Məzmuna keç

Hədiqətüs-süəda/Onuncu bab/İkinci fəsil

Vikimənbə saytından
Fəsli-əvvəl: Şəhadəti-Hürr və bəzi şühəda Hədiqətüs-süəda.
Onuncu bab. Həzrəti İmam Hüseynin ləşkəri-Yezidlə müharibəsin bəyan edər və ol iki fəsldür
İkinci fəsil: Həzrəti Hüseyn və Əhli-Beyt şəhadətin bidirir

Müəllif: Məhəmməd Füzuli
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 310-338


Münşiyi-əhkami-kargahi-qüdrət və mümliyi-ərqami-səhayifihikmət ki, bidayəti-fitrətdə "İnnəl-insanə lə-fi-xusrin"[1] ibarətiylə səhifeyi-əhvali-insana rəqəmi-hökmi-xüsran yürütmüş və zümreyixəvas bargahi-qürbün istisnayi- "İlləl-ləzinə amənu və əmilu’ssalihati"[2] işarətiylə ol cümlədən məfruz etmiş. Əmma məzmuni-"Ənnə və’dəl-lahi həqqun və lakinnə əksəruhum layu’minun"[3] kəsrəti-ə’dasinə bir bürhandır qate’ və məfhumi – "Və qəlilun min ibadiyəş-şəkur"[4] qilləti-əhibbasinə bir bəyandır vaqe’. Zahirən kəsrəti-ərbabi-ədalət və qilləti-əshabi-hidayətə vəsilə oldur ki, təbiəti-bəşər əsli-fitrətdə maili-rahətdir və qəbuli-əhkami-şəriyyə mütəzəmmini-əsnafi- məşəqqət. Qit’ə:

Rahət istər təb’ü möhnətdir ibadət sərbəsər,
Tərki-rahət rəğbəti-möhnət qılan mümtaz olur.
Bu səbəbdəndür ki, küfr asan olub, İslam sə’b,
Ərseyi-aləmdə mülhid çox, müvəhhid az olur.

Filvaqe’, bu məzmuna bir şahidi-sadiqdir vaqieyi-Kərbəla və bir bürhani-müvafiqdir vüqu’i-kəsrəti-sipahi-Yezid və qilləti-zümreyi-şühəda. Zira igirmi iki bin cəfakar yetmiş iki ləbtəşneyi-dilfigara müqabil durmuşdu və sərsəri-tüğyani-sitəm pərdeyi-azərmi aradan götürmüşdü. Bir tərəfdən cəmi’i-əsnafi-üdvan surəti-cəm’iyyət bulub və bir canibdən silsileyi-cəm’iyyəti-iman mütəhərrik olub, nə güruhi-müxalifdə təriqi-mürüvvət asarı hüveyda idi və nə zümreyi-şühədada qaideyi-tənəzzül və müdara nümudları peyda. Əgərçi aləmi-surətdə zəman-zəman mücahidlər əksilib, müxaliflər ziyadə olmaqda idi, əmma aləmi-mə’nidə müxalifət tənəzzül bulub, mücahidlər kəmali-rif’ət bulmaqda idi. Qit’ə:

Mümkün olmaz ki, ola aləmdə
Əhli-bütlana əhli-Həq məğlub.
Əhli-Həq qatil olsa, gər məqtul,
Zəfəri əql ana qılub mənsub.
Qətldən oldur eyləyən ikrah
Ki, şəhadət degil ana mətlub.

Hər ayinə Həzrəti-İmam ləşkərinin əmvatinə məzmuni-"Fəriqun fil-cənnəti"[5] tüğrayi-misali-hal və müjdeyi-"İnnəl-əbrarə lə-fi nə’im"[6] mövcibi-fərağbal olub, sükkani-riyazi-rizvandan "Səlamun əleykum bima səbərtüm"[7] təhniyeyi-qüdum olmaqda idi. Şe’r:

Nəqdi-can sərfi-rəhi-canan edən sahibnəzər,
Eşq meydanində sərxeyli-səfi-üşşaq olur.
Mənzili-məqsudədir qeydi-təəllüq səddi-rah,
Rütbeyi-tərki-təəllüq əhsəni-əxlaq olur.

Və müxalif sipahın qütəlasinə məfhumi-"Fəriqun fissə’ir"[8] təraznameyi-əməl olub, təhdidi-"İnnəl-fuccarə lə-fi cəhim"[9] ehtizazü iztilal verüb müqəyyədi-səlasili- səlabət qılmaqda idi. Şe’r:

Qeydi-cəm’iyyəti əsbab giriftarı olan
Seyri-gülzari-cinan etməgə fürsət bulmaz.
Zövqi-dünya ilə zaye’ keçirən övqatın,
Şərəfi-rütbeyi-tövfiqi-səadət bulmaz.

Bitəkəllüf ərseyi-Kərbəla meydani-imtiyazi-həqqü batildür və təriqi-hüsuli-kəmal əşrəfi-mənazildir. Şe’r:

Kərbəladan hasil etmişlər ülüvvi-mənzilət,
Zillətü izzətdə əhli-zülmü ərbabi-vəfa.
Nərdibani-bami-rif’ətdir təəmmül eyləsən,
Nəqşi-mövci-rigi-səhrayi-şərifi-Kərbəla.

Həqqa ki, ərseyi-Kərbəlanın əxbari-cigərsuzi andan ziyadədir ki, əhateyi-imkani- təqrirə girə və əhvali-şühədanın hekayəti-qəmənduzi andan füzundur ki, qələmi-şikəstəzəban ana surəti-təhrir verə. Şe’r:

Eyləyib hər yil cəmi’i-əhli-aləm ittifaq,
Şərh edərlər macərayi-Kərbəla əxbarını.
Nə tükənməz qissədir kim, hərgiz axir olmadı,
Şərhi aciz eylədi əhli-cəhanın varını.

