Gördüm (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gördüm Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 54-55 |
Ol mahi-şəbanın iyirmi beşində,
Aləmi-röyada bir halət gördüm.
Qiblə tərəfindən bir bərq lame
Yayıldı cahana, əlamət gördüm.
Havalar olmuşdu noi rəngbərəng,
Buludlar bir-birə etmişdi dirəng,
Zülmət içrə aləm olmuşdu bir səng,
Tamamən müşriki xəcalət gördüm.
Hava tirə döndü, aləm tutdu şur,
Sandım ki, qiyamət eyləyib zühur,
Dünya qaranlıqda manəndi-qübur,
Yerişir məxluqat, zəlalət gördüm...