Məzmuna keç

Eylədin (Şair Aydın)

Vikimənbə saytından
Eylədin
Müəllif: Şair Aydın
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Üzün qara olsun, ey çərxi-fələk,
Kimləri gör kimə möhtac eylədin.
Qızılı tullayıb zibilliklərə,
Sən misi götürüb bir tac eylədin.

Kim ki, fitnə qurdu, tökdü nahaq qan,
Ona dövlət verdin, hey yorulmadan.
Kim ki, vətən üçün keçdi canından,
Onu bu dünyada sən ac eylədin.