Gəldi (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəldi Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 47-48 |
Qaleyi-zəmində mən idim xəstə,
Üstümə mərdlərin ağası gəldi.
Yanında mələklər dəstəbədəstə,
Guşuma "yəmənhu" sədası gəldi.
Göründü gözümə bir mələkzada,
Misli yox zəmində, ərşü səmada.
Bənzər Züleyxaya, Şirin, Fərhada,
Şərimə cananın havası gəldi.
İmanam, nagahan düşdüm bu işə,
Könül həsrət çəkir bir də görüşə.
Oxudum dərsimi, yetirdim başa,
"Ha", "mim", "ayın", "sin", "qaf", "taha”sı gəldi.