Mə’rəkəarayi-meydani-kəlam və əncümənsərayi-məhfili-əxbarü e’lam tətimmeyi-əhvali-Kərbəladan bu təriqlə xəbər vermiş və şühədanın əncami-halın bu tərzlə bəyana gətirmiş ki, Həzrəti İmamzadə Qasim ibn Həsən səadətlə daxili- "Əshabül-cənnətihumul-faizun"[10] olub mütəvəccihi-aləmi-bəqa olduqdan sonra Əbu Bəkr bin Əliyyi-Murtəza kəməri-əziməti-şəhadət miyani-cana üstüvar qılub, kəmali-təzərrö’lə Həzrəti-Sultani-Kərbəladan icazəti-meydan iltimas etdikdə, Həzrəti-İmam nərgisi-şəhladan güli-rüxsara əşki-laləgün rəvan edüb ayıtdı: "Ey qönçeyi-gülbüni-İmamət və şükufeyi-baği-rəhmət, bu təmənna qıldığın meydani-bəla ərseyifənadır. Bu ərsəyə qədəm basan müraciət qılmadı və bu meydana gedən gerü gəlmədi. Nə ümidlə sənə rüxsət verəyim və nə vəchlə müfariqətin rəva görəyim?". Ol sərvəri-həmidə-mənaqib və ol nəqdiƏli İbni-Əbi Talib rikabi-hümayuninə yüz sürüb ayıtdı: "Ey padşahi-məsnədi-izzü təmkin və ey şəhriyari-vilayəti-dövlətü din, təhtişəhadət içdikcə bənim dəryayi-şövqüm təməvvücə gəlüb və təəttüşüm zülali-mülaqati-Mustəfa və Murtəzaya ziyadə olub, sibqət edənlər rəşkindən həlak oluram. Nola əgər kəmali-mərhəmətindən riza hasil edüb, bən dəxi nəqdican bəzl eyləyüb bu meydanda muradım hasil edəm?!" Şe’r:

Can təmaşayi-riyazi-rəhmət eylər arzu,
Dil səfayi-bəzmgahi-cənnət eylər arzu.
Oldu bağrım bərqi-ifrati-hərarətdən kəbab,
Səlsəbili-rövzədən bir şərbət eylər arzu.

İlhahi-təmamla icazət hasil edüb, mütəvəccihi-meydan olub bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:

Bənəm nəqdi-sultani-Düldülsəvar,
Şəhi-Qənbərü sahibi-Zülfiqar.
Bənəm əxtəri-asimani-şərəf,
Əbu Bəkr bin Heydəri-namdar.
Bənəm çakəri-nuri-çeşmi-Bətul,
Hüseyni-Əli sərvəri-kamkar.
Bihəmdullah, oldur İmamım bənim,
Anın taətin qılmışam ixtiyar.
Muradım budur kim, rizasın bulub,
Ana eyləyəm nəqdi-canım nisar.

Və mübarizanə cövlanlar qılub və rif’əti-iqtidari-abavü əcdada mübahatlar edüb və səməndi-səbarəftarın təhərrükə salub və tiğisaiqəkirdarın əlinə alub, əndək zamanda yüz qırx mübariz müsafirirahi-ədəm qıldı və igirmi yeddi zəxmi-mühlik ə’zayi-şərifinə vasil oldu. Axirül-əmr Übeydullah bin Ütbə zərbiylə dari-dünyadan intiqal etdi. Rəhmətullahi əleyh. Qit’ə:

Darüssəlam cilvəgəhin ixtiyar edüb,
Peyvənd kəsdi rişteyi-qeydi-zəmanədən.
Meyli-fəzayi-rövzeyi-mülki-bəqa qılub,
Şəhbazi-ruhi uçdu bu təng aşiyanədən.

Andan sonra Ömər bin Əli mütəsəddiyi-əmri-hərb olub, səmsami-intiqamla ləşkəri-Yezidin rayəti-istiqlalinə ehtizaz buraxub, kəmali-şücaətlə mübarizlər yıxub, aqibətül-əmr şərbəti-şəhadət nuş etdi. Rəhmətullahi əleyh. Və bir rəvayət dəxi oldur ki, ol Həzrət Kərbəla vaqiəsinə hazır olmadı. Əmma əsəhhi-əqval oldur ki, hazır olub şəhid oldu.

Andan sonra Osman bin Əliyyi-Murtəza mübaşiri-tərvici-ərseyirəzm olub, Sultani-Kərbəlanın icazəti-şərifiylə meydana girüb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:

Mən gövhəri-meydani-vəfayəm,
Osmani-Əliyyi-Murtəzayəm.
Taci-səri-aləməm və lakin
Xaki-rəhi-Şahi-Kərbəlayəm.
Tərk eyləmişəm fəna məqamın,
Bən talibi-dövləti-bəqayəm.

Ol varisi-şücaəti-Heydər və rəşheyi-zülali-vücudi-saqiyi-Kövsər Əlivar cənglər edüb və Heydəranə məsaflar qılub bikəran müxaliflər həlak etdikdən sonra Sinan bin Yezid Əbtəhi zərbiylə şəm’i-həyatı şəbistani-bədəndə intifa buldu. Rəhmətullahi əleyh. Şe’r:

Hər şəhidə göstərüb cənnətdə dövran mənzilin,
Aldı ol mənzil təmənnasində könlündən qərar.
Ismət əşcarın fəzayi-rövzədə ğərs etməgə,
Xakdani-dəhrdən bir-bir qopardı ruzigar.

Andan sonra Əvn bin Əli ki, surətlə əhsəni-ərbabi-cəmal və sirətlə əkməli-əshabi- kəmal idi, Həzrəti-İmamın rikabi-səadətintisabinə ruyi-təzərrö’ sürüb ayıtdı. Şe’r:

Ey fəzayi-rövzeyi-qürbin behişti-cavidan,
Padişahi-dinü dövlətsən, İmami-insü can.
İxtiyari-xidmətin misbahi-əbvabi-nəcat,
İnqiyadi-taətin miftahi-əbvabi-cinan.

