Görüncə şəxs bir ərbabi-sərvətin üzünü
Görünüş
Görüncə şəxs bir ərbabi-sərvətin üzünü Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Görüncə şəxs bir ərbabi-sərvətin üzünü –
Görür mücəssəm olan bir ləamətin üzünü!
Gözüm ağarsın əgər yüzdə, mində, milyonda –
Görürsə ölkədə bir əhli-hümmətin üzünü!
Qəmim ki, var mənim ancaq budur: qiyamətdə
Ki, bir də görməliyəm işbu millətin üzünü!