Dəli yığıncağı/Beşinci məclis

Vikimənbə saytından
Jump to navigation Jump to search
Dördüncü məclis Dəli yığıncağı. Beşinci məclis
Müəllif: Cəlil Məmmədquluzadə


Şәhәrin kәnarı, camaat ayaq üstә, әllәri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zәvvardırlar. Çavuş oxuyur:

Düşüb könlüm mәnim dә iştiyaqә,
Gedin mәndәn qabaqca siz qabaqә,
Edin izzәt bu izzәtli qonaqә,
O hәzrәtdәn sizә fәrman çıxıbdır.
Bәr Mәhәmmәd vә alihü sәlavat!....

Camaat salavat çәkir, çavuş Ә l ә l f ә l a h, F a z i l M ә h ә m m ә d i b n Y ә q u b, H a c ı B a ğ d a d, K ә r b ә l a y ı T ü r b ә t vә M ә k k ә M ә h ә m m ә d, bunlardan sonra övrәtlәr -- Ü m m i G ü l s ü m, Ә m i n ә, S ә k i n ә.... Ә l ә l f ә l a h bir atın cilovundan çәkir, atın üstündә xurcun, içindә ölü sümüklәri görsәnir. Adamların dalınca dörd kәcavә, hәrәsi bir qatıra yüklәnmiş. Bunlardan savayı çox kişi vә övrәt gәlmәkdәdir. Hacı Mәhәmmәdәli fәrşfüruş, Hacı Xudaverdi Hacı Cәfәr dә burada durub ağlayırlar. Bir tәrәfdәn dәlilәr, Molla Abbas, Farmasyon Rüstәm, Sәrsәm Heydәr, Hәmzad Qurban, Cinni Mustafa, Pırpız Sona, Şimrәli әlindә şallaq dәlilәri gözlәyir.

F a z i l M ә h ә m m ә d i b n Y ә q u b (әllәrini qaziyul-hacata qalxızıb, bәlağәt ilә deyir). Allahümmә inni әsәlükә biismikә ya rәhman

ya rәhim! Sübhanallah, lailahә illa әntәl-qövs-әlqövs külli şeyin qәdir. Ey mәşәril-xәlayiq! Ey islam ümmәti! Ey yer üzünün şiәlәri! Bilin vә agah olun ki, dünyanı bәdbәxtlik hәr tәrәfdәn әhatә edibdi. Bunun ümdә sәbәbi gün-gündәn artmaqda olan mәsiyyәtlәrin vücudi ki,

ibarәt olsun dәli kişilәrin övrәtlәrinin sahibsiz qalmağından. Bir surәtdә ki, әz hәzrәt Yәqub mәrvist ki, әgәr övrәti-müslimә müddәti bisahib manәd, hәftad hәzar mәlәk bәәhaliyi-on vilayәt lәnәt günәd.

[Hәzrәt Yәqubdan rәvayәtdir ki, әgәr müsәlman arvad bir müddәt sahibsiz qalsa, yetmiş min mәlәk o vilayәtin әhalisinә lәnәt oxuyar.]

C a m a a t. Lәnәt!

F a z i l M ә h ә m m ә d (ağlayır). Indi bir mülahizә buyurun görün, bir mәmlәkәtә ki, yetmiş min mәlәk lәnәt oxuya, әlbәttә, orada dünya-alәm dәrhәm-barhәm olacaq. Ey yer üzünün şiәlәri, bu gün cümә günüdür, yәni bina bәrәvayәti-ibn Hәsәn Sәid ibn Ömәr Hәsәn

qeyr vahid, qalә yәxrucü qiamüna әhlül-beyt yövmül-cümә.... Baxın mәğrib tәrәfinә: gün oradan tülü edir; baxın mәşriq tәrәfinә: gün oradan qürub edir. (başını qalxızıb göyә baxır. Camaat tәәccüblü mәqrib vә mәşriq tәrәfә baxır).