Ədayi-sənadan sonra ərz etdi ki: "Ey pərdəgüşayi-bargahi-"İnni ə’ləmu ma-la tə’ləmun"[11], və ey arifi-əsrari-"Nun vəl-qələmi vəma yəsturunə"[12], icazəti-meydani- iltifat et ki, ərseyi-heycada hənuz sənin rayəti-zəfərayətin sayəgüstər ikən və nəzəri-iltifatın aləmizahirdə bəndəpərvər ikən zilli-mərhəmətində vasili-dərəceyi-şəhadət olam. Zira muradım budur ki, divani-Həşrdə şəhadətinlə şəhadətimi isbat qılam". İlhahla icazət aldıqda ayıtdı: "Ya İmam, bir tədbir etmişəm". Həzrəti-İmam ayıtdı: "Ol tədbir nədir?" Əvn ayıtdı: "Ya İmam, bu ləşkəri-binəhayətdir, bunlarınla bir-bir müharibə etmək bizə sərfə etməz. Zira əgər təərrüz görməyüb, işimiz mücərrəd tiğ urub qətl etmək olsa, imtidadi-tuliömrümüz bu ləşkərin nihayətinə yetməz. Səlahım oldur ki, ələmi-əlameyi-təvəccöhdə qəlbi-ləşkərə həmlə qılam, ola ki, ələmi-əlameyi-əskəri-müxalifələrin sərnigun etməgə fürsət bulam". Həzrəti-İmam ayıtdı: "Ey şahi-mülki-məlahət və şahbazi-övci-səbahət, süfufi-ləşkəri-ə’da bir mərtəbədə hayil degil ki, ol müddəaya fürsət mütəsəvvir ola". Əvn ayıtdı: "Ey sərvərihəmidəxisal və seyyidi-sütudə-fəal, həmleyi-ənqaya təbəqati-pərdeyi-ənkəbut hicab olurmu və hücumi-seylaba süfufi-xarü xaşak mümaniət qılurmı?". Bu tədbirlə ol sərvəri-qazi və ol meydani-qəza sərəfrazi qəlbi-ləşkərə həmlə qıldıqda İbnül-Əhcar, ol pəlidi-qəddar iki bin mübarizi-xunxarla şəhzadəyə istiqbal edüb bünyadi-hərb etdi. Qit’ə:

Tişeyi-Fərhad qəsdi-Bisütun eylər vəli,
Tişə ilə Bisütun daşı tükənməkdir məhal.
Mün’ədim olmaq nə mümkün ləşkəri-murü məgəs,
Tutalum kim, əjdəha dəm urdu, Simürğ açdı bal.

Şahzadə ol haramzadələrdən qətl etdikcə qəlbi-ləşkərdən müavinət gəlüb, şəhzadəyə təhəccüm qılub, qəlbi-ləşkərə düxul mütəəzzir olub, Həzrəti-İmamın şövqi-didarı şəhzadənin inani-əzimətin canibi-xeyməgaha mün’ətif qılub dövləti-mulazimət müyəssər olduqda, Həzrəti-İmam ana dualar qılub ayıtdı: "Ey Əvn, cərahətlərin çoxdur. Bir zəman hərəmsərayə təvəccöh qılub, cərahətlərin bağladıb, bir miqdar istirahət edüb, yenə meydana gəl". Əvn ayıtdı: "Ey bəradəribüzürgvar, görürəm ki, saqiyi-Kövsər bir cami-şərbət mühəyya qılıbdur, bana işarət etməkdədir. Vəhmim andandır ki, bən mütəvəccihi-rahət olduqda bu şərbət fövt olub təəttüşüm ziyadə ola və canımda Fərat suyundan ziyadə bu şərbətin təhəssürü qala". Həzrəti-İmam gördü ki, mən’ olunmaz, ayıtdı: "Ey Əvn, rikabındakı mərkəb cərahətlərdən zəbun olubdur. Ol ədhəm ki, Həzrəti-ƏliyyiMurtəzadan sənə inayət qılınmışdı, mübarəkdir, səfəri-axirət üçün anı rikabi-hümayuna çək".

Əvni-Əli ol mərkəbi müşərrəf edüb, mə’rəkəyə girdikdə Saleh bin Yəsar ki, Həzrəti-Murtəzanın əyyami-xilafətində müstəhəqqi-tə’zir olub, əmri-şər’ müqtəzasincə Əvni-Əli səksən taziyanə urmuşdu və ol kinə həmişə xatirində idi, Əvnə intiqam üçün müqabil durdu və Əvn ana fürsət verməyüb bir zərblə həlak edüb mübariz istədikdə ləşkərifüccar piyadəvü səvar bihəddü bişümar hər canibdən tirbaran edüb o üqabi-büləndpərvaz sihami-ə’dadan balü pər peyda qılub, qüvvətü qüdrət olduqca viraneyi-qəflət bumların mütəfərriq edüb, aqibət təriqi-ixvanü ənsaba salik olub şərbəti-şəhadət içdi. Rəhmətullahi əleyh. Qit’ə:

Kim ki, girdi Kərbəla meydaninə fürsət bulub,
Nüzhəti-üqbaya təbdil etdi dünyanın qəmin.
Qayib oldu kim ki, cüllabi-şəhadət qıldı nuş,
Aləmi-qeyb eylədi dövran şəhadət aləmin.

Andan sonra Əbdullah bin Əliyyi-Murtəza şəhriyari-məsnədi-rizadan icazəti-meydan alub, ərseyi-meydanı cilveyi-səməndi-səba-seyrilə fanusi-xəyal edüb, əsrəi-hərəkatla yüz səksən mübarizin rişteyi-həyatın qət’ etdikdən sonra Hani bin Süveybi-Həzrəmi zərbiylə şərbəti-həyati-əbədi nuş etdi. Şe’r:

Bargahi-qürbdə tərtib olub bəzmi-sürur,
Növbətilə içdilər cami-tərəb fərzanələr.
Pənceyi-dövran şəhadət riştəsinə verdi tab,
Dövrlə bir-bir düzüldü riştəyə dürdanələr.

