Gər istəsən ki, fitneyi-aləm oyanmasın
Görünüş
Gər istəsən ki, fitneyi-aləm oyanmasın Müəllif: Mirzə Ələkbər Sabir |
Gər istəsən ki, fitneyi-aləm oyanmasın,
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,
Göstər çəməndə nərgisə hər sham gözlərin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.
Yox məndə tab vəslinə, göstərmə ruyini,
Pərvanə shəmi görsə, nə mümkündü yanmasın.
Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.
Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrari qanmasın.
Canım çıxar çıxanda xətin gülüzardə,
Eylə xətin tərash, qoy ömrüm uzanmasın.
Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın.
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 307