Hədiqətüs-süəda/Babi-əvvəl/Fəsli-ibtilayi-Əyyub
| Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 72–74 |
Bəstəri-bəla bimarlarının və badiyeyi-fəna dilfigarlarının biri Əyyubi-bəlakeşdir ki, nəvidi-"İnnəllahə yuhibbu kullə qəlbin həzin"[1] dili-pakın məxzənicəvahiri- iştiyaqi-hüznü məlal etmiş və əqideyi-"Ənə indəl-munkəsirəti qulubəhüm"[2] həmişə dili-şikəstəsində təməkkün dutmuş. Zira sultani-səriri- Kibriyanın inayəti eyni-inadır və hakimi-divani-qəzanın iltifatı məhzi-bəladır. Şе’r:
Birdürür məsdəri-cəlalü cəmal,
Bir bilür qəhrü lütfü əhli-kəmal.
Gərçi əhvali-müxtəlif çox olur,
Birdir əsli-həqayiqi-əhval.
Rəvayətdir ki, Əyyubi-səbur zəmani-möhnətdən müqəddəm qırx il müdavimi-nəvali-ne’mət və müqimi-riyazi-rahət idi. On iki fərzəndi olub, hər biri istiqlal ilə bir Süleymani-zəman idi; və dörd yüz məmluku olub, bə’zi qatarlarına sarban və bə’zi rəmələrinə şəban və bə’zi bustanlarına bağban idi. Əmma hərgiz kəsrəti-təəllüqat anınla mə’budu arasında hayil olmazdı və istifayimurad müdavimətizikrdən onu qafil qılmazdı. Məlaikə Əyyubun şiddəti-ibadətin və kəmali-itaətin görüb, təsəvvür qıldılar ki, ol ibadətə səbəb təysirimətalib və ol taətə bais hüsuli-məvahibdir; və güman etdilər ki, əgər izaleyi-ne’mət vaqe’ olsa və istimrari-mövhibət xələl bulsa, anın şükrü şikayətə mübəddəl olur və binayi- е’tiqadı təzəlzül bulur.
Lacərəm imtahan üçün bir gün Həzrəti-Cəbrail Məliki-Cəlildən gəlüb ayıtdı: "Ey Əyyub, bir müddətdir ki, məzhəri-asari-ne’mətsən və müqimi-guşeyi-rahət. Vəqt oldu ki, rahət diyarından möhnət mülkünə mütəvəccih olasan və netə ki, ne’mət ləzzətin gördün, möhnət zövqün bulasan".
Əyyubi-səbur ol xəbərdən əsla mütəğəyyir olmayub və təvəhhüm qılmayub ayıtdı: "Ey Cəbrail, bu dəxi bir ne’məti-qeyri-mükərrərdir ki, hər zaman bir aləmin seyri müyəssərdir". Şе’r:
Bilməzəm bən kəndü rə’yimlə ziyanü sudimi,
Bəndəyəm bən, padişahım yeg bilür behbudimi.
Əlqissə, Əyyub müntəziri-bəla və mütərrəsidi-’ina olub, bir gün guşeyi-mehrabi- ibadətdə nəmazindən fariğ olub məşğuli-məvaizə ikən, bir tərəfdən şəban gəldi xəbər verdi ki, təmamiyi-rəmə seylaba qərq oldu və bir tərəfdən sarban gəlüb tə’ziyət yetürdü ki, cəmi’inaqələrin sərsəri-səmumdan fəna buldu və bir tərəfdən bağban gəlüb afəti-jalədən bustan həlakın təqrir edüb fəğana gəldilər və bir tərəfdən xədəmü həşəm zəlzələdən qəsrü eyvanın inhidamın xəbər verüb növhə qıldılar. Əmma Əyyub çün müqəddəmədən vaqif idi, bu xəbərlərdən iztirab etməyüb və bu hadisədən xatirinə qübari-küdurət yetməyüb, Həqq zikrinə məşğul idi. Nagah xəbər verdilər ki: "Ey Əyyub, on iki oğlun əkbəri-övladın mehmansərayində ziyafətə məşğul ikən səqfi-səray münhədim olub, on ikisi dəxi həlak oldu". İbtidayi-halətdə Əyyuba istilayi-cəzə’ biixtiyar yol buldu, əmma yenə qeyrəti-məhəbbət mən’ilə səbr edüb duaya məşğul oldu. Şе’r:
Хatiri-yar əgər aşiqə azar istər,
Gərək azar çəkə aşiq əgər yar istər.
Küfrdür aşiqə əndişeyi-səhhət qılmaq,
Yar əgər aşiqini dərd ilə bimar istər.
Çün fövti-malü mənal və fövti-övladü əyal Əyyuba təğəyyür vermədi və binayi-е’tiqadına asibi-həvadis xələl yetürmədi, məlaikə ayıtdılar: "Ya Rəb, əfzəli-niəm şərəfi-səhhətdür və Əyyubi fövt olan ne’mətlərin istirdadına ümidvar edüb ibadətdə qayim edən ol ne’mətdir". Hökm oldu ki, imtahan üçün səhrayivücudu səririsultani- səhhət ikən seyrgahi-sipahi-səqam ola və məcariyi-üruq və ə’zasında hər qətrə qan bir kirmi-xunxar olub məfasifi-tərkibində mənzil qıla. Bu möhnətlə dəxi səbrinə ixtilal və əqdi-əqidəsinə inhilal bulunmadı ol zəmanədək ki, kirmlər zəbanü qəlbinə düxul etdilər və təfəkkür rəhgüzarın bağlayub təzəkkür sərçeşməsin dutdular. Əyyubibiçarə fəryada-gəldi və təzərrö’ qıldı ki, "Rəbbi inni məssəniyəzzurri"[3], yə’ni bana zərər mütəvəccih oldu, zira cəmi’iələmdə zikrü fikrinlə təsəlli olurdum və qəmü ənduh gördükcə zikrində fərəh və fikrində tərəb təmənna qılurdum, hala dil ki, aləti-fikrdür və zəban ki, səbəbizikrdür, mərəz taracına getməkdədür və bəni təfəkkürdən məhrum və münacatdən mə’yus etməkdədir. Haşa ki, bu hala riza verəsən və bu bəndeyi-müxlisi fikrü zikrindən məhrum rəva görəsən". Şе’r:
Zəban bülbüli-baği-zikrü sənadür,
Dil ayineyi-hüsni-sidqü səfadür.
Bəni bidilü bizəban qoyma, ya Rəb
Ki, bidilligü bizəbanlıq bəladür.
Həqqi-sübhanəhü və tə’ala, dili-mütəzzərre’ və zəbanimütəxəşşe’dən qəbulitəvəqqö’ qılub, cəmi’i-fövt olan ne’mətlərin istirdadına hökm qıldı və təniməksurinin cəbbarı və dili-viranının me’marı oldu. Ey əzizlər, əgər Əyyubi-səbur fövti-əmval və mövtiövladla mütəğəyyir olmayub səbr qıldı, şəhidi-Kərbəla dəxi xaniman yəğmaya verüb və ixvanü övladü ənsabının mövtün müşahidə qılub sabir oldu. Və əgərçi həzrəti-Əyyubun bədənində dörd bin kirmixunxar mənzil dutdu, şəhidi-Kərbəlanın tənində yüz bin peykaniabdar qərargah etdi. Şе’r:
Demə kim şahi-Kərbəla ələmi
Qəmi-Əyyubi-dilfigarcədür.
Sanma kim, zəxmi-nişi-kirmi-zə’if
Zərbi-şəmşiri-abdarcədür.