Andan sonra növbəti-təcərrö’i-şərbəti-şəhadət Əbbas bin Əliyyi-Murtəzaya yetdi və ol Həzrət ələmdari-sipah və əlameyi-ləşkərizəfərpənahdı. Çün gördü ki, təngnayi-həyati-müstəari-fani tərtibi-süfufi- əskəri-ərbabi-vəzayə müzayiqə verüb, ləşkər bir-bir fəzayi aləmi-bəqayı cilvəgah etməkdədir və Sultani-Kərbəladan bir-bir rüxsət alub məziqi-möhnətdən ol fəzayi-fərəhfəzaya getməkdədir, ələmi-[əlameyi]-əskəri-hümayunu dili-zəmində möhkəm edüb Həzrəti-Sultani-Kərbəlanın rikabi-hümayunun mülsəmi-təqbiliədəb qılub, bu təriqlə ərzi-niyaz etdi ki: "Ey ləngəri-səfineyi- səbrü təhəmmül və ey ənqayi-Qafi-təslimü təvəkkül, vəqt oldu ki, bən dəxi ələməfrazi-aləmi-ülvi olam və ələmi-ahı əlameyi-ülüvvi-iqtidar edüb aləmiüqbaya təvəccöh qılam".

Həzrəti-İmam giryan olub ayıtdı: "Ey Əbbas, sən əlameyi-əskəriİslam idin. Hala ki, ləşkər badiyeyi-fənadan mülki-bəqaya əzimətirihlət qıldı, sana dəxi ol diyara ələm çəkmək münasib oldu. Əmma sana nəsihətim budur ki, meydana gəldikdə bu zalimlərə təcdidi-hüccət təriqiylə nəsihət verəsən". Əbbasi-Əli qəbul edüb, mütəvəccihi-meydan olub, ənvai-lö’blə ə’daya məhabət buraxub bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:

Bənəm Əbbas-sərdari-müxalifsuzi-xəsməfkən,
Müti’i-Mustəfa, nəqdi-Əmirəl-mö’minin Heydər.
Əgər dəryayə düşsə tiği-atəşbarımın əksi,
Şüaindən olur dəryada hər bir qətrə bir əxgər.
Və gər toprağa pərtöv salsa şəm’i-rayəti-əzmim,
Ziyasindən olur topraqda hər bir zərrə bir əxtər.

İzhari-ismü rəsm etdikdən sonra avazi-büləndlə nida qıldı ki: "Ey qövmi-bimürüvvət, əgər nəsihət məqbul isə Həzrəti-Hüseyni-Əlidən sizə rəsuli-pəyamgüzaram və əgər xilafi-təriqi-mürüvvət dutsanuz, müəddiyi-karzaram". Ol müanidlər ayıtdılar: "Peyğamın nədür?". Əbbas ayıtdı: "Ey bivəfalar, Həzrəti- Sultani-Kərbəla və nəqdi-Mustəfa və nuri-çeşmi-Murtəza və cigərguşeyi-Zəhra buyurur ki, təmamiyivəfadarü həvaxahlərimi qətl etdinüz. Vəqt olmadımı vaqe’ olan əhvaldan peşiman olub bu nirani-təəttüşdən iztirab edən övrətü ətfala bir içim su verəsiz ki, ləbi-xüşklərin tər qılalar və aman verəsiz ki, anları alub canibi-diyari-Rum, ya Hindü Çinə çıxub cəzireyi-Ərəb və mülki-Hicazı sizə müsəlləm qılam və şərt edəm sizinlə tə ruziQiyamət müxasimə qılmıyam?!". Bu kəlimatdan ləşkəri-Yezidə xüruşü qülqülə düşüb, bə’zi mütəəssif olub, ümərayi-ləşkərə qəsd etmək tədarükində ikən Şimri-Zilcövşən və Şisi-Rəbii və Həcərüləhcar fitnədən təvvəhhüm edüb, ləşkərə təmkin verməyüb Həzrəti-Əbbasa müqabil durub ayıtdılar: "Ey Əbbas, əgər təmamiyi-ruyi-zəmin seylabla dolsa və anın hifzi bizüm qəbzeyi-iqtidarimizdə olsa, Yezidə bey’ət etməyincə bir qətrə su Hüseynə və ətbainə verilmək mümkün degil".

Əbbas ol tayifədən novmid olub, müraciət qılub ərzi-hal etdikdə nagah ətfaliƏhli- Beytdən fəryadi-"Əl-ətəş, əl-ətəş"[13] səm’i-mübarəklərinə irişüb, bir-iki məşkü məthərə alub biixtiyar-seyl-manənd mütəvəccihi-rudi-Fərat oldu. Və dört bin namərd ki, mühafizəti-Fərat üçün müqərrər olmuşdu, Əbbası görüb səvarü piyadə mütəvəccih olub tirbaran etdilər. Ol şiri-bişeyi-məhabət əndişə qılmayub, ol güruha həmlə qılub, bir həmlədə yetmiş namərd dərəkati-cəhənnəmə göndərüb, tətimməsin pərakəndə qılub Fərata girdi. Əmma təmkin verməyüb, səvarü piyadə hücum edüb tirbaran etdilər. Ol nəhəngi-dəryayi-şücaət Fəratdan çıxub, yenə ol dəryayitüğyana əsayi-Musa kibi çaklar salub, gerü Fərata müraciət qıldı. İstədi ki, mərkəbin sirab edüb kəndü dəxi bir miqdar su içə, yenə Əhli- Beytin ləbtəşnəvü cigər-suxtələri yadına gəlüb rəva görmədi ki, anlardan müqəddəm sirab ola. Əlqissə, bir içim su içmədən əlindəki məşkü məthərəyi pürab edüb çıxdıqda ol bədbəxtlər ətrafın alub, tirbaran edüb əsnayi-müharibədə Nofəl bin Əzrəqi-həramzadə qəfil tiği-bidiriğ urub, ol məzlumun saidi-yəminin bədəni-mübarəkindən cüda qıldı. Əbbas ol məşki əlindən buraxmıyub, bazuyiyəsara salub rəvan oldu. Bir həramzadə dəxi fürsət bulub bir zərbə ilə bazuyiyəsarın dəxi qət’ etdi. Rəvayətdir ki, ol saniyi-Cə’fəri-Təyyar və varisi- Heydəri-Kərrar ol məşki buraxmayub, mübarək dişləriylə kətfinə buraxub rikabla ə’dayi ətrafindən mən’ edərdi və derdi. Şe’r:

Səbrdən qət’i-kəfü said bəni mən’ eyləməz,
Nəxli qılmaz münhərif nöqsani-bərgü şaxsar.
Mərdi-meydani-bəlayam, qət’i-ə’zadan nə bak?
Şəhpəri-himmətdədir pərvazi-övci-iqtidar.

