Gözəldi (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəldi Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 58-59 |
Bir dilbəri bəsləyibdi anası,
Vəsfi düşüb bu cahana, gözəldi.
Canana tay olmaz gölün sonrası,
Bəzək verib cismü cana, gözlədi.
Savalan qarıdı onun sinəsi,
Gövhərdi kalamı, ləldi kəlməsi.
Dinəndə, insana xoş gəlir səsi,
Şəkər əzib dil-dahana, gözəldi.
Gözdən qoymaq olmaz belə sirdaşı,
Nə gözəl çəkilib, qaradı qaşı.
Tərlan tamaşalı, xublarm başı,
Dəyişmərəm ol qılmana, gözəldi.
Mahalda, obada heç tayı yoxdu,
Qəmzələri neştər, kirpiyi oxdu.
Bu dünya üzündə gözəllər çoxdu,
Doğrudan da, bu bir dana gözəldi.
Xəstəyəm, dərdimə ləbləri şəfa,
Bir kərə gəlmədi mürvət, insafa,
Hər zaman yolunda çəkirəm cəfa,
Cövrü sitəm bu İmana gözəldi.