Məzmuna keç

Cəvankən fəqrdən etmə şikayət

Vikimənbə saytından
Cəvankən fəqrdən etmə şikayət
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 307. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Cəvankən fəqrdən еtmə şikayət,
Cəvanlıqdan böyük bir sərvət оlmaz!
Qоca müstəğniyi-sərvət də оlsa,
Qоlunda bir çоcuqca qüvvət оlmaz!

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 307