Nagah bir həramzadə dəxi zəxmi-navəki-dilduzla ol məşki dəlüb anda olan su məzlumlar əşki kibi və şəhidlər qanı məsabəsində xaki-Kərbəlaya töküldü. Əbbas ol vaqiədən pərişan olub ahi-cigərsuz sineyi-püratəşdən çəküb ayıtdı: "Ya Rəb, bu nə halətdir ki, bir qətrə su Əhli-Beytə nəsib olmaz". Hatifdən nida gəldi ki: "Ey məzlum, hüsuli-dərəcati- üxrəvi asan olmaz və cəfa çəkmədən heç salik mənzili-məqsuda dəstrəs bulmaz. Şe’r:

Fəraq atəşi rövşən qılub çiraği-vüsal,
Hərarəti-ətəş eylər ziyadə zövqi-zülal.

Əlqissə, Əbbasi-Əli ol iki zəxmi-mühliklə mərkəbdən düşüb nərə urdu ki: "Ya əxi, ədrik əxakə"[14]. Hüseyni-məzlum ol avazı istima’ edib fəğan etdi ki: "Ə’lanə ənkəsərə zəhri", yəni İmdi belim sındı". Və bir ahi-cigərsuz çəkdi ki, zəmini-Kərbəla mütəzəlzil oldu. Şe’r:

Getdi ol sərvi-səmənbər ki, dilaramım idi,
Rahəti-sinəvü kami-dili-nakamım idi.

Rəvayətdir ki, Məhəmməd Ənəs Həzrəti-İmam xidmətində idi. Həzrəti Əbbasın avazın istima’ etdikdə və ol səda istima’indən şahzadə Hüseynin iztirabın gördükdə mütəvəccihi-meydan olub gördü ki, Həzrəti-Əbbas ağüşteyi- xakü xun olub can vermiş. Kəndüsin anın üzərinə buraxub şivən edərkən ləşkəri-müxalif səvarü piyadə tirbaran edüb anı dəxi şəhid etdilər. Rəhmətullahi əleyhi. Çün cəmi’i-ənsabü əqrəba şəhdi-şəhadət nuş edüb növbəti-təcərrö’i-şərbəti-bəqa Hüseynə və övladinə yetdi, hiddəti-atəşi-sitəm cigəri-kainata tə’sir etdi. Asiman pənceyi-xurşidi daməni-dövrana urdu ki, vəqt oldu bu dövri-müxalifdən peşiman olasan və əcəliMələkülmövtə ağazi-təərrüz etdi ki: "Necə bir bəni Ali- Mustəfadan şərmsar qılasan?" Şe’r:

Təcavüz qıldı həddən ey fələk bidadın, insaf et,
Yetər tə’zimi-əşrar eyləyib təxfifi-əşraf et.

Rəvayətdir ki, Hüseyn İbn Əlinin üç oğlu olub, biri Əliyyi-Əkbər idi və biri Əliyyi-Əvsət idi ki, Zeynəlabidindür və biri Əliyyi-Əsğər idi ki, Əbdullah derlər və Həzrəti-İmam anın ismiylə mükənnadür. Ol sərvəri-mülki-bəqa və məhrəmi-səra-pərdeyi- vəfa övladınun fövtü mövtün görməmək məsləhəti üçün kəndüyə silah mürəttəb qıldı, mütəvəccihi-meydan olmağa. Əliyyi-Əkbər xurşidi-rüxsarun Həzrəti İmamın kəfi-payi-ərşpayəsinə sürüb, təzərrö’ edüb rüxsəti-meydan istədi. Hər necə ki, xəvatini-hərəmsərayi-nübüvvət fəryadü fəğanla mən’ etdilər, faidə qılmadı. Həzrəti-İmam təzərrö’vü İlhahindən mütəəssir olub, kəndü mübarək əliylə əsbabi-rəzmin mürəttəb qılub, Həzrəti-Adəm kəmərin ki, Şahi-Vilayətdən yadigar idi, belinə bağlayub və Həzrəti-Əbbasın mərkəbinə bindirüb, himməti-aliyəsin bədrəqeyi rahi-bəqa qılub meydana rəvan etdi. Şe’r:

Vəh ki, ol gülrux səfər əzminə ahəng eylədi,
Şəhrü səhrayı bana könlüm kibi təng eylədi.

Rəvayətdir ki, ol zəmanda şahzadə on səkkiz yaşında olub sünbüli-gisuyi-müşkbarı gülşəni-rüxsarinə sayə salmaqda idi və ətrafi-laləzarı bənəfşeyi-tərdən müzəyyən olmaqda idi. Və bu məşhurdur ki, hüsni-surətlə Rəsulullaha andan əşbəh madəriəyyamdan mütəvəllid olmamışdı və andan əmləh daireyi-vücuda ədəmdən gəlməmişdi. Hərgah ki, Əhli Beytə arzuyi-istima’ikəlimati-Rəsul qalib olurdu, anın [lə’li-şəkərbarın göftara gətirirlərdi və hərgah ki, didari-seyyidi-kainata müştaq olurlardı], anın çehrəsindən didəyə nuri-sürur yetürürlərdi. Əlqissə, ol nihali-gülşənisəbahət ol zəman ki, rüxsət alub sərvi-xüramanın aləmi-ərseyi-meydan etdi, zövqi-pabusi-səməndi-səbükseyrdən zəmzəmeyi-mübahat zəminü asimana yetdi. Şe’r:

Üqabi-bərqşitabı səbadan aldı qərar,
Sipehri eylədi heyran sür’əti-rəftar.
Zəminə rəxşi salub nəqşi-mixi-rizeyi-nə’l,
Səvabit eylədi zahir kəvakibi-səyyar.
Lətafəti-hərəkatinə afərinlər edüb,
Təbəq-təbəq düri-əncüm sipehr qıldı nisar.

