Görmüşəm (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmüşəm
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 56

Həsrət ahu kimi gözüm intizar,
Xab içində Mürtəzanı görmüşəm.
Sağında, solunda neçə min mələk,
Bu nişanda şövkət-şanı görmüşəm.

Görmüşəm xudanın əsil şirini,
Təkcə o bilirdi dünya sirrini.
Nə qədər axtarsan dəyaz-dərini,
O verəndi çox fərmanı, görmüşəm.

Həm mövla görmüşəm, həmi cananı,
Heyf ola, bilmədim nədi gümanı.
Həsrət, intizarlı qoydu İmanı,
Ahu nalə, mən fəqanı görmüşəm.