F a z i l M ә h ә m m ә d (moizәsini elәyir). Odur, az qalır ulduzlar yerә tökülsün; az qalır vәlvәleyi-sәthi-xakdan olsun; az qalır zәlzәleyi-sәqfi asiman olsun. Bu özgә bir şey deyil, mәgәr sahibül-әsr vәzzәmanın zühurunun әlamәtidir.

Dәlilәr tәzim edirlәr, Hәmzad Qurban vә Pırpız Sona qorxularından titrәyirlәr vә ağlayırlar. Farmasyon Rüstәm vә Sәrsәm Heydәr gülürlәr vә Cinni Mustafa çığırır. Molla Abbas çıtmıq çalır, düşür oynamağa, camaat acıqlanır vә onu oradan çıxardır.

C i n n i M u s t a f a. Әdә, imam gәldi! Әdә, Molla Abbas, imam gәldi. (Dizlәrini yerә döyür).

Küçәdә camaat bu sözü eşidib, hәyәcanla yavuq gәlib, imamı axtarır.

F a z i l [M ә h ә m m ә d] (moizә edir). Ey yer üzünün şiәlәri, bu gün bu ağanın (çavuşa işarә edir) buraya müsafirәtinin illәti budur ki, bütün yer üzünün şiәlәrinә elam olunsun ki, hәzrәt sahibül-әsr vәzzәman cümә günü Qaf dağının dalından min övladı ilә düşmәnin qabağına davaya çıxıb, elani-müharibә edәcәk.

M o l l a A b b a s (uzaqdan qah-qah çәkib gülür). Az da yox, min evladı ilә!

Şimrәli vә mömünlәr Molla Abbası bir xeylәk döyürlәr.

F a z i l M ә h ә m m ә d. Bәli, әzhәr minәş-şәmsdir ki, hәzrztin ümmәtinin törәyib artmağına böyük zәrurәt müşahidә olunur vә bu sәbәbdәn o hәzrәtdәn tәvәqqe sadir olub ki, (bir kağızı әlindә tutub) bәndeyi-hәqir hәzrәtin birinci nayibi-xassı Mәhәmmәd ibn Yәqub Küleyni ki, ibarәt olsun "Üsuli-Kafi" kitabının sahibindәn ki, şiә mәzhәbinin mәdari-dәyanәti hesab olunur. Bilin vә agah olun ki, budur o hәzrәtin hökmünün mәzmunu: bu vilayәtdә olan dәli kişilәrin övrәtlәri bir surәtdә ki, müvafiqi-şәri-şәrif әrlәrindәn boş vә azaddırlar, gәrәk öz әrlәrinin qardaşlarına siğә olub, bu kәcavәlәrә әylәşsinlәr, hәzrәtin ziyarәtinә müşәrrәf olsunlar. Zәmani ki, hәmin dәli kişilәrin övrәtlәri öz dәli әrlәrinin qardaşlarına siğә oldular, xudavәndi-zülcәlalın qüdrәti ilә bu övrәtlәrdәn (dәlilәrin üç övrәtinә işarә edir) yetmiş günün әrzindә yetmiş min övlad әrsәyә gәlәcәk.

Molla Abbas vә dәlilәr gülüşürlәr vә bunlar o büzürgüvarın kömәyinә gedәcәklәr vә o mәlun düşmәnә zәfәr yetirib, sәğәrin dib bucağına vasil edәcәklәr vә pak olan şiәlәrin nicatına bais olacaqlar vә bәlkә bu qәdәr intәhasız savabın müqabilindә dә bu biçarә dәlilәrә bir nicat yolu tapalar.

Hamı övrәtlәr kәcavәlәrә tәrәf hücum edirlәr.

F a z i l [M ә h ә m m ә d] (övrәtlәrә). Ey ağıllı övrәtlәr, bir sәbr ediniz, ta ki siğәlәr cari olsun.

