Dolanım başına ey nazlıca yarım, bəri bax
Görünüş
Dolanım başına ey nazlıca yarım, bəri bax Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dolanım başına ey nazlıca yarım, bəri bax,
İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
İşvə ağaz qılıb səbrimi tarac etmə,
Getdi dildən dəxi aramü qerarım, bəri bax.
Xəm emiş qamətim ebrulerinin qurbanı,
Zülfi-pürtabına qurban təni-zarım, bəri bax.
Bu cəfadidə dil, ol kakili-mişkinə fəda,
Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.
Can nisar etməyə amadədi Seyyid, gözelim,
Gər desən lütf ilə: ey aşiqi-zarım, bəri bax!