Hər tərəf cövlanlar edüb lö’blər göstərdikdən sonra bəyani-ismü rəsm edüb nə’rə urdu ki: "Bənəm şükufeyi-nihali-təqva, bənəm nəqdi-Hüseyn bin Əliyyi- Murtəza". Şe’r:

Bənəm ol şahi-şahzadeyi-dəhr
Ki, sifatimdə əql heyrandür.
Həsri-övsafi-qədrü mənzilətim,
Xarici-ehtimalü imkandır.
Nurbəxşi-çiraği-icadım,
Mahi-kövneynü Şahi-Mərdandır.
Cəddi-pakım Məhəmmədi-Mürsəl,
Əsli-zatım Əliyyi-İmrandır.

İbn Sə’d ki, ol füruği-şə’şə’eyi-cəmalı mütaliə qıldı və ol lətafəti-hüsni-məqala vaqif oldu və şahzadənin kim olduğun bildi, kəndü qəbahəti-əf’alindən əsəri-infi’al bulub, ahi-həsrət çəküb ə’yaniləşkərə ayıtdı: "Ey qövm, bu sərvər əkbəri-övladi-Hüseyn bin Əlidir ki, şəklü şəmayildə şəbihi-həzrəti-Nəbidir". Bir zəman mütəhəyyir olub kimsənəyə rüxsət vermədi ki, meydana girə və ana bir ələm yetürə. Zira bildi ki, məks etdikcə təərrüzi-ləşkər ehtiyac olmayub ol növcəvanın həlakinə tiği-təəttüş yetər və navəki-şüai-afitabi-suzan və sinanizəhrəşikafi- səmumi-cigərsuz kifayət edər. Şəhzadə gördü ki, dirəng etməklə şəmşiri-hərarət tiz olub mövcibi-zə’fi-qüva və baisi-riqqəti-ə’za olur, bimühaba kəndüsin qəlbi-sipaha urub bünyadi-cidal etdi və hökmi-zülali-şəmşiri-abdarın mümkün olduqca məcariyi-üruqi-əbdani-ə’daya yürütdü. Əmma izhari-kəmali-şücaət edüb, şövqlə cəng edərkən tabi-afitabdan zireh həlqələri hiddətihərarət bulub bədəni-nazpərvərdinə dağlar urdu və ehtimali-alətihərb kətfi-şərifinə ələmlər yetürdi. Şe’r:

Bari-tari-pirəhəndən inciyən cismi-lətif,
Necə çəksin rəzm meydanında bəndi-ahənin?
Nazpərvərdi-nəimi-şəfqətü ehsan olan,
Necə olsun qabili-bidadi-əhli-zülmü kin?

Əlqissə, külfəti-alati-rəzm əlaveyi-ənduhi-təəttüş olub, şahzadə təlatümi-hərbdən kənara çıxub, validi-büzürgvarının xidmətinə müraciət edüb fəryada gəldi ki: "Ya əbətah, zəbəhəni əl-ətşu və əsqələni’l-hədid"[15], yə’ni "Bəni həlak etdi susuzluq və ağırlandırdı bari-ahən". Həqqa ki, əgər bir qətrə suyla təskinihərarət versəydim, ləşkəri-müxalifi qərqeyi-tufani-fəna qılırdım". Həzrəti-İmam gərdimeydan çehreyi-pakindən pak edüb, Həzrəti-Rəsulun nigini- mübarəkin təskini-hərarət üçün lə’li-abdarinə mülazim etməgin bir miqdar təskin bulub yenə meydana müraciət qıldı. Bu növbət İbn Sə’d, Tariq bin Şisə əmr etdi ki, ey Tariq, sən meydana girüb bu şəhzadə dəf’inə qüdrət bulsan, vilayəti-Mosul hökumətin sənə ən’am edərəm. Tariqi-məl’un hökuməti-Mosul həvasiylə meydana girüb Əli bin Hüseynə nizə həvalə qıldı. Şəhzadə ol bədbəxtin nizəsin rədd edüb sineyi-pürkinəsinə bir nizə urdu ki, nuki-nizə səbzəmanənd şurəzaricismi-pəlidindən baş çıxarub həlak oldu.

Andan sonra Öməri-Tariq gəlüb şəhzadə əlindən şərbəti-fəna içdi. Andan sonra Misra’bin Qalib meydana gəlüb müqabil olduqda şəhzadə şücaəti- Mustəfəvi və cəladəti-Murtəzəvi izhar edüb, tiğiabdarla nizəsin qələm qılub fərqi-namübarəkinə bir zərb urdu ki, iki parə olub mərkəbinin iki tərəfindən meydana düşdü. Ləşkəri-müxalif ol zərbi-dəsti görüb, bərgi-xəzan kibi lərzan olub müharibəsindən mütəvəhhim olduqda İbn Sə’d Möhkəm bin Tüfeyli iki bin mübarizlə [şəhzadənin məsafinə təhris etdi. Möhkəm bin Tüfeyl iki bin mübarizlə] ol afitabi-asimani-vilayəti araya alub, şəhzadə əndişə qılmayub, nəş’eyi-vilayət sərməsti olub, ol iki bin namərdi mütəfərriq edub bir dəxi Həzrəti-İmam xidmətinə təvəccöh edüb ayıtdı: "Ya əbətah, əl-ətəş, əl-ətəş"[16]. Həzrəti-İmam dideyi-nəmnakdan seylixunabə rəvan edüb dedi: "Ey cigərguşə, səbr et ki, səninçün şərbəti-Kövsər mühəyya olubdur".