F a r m a s y o n R ü s t ә m (övrәti Ümmi Gülsümә ağlaya-ağlaya). Ay mәnim övrәtim Ümmi Gülsüm, vallah, mәn dәli deyilәm; mәni

qoyub getmә.

H a c ı B a ğ d a d (qardaşı Rüstәmә). Qardaşım, allaha yalandan and içmә, günaha batdın.

S ә r s ә m H e y d ә r (övrәti Әminәyә yalvarır). Ay mәnim övrәtim Әminә, mәni tullayıb qardaşıma әrә getmә! Vallah, mәn dәli deyilәm (ağlayır).

K a b l a T ü r b ә t (Heydәrә). Qardaşım, Heydәr, allaha yalandan and içmә, günaha batdın.

H ә m z a d Q u r b a n (Sәkinәyә). Ay mәnim övrәtim Sәkinә, uşaqları tullayıb qardaşıma әrә getmә! Vallah, mәn dәli deyilәm (ağlayır).

M ә k k ә M ә h ә m m ә d. Qardaş, Qurban, and içmә, günaha batdın.

Ç a v u ş (oxuyur). Hәr ki darәd hәvәs hәzrәtna, bismillah!....

Camaat salavat zikr edir: "Allahümmә sәlli әla Mәhәmmәdün vә ali Mәhәmmәd". Dәlilәr tәzim edir. Övrәtlәr yenә kәcavәyә hücum çәkirlәr.

[F a z i l] M ә h ә m m ә d i b n Y ә q u b. Ey salihә övrәtlәr! Macal verin, siğәlәr cari olsun. (Fazil gәlir durur camaatın arasında vә başlayır siğә oxumağa) Әlhәmdü lillahillәzi әhәllәt-tәzvicә vәnnikahә, vәssәlatü vәssәlamü әla xeyri xәlqihi vә әcmәin әüzü billahis-sәmiil-әlimi minәş-şeytanir-rәcimi. Әnkәhtül-mәrәtәl-mәlumata lirrәcülil-mәlumi әlәssәdaqil-mәlumi. Qәbiltün-nikahә.

C i n n i M u s t a f a (dabanını yerә vurur vә çığırır). Oxuma, oxuma siğәni. Biz dәli deyilik.

Hәmzad Qurban vә Sona ağlayırlar Farmasyon Rüstәm vә Sәrsәm Heydәr qah-qah çәkib gülürlәr. Mömünlәrin bir neçәsi: "sübhanallah, sübhanallah", bir neçәsi: "lahövlә vәla qüvvәtә illa billahü әliyyül-әzim" deyir. Cinni Mustafa peydәrpey çığırır: "biz dәli deyilik! Biz dәli deyilik!".

F a z i l M ә h ә m m ә d (dәlilәrә). Necә dәli deyilsiniz ki, dünya vә alәm içrә bizim irz vә namusumuzu götürübsünüz?

Qeyri mömünlәr dә dәlilәrin üstә çığırırlar.

Necә dәli deyilsiniz ki, dünya vә alәm buna şahiddir?

Qiylu qal dәxi dә şiddәt edir.

Ç a v u ş Ә l ә l f ә l a h (Fazilә). Xub, bir surәtdә ki, bu allah bәndәlәri (dәlilәri göstәrir) öz dәliliklәrini inkar edirlәr, xub, mәn eşitdiyimә görә, bu vilayәtdә Әmristandan tәzә varid olan vә ruh әmrazinә ixtisas yetirmiş tәbibi-haziq var. Xub, haman tәbibi dәvәt edin, özü tәşxis versin ki, aya bu camaat içindә kimdir ağıllı, kimdir dәli; dәxi mübahisәyә nә hacәt? Dәxi münaqişәyә nә lüzum, ey mәşәrül-xәlayiq?

D ә l i l ә r. Nә eybi var, hәkim özü tәşxis versin kimdir ağıllı, kimdir dәli. Mübahisәyә nә hacәt? Münaqişәyә nә lüzum?

