Görüşdük (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görüşdük Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 57-58 |
Necə könlün intizarım çəkirdi,
Şükür haqqa, aşikarı görüşdük.
Heyif, məni bir zəlalət götürdü,
Könlüm aldı qəm qübarı, görüşdük.
Bir yandan fələyin zülmü, sitəmi,
Salıb nə bəlaya mən bəxti kəmi.
Doldurub sinəmə möhnəti, qəmi,
Dolandırır bu rüzgarı, görüşdük.
Ayrıldıq, salamat qal, xüdahafiz,
Mətləbin xudadan al, xüdahafiz,
Yazıb göndərirəm hal, xüdahafiz,
Sizi hifz eyləsin tarı, görüşdük.
Nə müddətdi, cəfa verdim, bilirəm,
Göz yaşımı sədrim üstə ələrəm.
İman deyər, bir də haçan gələrəm,
Məskən qılam bu diyarı, görüşdük.