Şəhzadə ol bəşarətlə meydana müraciət qıldıqda, ləşkəri-ə’da hücum edüb, yəminü yəsarın alub və nihali-cismi-lətifi gülbüniqönçə kibi pürpeykan olub və sipərmisal ə’zayi-şərifinə müxtəlif zəxmlər, çaklar salub, aqibətüləmr İbn Təmir tə’nəsiylə, bir rəvayətdə Mən’ə bin Mürreyi-Əbdi zəxmilə mərkəbdən düşüb nə’rə urdu ki, "Ya əbətah, ədrikni"[17]. Şe’r: Qərqi-girdabi-fəraq oldum, tərəhhüm qıl, səba, Şərh edüb halım, bənim, billah, yetür dildarımı. Qıldı cəlladi-fələk qəsdi-həlakım Tanrıçün, Ərz qıl dildarimə hali-dili-əfgarımı. Var ikən cismimdə can, məqsudum oldur kim, qılam, Şəm’i-ruyindən münəvvər dideyi-xunbarımı.

Həzrəti-İmam ol məzlumun intizarında ikən və nə’rəsin eşidü, biixtiyar meydana girüb ol sərvi-rəvanı xaki-məzəllətdən götürüb xeyməgaha yetürdi və rüxsarın rüxsarinə sürüb ayıtdı: "Ey fərzəndi-dilbənd və ey arami-dili-dərdmənd, bir təkəllüm et". Şəhzadə göz açub validi-büzürgvarın, bəradəri-qəmgüsarın və valideyi-biqərarın üzərində görüb ayıtdı: "Ya əbətah, gördüm ki, əbvabi-asiman məftuh olub, şərbəti-səlsəbildən camlar mürəttəb olubdur". Bu təkəllüm əsnasında ruhi-pürfütuhi rövzeyi-rizvana intiqal etdi. Şe’r:

Mahi-cəmalın ol güli-baği-risalətin
Sitri-səhabi-mərg nihan etdi, ey diriğ!
Şaxi-güli-hədiqeyi-iqbali-ruzigar,
Pamali-inqilabi-xəzan etdi, ey diriğ!

Və bu dəxi bir rəvayətdir ki, şəhzadə qəlbi-sipahi-ə’daya həmlə qıldıqda Həzrəti-İmamın nəzərindən qayib oldu. Ol Həzrət biixtiyar anın mütali-bətinə rəvan olub, "ya Əli, ya Əli"-deyib, hər tərəf gəzüb fəryad edərkən nagah bir canibdən sədayi-"Ya əbətah" istima’ edüb ol canibə rəvan oldu, əmma əsərin görmədi. Və səbəb ol idi ki, Mən’ə bin Mürruyi-həramzadə şahzadəyə zəxm urluqda bişüur olub, mərkəb biixtirar anı meydandan çıxarub, bir səhraya bıraxmışdı. Həzrətiİmam şahzadə təfəhhüsündə ikən gördü ki, mərkəbi-birakib mütəvəccihi-xeyməgah oldu. Cameyi-səbrü təhəmmül çak edüb mərkəbi tutmaq istədi. Mərkəb fərar etdikdə Həzrəti-İmamı ol mənzilə ilətdi ki, şəhzadə düşmüş idi. Həzrəti-İmam gördü ki, şəhzadə aludeyi-xakü xun olub, hənuz həyatından bir rəməq var. Mərkəbindən piyadə olub, səri-mübarəkin kənari-şərifinə alub, ruxsarın rüxsarinə sürüb, şəhzadə gözün açdıqda Həzrəti-Sultani-Kərbəlanun rüxsari-mübarəkin görüb ayıtdı: "Ey validi-büzürgvar, hala görürəm ki, Həzrəti- Rəsul iki əlində iki cam dutubdur. Birin bana vermək istədi, bən ayıtdım: "Ya cəddah, ikisin dəxi iltifat et ki, qayətdə təşnəyəm". Buyurdu ki, "Ey Əli, bu camlərin biri sənə mənsubdur, sən təsərrüf et. Bu birinə təmə’ qılma ki, Hüseyn içün mühəyya olubdur. Hala gəlüb nuş edəcəkdir". Bu təkəllümdə ikən canın canana təslim etdi. Rəhmətullahi əleyh.

Dərda ki, içdi bəzmi-bəlada meyi-fəna,
Canü cəhandan almadan ol növrəsidə kam.
Gülzari-ömri gördü xəzan, görmədi bəhar,
Mahi-cəmalı etdi qürub, olmadan təmam.

Diriğa ki, nihali-növrəsi-İmamət izhari-şükufə qılub, çəmənarayibustanivilayət olmuş ikən sərsəri-xəzani-fənadan şikəst buldu və hilali-asimani-səyadət guşeyi-əbru göstərüb əhli-iştiyaqı nəzzarəsiylə məsrur etmiş ikən bədri-təmam olmadan səhabi-əcəldə müxtəfi oldu. Müxəddərati-sərapərdeyi-ismət bünyadi-növhə qılub təcdidi-matəm etdilər. Filvaqe’ bu vaqieyi-dilduzun ləhibi-nirani-hərarətindən bir xunincigər agahdır ki, dili-parə-parəsi bir fərzəndi-dilbənd dağifəraqiylə yanmış ola və bu hadiseyi-qəmənduzin hərarəti-mərarətindən bir dilsuxtə vaqifdir ki, nəxli-həyatının tazə ikən sərsəri-həvayi-müxalifdən bir şaxsarı sınmış ola. Həzrəti-İmam vücudi-hirqəti-təmam ilə xəvatini-Əhli-Beytə ol müsibətdə təsəlli verüb derdi: "Ey Əhli-Beyti-risalət və ey riyazi-gülzari-İmamət, bəlayi-asiman nüzul etdikdə asarı cəmi’i-gülzari-İmamət, bəlayi-asiman nüzul etdikdə asarı cəm’i-kainata şamildir və kafirü müsəlman əhateyi-ümumi-möhnətə daxildir. Əmma əyari-imtiyazi-mö’min bəlada səbrü şükr etməklə rütbeyi-rif’ət bulur və kafir cəzə’vü iztirab qılmağ ilə məqhurü məzmum olur və təqriri-dilpəziri-"İnnəma yüvəffə’s-sabirunə əcrəhüm bi-ğayri-hisabin"[18] bu məzmuna əsəhhi-dəlayidir. Şe’r:

Səbr etməyüb müsibətə hər kim qılur cəzə’,
Şayisteyi-məvahibi-əfvü əta degil.
Mə’lum olur məsayibi-ərbabi-küfrdən
Kim, səbrdir vəsileyi-rəhmət, bəla degil.

