Məzmuna keç

Eylər (qoşma, Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylər
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 44

Hərdən-hərdən dərd qaynaşır sinəmdə,
Ağladıb, çeşmimdən sellər car eylər.
Təlatümə gəlir, daşır sinəmdə,
Doldurub cismimi, nə qəmxar eylər.

Qəmli naməm getsin canan elinə,
Yazılsın salamım yar dəftərinə.
Baxanda gözlərim dağlar sərinə,
Dəmadəm coş verib, əşkibar eylər.

Əziz ellərimi salsın yadına,
Dolanıram bir mövlanın adma;
Yetişsin kim olu, qərib dadma!
Dilim gündə zikri-kirdigar eylər.

Əzəl gündən bu qurqular qurulub,
Yad ellərdə nə bir halım sorulub.
Ürəyimə yaman yara vurulub,
Məlul könlüm onçu ahü zar eylər.

Dərd gəlməsin heç iyidin başına,
Toxunmasın qəlbi zülmət daşma!
İman necə dözsün qəm ataşma,
Yaxından məskənin dar məzar eylər.