Görmədim (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görmədim Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 55-56 |
Bəşər tarixini mən vərəqlədim,
Əzəldən axıra gülən dərmədim.
Hər kimə "can" dedim, canımdan keçdim,
Qədir-qiymətimi bilən görmədim.
Yediyim, içdiyim zəhrimar oldu,
Yerim isinmədi, şaxta, qar oldu.
Sındı balü pərim, tərimar oldu,
Qolumdan tutmağla gələn görmədim.
Çoxları varlandı, qurquya doldu,
Qiyam yaddan çıxdı, sorğu yad oldu.
Yalan qiyamətləndi, doğru bad oldu,
İmanam, qüssəsiz ölən görmədim.