M ö m ü n l ә r. Nә eybi var, hәkim özü tәşxis versin, kimdir dәli, kimdir ağıllı. Mübahisәyә nә hacәt? Münaqişәyә nә lüzum?

Çamaat içindә "çәkilin, çәkilin" sәsi düşür, hәkim Lalbyuz girir camaatın içinә vә o tәrәf-bu tәrәfә baxır.

F ә r r a ş Ş i m r ә l i (hәkimә). Cәnab hәkim, sizә mühәvvәl olunur tәşxis vermәk kimdir burada dәli, kimdir ağıllı? Zira bu barәdә

mübahisә vә münaqişә vaqe olub.

Cәmi dәlilәr hәkimә tәzim edir, camaat sükutda vә müntәzirdir ki, hәkim nә tövr rәftar edәcәk. Hәkim at üstündәki xurcuna diqqәt verib, sümüklәrә gözü sataşır vә tәәccüb edә-edә oraya yavuqlaşıb, istәyir әlini vura sümüklәrә. Xurcun sahibi çavuş Әlalfәlah hәkimin әlini öz әli ilә rәdd edir ki, әli sümüklәrә dәyib, murdarlamasın. Hәkim tәәccüblü çavuşa baxır vә işarә ilә soruşur ki, bu sümüklәr niyә

buraya qoyulub vә hara aparırlar?

Ç a v u ş (hәkimә). Cәnab hәkim, bu sümüklәr cәnnәt-mәkan atamın sümüklәridi; allah-taala cәmi mömün bәndәlәrini әrşi-әlada hurilәr ilә hәmcәlis elәsin .... Bu sümüklәri aparıram әtәbati-aliyata hәzrәtin türbәti-mübarәklәrinә tapşıram. Çünki hәzrәt Museyi-Kazimdәn rәvayәtdir ki, çün meyitra dәfn künәnd dәr bәrabәri-qәbri-hәrәt

[Elә ki, meyiti hәzrәtin qәbrinin yanında dәfn elәdilәr ....]

.... (ağlayır vә başına döyür; cәmi dәlilәr qah-qah çәkib gülürlәr).

F a z i l M ә h ә m m ә d. Vaveyla va müsibәta!.... Gör nә günlәrә qaldıq!

M ö m ü n l ә r. Vaveyla va müsibәta!....

H a c ı B a ğ d a d. Atam-anam sәnә qurban, ya hәzrәt! (ağlayır, dodaqları vird edir: "sübhanallah, sübhanallah!").

K a b l a T ü r b ә t. Fәda olum sәnә, ya hәzrәt! (Ağlayır. Dodaqları vird edir: "sübhanallah, sübhanallah").

M ә k k ә M ә h ә m m ә d. Lahövlә vәla qüvvәta illa billahü әliyyül-әzim.

Hәkim Lalbyuz qalır mәәttәl; bilmir dәli kimdir, ağıllı kimdir.

M o l l a A b b a s (hәkimә, gülә-gülә). Hә, belә mәәttәl qalarsan ha? Elә bilirsәn dәlilәrә hәkimlik elәmәk hasand işdi? Hә, bizi әlә salıbsan, ya özünü әlә salıbsan? Sәn ki, bu camaatın dilini bilmirsәn, indi tap görüm dәli kimdi, ağıllı kimdi? Hә, niyә mәәttәl qalmısan?

Niyә lal olmusan, cәnab Lalbyuz? (qah-qah çәkib gülür, dәlilәr dә gülürlәr).

