Ey olan hadiyi-әrbabi-zәlәalәt Hadi
Ey olan hadiyi-әrbabi-zәlәalәt Hadi Müəllif: Seyid Əzim Şirvani |
Ey olan hadiyi-әrbabi-zәlәalәt Hadi,
Ey Müzәllini edәn hәqqә hidayәt Hadi,
Eylәdin sәn ki, bu mehdiliyә adәt, Hadi,
Elә bәs alәmә tәbliği-risalәt, Hadi!
Leyk peyğәmbәr olan hәcv elәmәz ümmәtini,
Kişi lazımdı çәkә ümmәtinin qeyrәtini,
Gәrçi hәcv eylәyәnin yoxdu kәsәn sünnәtini,
Sәnə bu hәcv nә fәrz idi, nә sünnәt, Hadi!
"Әhsәnül-Qaidә"nin sahibi, yaxud özü bәg,
Yazmış idi: nә rәva xәlq olur ağköynәk?
Sәn, oba aşrı, әzizim, nәyә lazım hürmәk,
Nә üçün eylәdin izhari-әdavәt, Hadi?!
İnşaallah saba-birgün yetişir mahi-әza,
Gey kәfәn, yar başını, tök yaşını, bağla qara,
Sәni meydanda görәn kimsә desin: namxuda
Elәyibdir yenә alәmdә qiyamәt Hadi.
Әlini tutmadı bir kimsә ki, qardaş, sәnin,
Can sәnin, cism sәnin, tiğ sәnin, baş sәnin,
Cәm ola baxmağına sünni, qızılbaş sәnin,
Baxıban onlara sәn eylә fәxarәt, Hadi!
Kim deyәr ağlama sәn Kәrbübәla sәrvәrinә,
Canımız cümlә fәda olsun onun Әkbәrinә.
Ağladı әrzü sәma tәşnә ölәn Әsğәrinә,
Onu inkar edәnin zatına lәnәt, Hadi!
Leyk siz bir para bidәtlәr edibsiz icad,
Qoymusuz adını siz tәziyә, ey әhli-fәsad!
Sizә bu tәziyәdәn özgә hәvәslәrdi murad,
Mәn ölüm, sәn bir özün eylә mürüvvәt, Hadi!
Bu deyilmi qәrәzin başını sәn çapmaqdan,
Yәni ki, canımı cananә edәrdim qurban,
Malını bәs nә üçün eylәmәyirsәn ehsan,
Quru baş çapmağa sәn etmisәn adәt, Hadi!
Xatirin cәm elә kim, gәr bu isә rәsmi-әza,
Sәnә nifrin edәcәk padşahi-Kәrbübәla,
Bәdәnin zәhmәtinә şәrdә yoxdur fitva,
Yoxsa var sizdә, görәk, tazә şәriәt, Hadi?
Xaçpәrәstlәr hamısı açdı gözün düşdü qabaq,
Dalda qaldıq tökülüb cәhl ilә biz, ay sarsaq!
Bәs nә vaxtı bizә qismәt olacaq göz açmaq?
Әqlә gәl, tarıya bax, bәsdi bu qәflәt, Hadi!
Bu hәdisi nә zaman zikr qılıb peyğәmbәr--
Ki, olur rus diliylә oxuyan kәs kafәr?
Allah, allah, bu nә böhtandır, ey hiylәtgәr,
İxtilafati-lisandır bizә nemәt, Hadi!
Kim ki, bir dil bilә bir nemәtә ol vasildir,
Kim ki, çox bilsә, o çox nemәtә bәs şamildir,
Leyk alәmdә hәr ol kimsә ki, naqabildir,
Edәcәk qeyr lisanı o, mәzәmmәt, Hadi!
Biz dә müddәt "Zәrәbә Zeyd" kitabın oxuduq,
Rişteyi-ömrümüzü nәhv ilә sәrfә toxuduq,
Barı biz taifә әzzәldә yenә bir…………,
Olmuşuq indi dәxi eyni-nәcasәt, Hadi!
Tut, Hәsәn bәy, bizә tәlim elәyir dәrsi-zәlal,
Götürüb boynuna ol kafәr olub vizrü vәbal,
Niyә tәlimә siz әtfal qılırsız irsal,
Bilmәyirsiz niyә bәs eybü qәbahәt, Hadi?
Oxudur cümlә uşaqlarını xanü bәyiniz,
Nemәti-rus ilә pәrvәrdә olub cәmdәyiniz,
Bilmәyәn rus dilini bәlkә ola tәk-tәkiniz,
Sizdәdir hamıdan artıq ona rәğbәt, Hadi!
Mәrhәba mülki-Qarabağ әzadarları,
Tarı әfzun elәsin siz tәki dindarları,
Seyyida, bәsdi, әgәr görsә bu әşarları,
Çәkәcәk tutduğu kirdarә xәcalәt Hadi!