Gözəl qız (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəl qız Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.59 |
Ağ libasın, tər əndamın, gül üzün
Nə yaşayır bir-bir üstə, gözəl qız!
Xoş yerişin, şux gülüşün, dür sözün,
Ayaq saxla, get ahəstə, gözəl qız!
Əylən, bircə qəmli könlüm şad elə,
Şirin aşna olub verək əl-ələ.
Həsrətin çəkməkdən döndüm bülbülə,
Dəstinə gül götür dəstə, gözəl qız!
Könül ərəb atdı, haçan yorular?
Bağrımın başına millər vurular.
Eşq oduna yanar, yanar, qovrular
Aşıq İman kimi xəstə, gözəl qız!