Durur
Görünüş
Durur Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.128-132 |
Fani dünya yola salıb,
Neçə min peyğəmbəri.
Övliyanı, övsiyanı,
Tamam ali heydəri.
Süleyman tək Şah necoldu,
Aparıb ol sərvəri.
Məhəmməd əl-Mustafa tək,
Kainatın rəhbəri.
Özü edib ərşə merac,
Alıb haqdan xəbəri.
Bizə qoyu getdiyi bir,
Doğru yol, ərkan durur.
Peyğəmbərin buyurduğun
Məhv elədi mollalar;
Pünhan-pünhan kəbin kəsdi,
Çox artırdı zinalar.
Cadugərlik, ruhanilik
Artırırdı bəlalar;
Var tərəfə yüyürdülər,
Yaddan çıxdı ayalar;
Aramızda söylənilən
Şər, həmi böhtan durur.