beşdimi?
Dedi: onun gərdən bağı beşdimi?
Dedim: bir budağın tağı beşdimi?
Dedi: aça bilsən, bir ayə mindi.

Dedim: bu on birin yoxla on üçün,
Dedi: doqquz qəbul olub on üçün.
Dedim: üçü alacaqdı on üçün,
Dedi: İman, doğru bir ayə əmindi.