Derlər, Iran günbəgündən xar olur, əlbəttə ki!
Görünüş
Derlər, Iran günbəgündən xar olur, əlbəttə ki! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!
Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!
Bir diyarın ki, olur ə’yanı yeksər cibdust,
Zilli-Sultan çağrılır, sərdar olur, əlbəttə ki!
Kamiran mirzalərin təşviqidir ki, "bəst"də
Əyləşənlər büsbütün biar olur, əlbəttə ki!
Söyləyir bunlar ki, şah Qacar ikən naib ona,
Bizcə, həmnəsli olan Qacar olur, əlbəttə ki!
Məndən olsa Məmdəli layiqlidir naibliyə, –
Onda Iran bir gözəl gülzar (?) olur, əlbəttə ki!