Gəzdin (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəzdin Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 51 |
Aləmin sərvəri, mərdin mövlası,
Əvkvəlki seyrində asimanı gəzdin.
Payi-təxtin oldu ərşin əlası,
Haqq bildin, o qadir sübhanı gəzdin.
Yetişdi Rəsula nuri-hillalm,
Mürşid oldu Cəbrailə kamalın,
Göstərdin çeşmədə Xizrə camalın,
Dolandı dalınca, dünyanı gəzdin.
Haqq səni yaradıb şafeyi-məhşər,
Bir ismi-pakmdı yerlərə ləngər.
Qul ağasın istər, ağa qul istər,
Harda yatmış idi, İman gəzdin.