Gəlməmişəm (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlməmişəm Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 49-50 |
İbtida, dilimdə olub "bismillah",
Sığınmışam ol xudaya, gəlmişəm.
Mənim əzbərimdi "la-fəta-illah",
Əxz eləyib yüz min ayə, gəlmişəm.
Çəkilib məddimiz doğru ərkana,
Əbəs düşməmişəm mən bu cahana.
Xidmət eyləmişəm Şahi-Mərdana,
Bel bağlayıb mürtəzaya, gəlmişəm.
Get axtar pəşəni, tap bir yaraşıq,
Qataram halını, olar dolaşıq.
Külli-Qafqazyanı doldursa aşıq,
Dil açmaram ilticaya, gəlmişəm.
Əvvəl, sözlərini nəzm eylə sərin,
Hələ dayazdasan, axtarma dərin.
Açaram sinəmin qəmli dəftərin,
Sallam səni ahü vaya, gəlmişəm.
Peyğəmbər nə lazım, gətirmə dilə,
Sən onun əmrinə gəl düzəl hələ.
Novrəstə İmanam, olmuşam belə,
Yön çevirib Kərbəlaya, gəlmişəm.