Hәkim yenә bilmir nә elәsin vә bir qәdәr dә o adama, bu adama diqqәt edәndәn sonra gedir ağlayan vә başına döyәn Çavuş Әlәlfәlahın papağını çıxardır vә qırxıq başına vә gözlәrinә diqqәt edir. Sonra dodaqları "sübhanallah" vird edәn vә gözlәri allahı axtaran Hacı

Bağdadın başına vә gözlərinә diqqәt yetirir. Farmasyon Rüstәm vә Sәrsәm Heydәr gülüşür. Mömünlәr narazı vә mәyusdurlar. Sonra hәkim gedir dodaqları "sübhanallah" vird edәn vә gözlәri allahı axtaran Kabla Türbәtin başına vә gözlәrinә baxır. Dәlilәr gülüşür. Bu minval ilә Mәkkә Mәhәmmәdә dә baxandan sonra hәkim cibindәn lüğәt kitabını çıxardıb, bir söz axtarır vә kitabın bir yerindә barmağını qoyub, bu kәlmәni çәtinliklә höccәlәyir vә deynr: "dali". Dәlilәr gülüşür, mömünlәrin gileyi-güzarı vә narazlığı intihaya çatır: "Bu necә hәkimdi? Bu nә qayırır? Hәkimin iştibahı var" sözlәri ucalır. Fәrraş Şimrәli dәlilәri vә ağıllıları şallaqlaya-şallaqlaya camaatı sakit edir.

Çavuş avazla oxuyur: "Zi türbәti-şühәda buyisib miayәd".

[Hәzrәtlәrin qәbrinin torpağından alma iyi gәlir.]

Camaat salavat çevirir.

F a z i l [M ә h ә m m ә d.] Ey mәşәrül-xәlayiq! Vay dәlilәrin bәxti-qarә övrәtlәri! Hәr kәs öz әrinin qardaşına siğә olmağa vә hәzrәtin ziyarәtinә getmәyә razıdırsa, daxil olsun kәcavәyә.

(Ümmi Gülsüm başını aşağı salıb gedir, kәcavәyә daxil olur)

Bәli, bu gedәn şieyi-salihә Ümmi Gülsüm, Farmasyon Rüstәmin bәdbәxt övrәtidir.

Rüstәm arvadının kәcavәyә tәrәf ketmәyinә baxıb, "ğu, ğu" elәyir. Molla Abbas vә Sәrsәm Heydәr gülüşürlәr, Sona vә Qurban ağlaşırlar, Cinni Mustafa dabanlarını yerә vurub çığırır. Sonra kәcavәyә Ümmi Gülsümün dalınca gedir Hacı Bağdad, ondan sonra gedir Әminә

övrәt -- Sәrsәm Heydәrin arvadı. Heydәr dә arvadına "ğu-ğu" edir, dәlilәr gülüşürlәr. Bunun dalınca Kabla Türbәt, ondan sonra Sәkinә övrәt, dalınca Mәkkә Mәhәmmәd. Dәlilәr "ğu-ğu" edib gülüşür. Fazil Mәhәmmәd siğәni alçaqdan oxuyur: "әngәhtü mәrәtül-mәlumә". Oxuyub tamam edәndәn sonra üzünü tutur camaata.

F a z i l [M ә h ә m m ә d.] Bәli, mәlumdur ki, bu vilayәtdә hamıdan artıq dәliliyi ilә şöhrәt qazanan mәnim bәdbәxt bәradәrim dәli Molla Abbasdır ki, onun biçarә övrәti Pırpız Sonanı hәzrәtin ziyarәtinә aparmaq zәhmәti mәnim öhdәmә mühәvvәl olunubdu. O, rәhim allahdan istiqasim budur ki, öz astanasında bu bәxti-qarә övrәtә şәfa kәramәt edib, bu mәrәzi-nagәhanidәn xilas edә. Daxil olsun kәcavәyә qol-qıçı açıq, mömün bәndәlәrin nәzәrindә küçә vә bazarda dolanan Pırpız Sona!

