Dal əyər, əyər
Görünüş
Dal əyər, əyər Müəllif: Növrəs İman |
dodaqdəyməz cığalı təcnis Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 115-116 |
Çən gəlsə dağlara, yellər əsdirər,
Qışda çətin gəlsə, dal əyər-əyər.
Aşıq deyər əyərdən,
Nə gətirdin Əyərdən?
Laçın getsə şikara,
Gətirərsə əyər dən.
Elin səsin qayalardan kəsdilər,
Eşitsə qəddini dal əyər, əyər.
Yəqin kəsər zəhri, zəhri sal salı,
Qəza cana zəhri, zəhri sal salı.
Aşıq deyər sal salı,
Yar qəddinə sal salı.
Canan cana nəzərdən
Əyər yaxşı sal salı.
İçəndə qardaşı zəhri Salsalı,
Səslərdi dilində Dal əyər, əyər.
Yazıq cana, canan, gətdin, aya, nə?
Nahaq yerdən sirrin saldın ayanə.
Aşıq deyər ayanə,
Dilin eşqə a yanə.
Xain nədən qaralı,
Gəzər eldən a yanə.
Növrəs istər cahan gəzə, ay anə,
Yaralı sinəsi dal əyər, əyər.