Məzmuna keç

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut

Vikimənbə saytından
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut,
Tutma əldə zahidin tasbihini, peymanə tut

Zahidü məscid təmənnasm çox etmə, ey könül,
Zahidi bir cüğd bil, həm məscidi viranə tut.

Xublar zülfündə görsən bu pərişan könlümü,
Boynu bağlanmış, onu, zəncirə bir divanə tut.

Ol məhi-namehriban istər ki, zülfün darəsin,
Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut.

Can verib cananə, yan şəmi-rüxündən dilbərin,
Gər kəmal istərsən, ey dil, şiveyi-pərvanə tut.

Xublar eşqində gör şimdi mənim rüsvalığın,
Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.

Girmə sən məscidlərə namərd zahidlər kimi,
Seyyida, meyxanədə peymanəni mərdanə tut.