(Fazil Mәhәmmәd ibn Yәqub başı aşağı, gedir kәcavәyә tәrәf vә çönüb görür ki, Sona gәlmir. Sona dәlilәrin içindәn qabağa çıxır, üzünü tutur Molla Abbasa vә deyir:)

P ı r p ı z [S o n a.] Molla Abbas, qorxuram! Molla Abbas, mәni tut, mәn qorxuram! (әllәrini qabağa uzadır vә yalvarır). Molla Abbas, o arvadlar ki, öz әrlәrini tullayıb, әrlәrinin qardaşlarına qoşulub gedirlәr, o arvadların ucundan qorxuram dünya vә alәm dağıla, külli-küfan ola. Molla Abbls, qorxuram ulduzlar yerә tökülә (titrәyir). Vay, nәlәr gördüm, Molla Abbas!

(Ağlayır vә titrәyir. Fazil Mәhәmmәd istәyir qayıda gәlә Sonanı apara, Sona da istәyir qayıda gәlә dәlilәrin yanına).

M o l l a A b b a s (Sonaya). Sona, get, get, mәn sәnә izin verdim. Sәni aparan mәnim qardaşımdı.

Fazil Sonanı zor ilә çәkir kәcavәyә tәrәf, Sona çığırır. Dәlilәr hücum edirlәr Fazilin vә möminlәrin üstә. Fazil vә camaat hamısı qorxub qaçır, dәlilәr onları qovalayır. Molla Abbas Sonanı qucaqlayır vә әtrafa baxıb görәndә ki, bir kәs yoxdur, dizi üstә düşüb, başlayır Sonanın әllәrindәn öpmәyә vә ona deyir:

Neçә ildi özümü (öz üstünә baxır) bu hala salmışam ki, sәn dәlilәr içindә tәk qalmayasan! Yazığım sәnә dә, yazıq özümә dә! Çünki dәxi bizim günümüz belә keçәcәk vә axırda da divarlar dibindә can verәcәyik. Indi ki, getmәdin, getmә, qoy o bacı-qardaşlar (әlini zәvvara tәrәf tutur) o qayın-baldızlar әylәşsinlәr kәcavәlәrә vә yetmiş günün әrzindә hәzrәtin qoşunundan ötәri yetmiş min övlad әmәlә

gәtirsinlәr vә hәzrәtin düşmәnini sәğәrin dib-bucağına vasil elәsinlәr. Gedәk biz dә öz yoldaşlarımızın içindә qalaq. Doğrudur, onlar, hәzrәtin zühuruna inanmırlar, hәzrәtin zühurunda mayallaq aşırlar, amma heç olmasa, sәni dә çimdiklәmirlәr. (Dәlilәrә tәrәf üzünü tutub çığırır: "Yoldaşlar!" Dәlilәr gülә-gülә qayıdıb gәlirlәr. Dәlilәrә tәrәf acıqlı). Nәyә gülürsünüz? Mәn sizә min dәfә demişәm ki, әgәr siz mәni vaiz hesab elәyirsiniz, gәrәk mәn vәz edәn vaxt siz mәnim moizәmә huş-guş ilә qulaq asasınız. (Dәlilәr başlarını aşağı salıb dinmirlәr. Molla Abbas bir qәdәr fikrә gedәndәn sonra, bәlağәt ilә deyir:) Hindistan hükәmasından bilmirәm hansıdı -- adı yadımdan çıxıb, -- kitabında yazır: vaxt olur ki, insanın qәlbi hәr bir arzudan vә meyldәn xali olur, o vaxt qәlbdә bir növ xamuşluq әmәlә gәlir. Bu xamuşluqda insana elә bir iti zehn üz verir ki, dünyanın yaxşı vә yamanını hәkimanә bir surәtdә görә bilәr. Allah şahiddir ki, bir belә xamuşluq, bir belә sakitlik bu dәqiqә mәnim dә qәlbimdәdir. Onun üçün dә indi mәn hәzrәt sahibül-әsr vәzzәmanın xidmәtinә müşәrrәf olan bu camaatın (әlini zәvvara tәrәf uzadır) hәrәkәtinә diqqәt ilә tamaşa edib deyirәm: Vallah vә billah biz "dәli yığıncağına" düşmüşük.

Dәlilәr gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zәvvara tәrәf tutub çığırır.

P ә r d ә
Axırı