Gözlər (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözlər Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 59-60 |
Aman allah, sevgi necə şirindi,
Məcnun Leyli deyin bu dağı gözlər.
Leyli vədə verdi, gələrəm dedi,
Bir ildi sərbəsər bulağı gözlər.
Məcnun gözü qaldı Leyli qaşında,
Yazıq canı yandı eşq ataşında,
Çöl quşları yuva saldı başında,
Tutulmuşdu nitqü qulaqü gözlər.
İman baxtı Leyli, Məcnun baxtıdı,
Yarın hökmü şahü xaqan taxtıdı.
Zimistan keçibdi, yaylaq vaxtıdı,
Gələn qəflə-qatır ulağı gözlər.