Durur (Şair Ağacan)
Görünüş
Durur Müəllif: Şair Ağacan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Əhli ürfan məclisində arifi, ürfan durur,
Kimi alçaq, kimi yüksək, hər cürə insan durur.
Şüaralar bəndəgahın kəsdiyim aşkar olub,
Fələk döndərdi çarxımı indi də pünhan durur.
Urfatından xam olanı noxtaladım, çulladım,
Yeyi, lamı, əlif beyi nə deyə suvalladım?
Ağzı nəqqara olanı dilindən qıfılladım,
Seyrəqib çıxmır aradan gözümə şeytan durur.
Ağacanın qarşısında nitqə gəldi bircə din,
Ustadım var, şiri yəzdan artıraram birə min.
Aşıx, yaman qorxma ki, sən, mən olmaram nəkrain,
Qəbir durur, sual durur, ədalət divan durur.