Məzmuna keç

Danışma (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Danışma
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 34

Soruşmamış bir aşığın halını
Dilin açıb həcv, hədyan danışma!
Yaxşı sevirsiniz dünya malını,
İstəmirik deyib, yalan danışma!

Yalan demir, rüşvət yemir telli saz,
Cadu yazmır, fitnə vermir, kələkbaz!
Mollasan, gəl otur, mən deyim, sən yaz
Zikrimdədir şiri-yəzdan, danışma!

Ol şiri-xudaya məhəbbətim var,
Zikrimdə həmişə seyyidi-əbrar,
Car olur dilimdə qolsuz ələmdar,
Verəndi dərdlərə dərman, danışma!

Zəlilə bir qulam, düşmüşəm çölə,
Dinən yoxdu qabağımdan bil hələ.
Novrəstə İmanam, gər gələm dilə,
Elərəm aləmi heyran, danışma!