Doyunca
Görünüş
Doyunca Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Əziz ata, itgin gedən fərzəndin
Ağla hey düşəndə yada doyunca.
Mənim gərdənimdə çarxın kəməndi,
Dolandırar bu dünyada doyunca.
Məndən dost-qohuma azca gileylə,
Nə qarğa, dalımca nə hədyan söylə.
Əl götür duaya, minacat eylə,
Bəlkə, yetəm bir murada doyunca.
Halal qıl İmanı, qohum-qardaşım,
Çeşmim ağlar, qaranlıqdı günəşim.
Əgər bir ilahi düzəltsə işim,
Şad olaram Kərbəlada doyunca.