Ey xəvatini-sərapərdeyi-sitrü ifaf, səbr edin və təhəmmül pişə qılun ki, bu səbrü təhəmmülün nəticəsi axirətdə rövzeyi-nə’im və dünyada Qiyamətədək ehtiramü tə’zİmdir. Zinhar, zinhar, bəndən sonra çaki-giriban edüb muyi-sər pərişan etməyəsüz ki, mövcibişəmatəti-ə’da olmaya. Əmma giryədən sizi mən’ etməzəm, zira abidideyi-məzlum hədiqeyi-rəhməti sirab edər və seyli-əşkiqəribiməhmum ilə mir’ati-əməldən qübari-küdurət gedər". Pəs əsağiri-övladını əkabirə əmanət təriqiylə təslim edüb və məcmuin

Vacibül-vücuda tapşırub, vida’ qılub meydani-məsafa mütəvəccih olduqda mütəhhərati-Əhli-Beyt bir növhə qıldılar və bir növ’lə nalan oldular ki, sükkani-səvami’i- mələkut ğülğüleyi-növhələrindən sərasimə olub [təsbihü təhlillərin fəramuş etdilər və ənadilü qümariyiriyazi-behişt zəmzəmeyi-giryələrindən] mütəhəyyir qalub kəndüsürudlərin unutdular. Şe’r:

Şahidi-ifrati-ğəmdir kəsrəti-fəryadü ah,
Seyli-abi-çeşm miqdarı dil azarincədür.
El əzasinə nə nisbətdir əzayi-Əhli-Beyt,
Çün əzası hər kimin məqtul miqdarincədür.

Ol hala müqarin Əliyyi-Əsğər ki, tifli-şirxarə idi və hərarəti-ruzigar qönçeyi-pistani- validəsinə hiddəti-peykan verüb ol tiflin çeşmeyi-məişətin məsdud qılmışdı və ol tifli-mə’sum iztirabi-cu’vü ətəşdən vərteyi-həlaka qərib olmuşdu, Həzrəti-İmama əhvalın ərz etdikdə, Həzrəti-İmam ol tifli mübarək əlinə alub, ləşkəri-müxalifə müqabil durub ayıtdı: "Ey zalimlər, tutalım ki, bən günahkaram, bu tifli-bigünaha neçün bir qətrə su verməzsiz?". Ol səngparələrdən abirəvan çıxmaq mümkün olmayub ayıtdılar: "Ey Hüseyn, Übeydullahi-Ziyadın hökmirəvanı su mən’ində müəkkəddir, təğəyyür bulmaz və bey’ət etməyincə sana və övladına su içmək müyəssər olmaz". Həzrəti-İmam novmid olub müraciət etmək sədədində ikən Hüzeymə Kahili bir navəki-dilduza güşad verüb, ittifaqla ol mə’sumun hülqi-mübarəkinə dəgüb, güzar edüb Həzrəti-İmamun saidi-mübarəkinə sancıldı. Həzrəti-İmam ol oxu çəkdikdə ol tiflin hülqumundun çeşmeyi-xun rəvan olub, pak edərək validəsinə yetirüb ayıtdı: "Ey biçarə, fərzəndin şərbəti-şəhadət ilə sirab oldu".

Rəvayətdir ki, Əliyyi-Əsğərlə yetmiş iki nəfər təmam oldu və Həzrəti-İmam Zeynəlabidindən qeyri ki, bimardı, səhrayi-vücudda Həzrəti-Hüseynə həmrah qalmadı. Şəhzadə kəndüsin tənha gördükdə ahi-cigərsuz çəküb bu məzmunla bir rəcəz ağaz etdi ki. Şe’r:

Dərda ki, dari-dəhrdə bir yar qalmadı,
Bir yari-qəmgüsarü vəfadar qalmadı.
Dami-bəladan əhli-vəfa buldular nəcat,
Bir bəndən özgə zarü giriftar qalmadı.

Rəvayətdir ki, Həzrəti-İmam Zeynəlabidin validi-büzürgvarın tənha görüb, riqqəti-təmamla xabgahdan dışra çıxub, cismi-zəif və kəfilərzanlakəndüyə əsbabi-rəzm mürəttəb qılub, əziməti-meydan etməkdə ikən Həzrəti-Hüseyn ayıtdı: "Ey nuri-didə, hala sənə rüxsəti-şəhadət yoxdur, zira silsileyi-siyadət sənə mərbutdur və bəqayi-nəsli-Mustəfəvi sənin vücudinə məşrutdur". İmam Zeynəlabidin ayıtdı: "Ey məxdum, haşa ki, bən şərbəti-şəhadətdən binəsib və dövləti-didari-şərifindən məhrum qalam?". Həzrəti-Hüseyn ayıtdı: "Ey cigərguşə, bəzmi-bəlada cami-şəhadət nuş etməgə hənuz sənə növbət yetməmişdir və saqiyi-əcəl səni hənuz yad etməmişdir. Ənqərib sən dəxi bu şərbətdən içüb bizə vasil olursan və muradınca bu xani-müsibətdən nəsib alursan". Pəs, həzrəti-Zeynəlabidini hüzurinə alub cəddü abadan mövdu’ olan əmanətləri ol Həzrətə tapşurdı. Kəlamüllahi-Məcid və müshəfi-Fatimə, cifriəbyəz və cifri-came’, elmi-qiyamət və baqi ülum ki, əimmədən qeyrə mümkün degil, ana təslim edüb və anı Vacibül-vücuda tapşırıb. Şe’r:

Seyr eylədi zülali-səfa bağa bağdan,
Nur etdi intiqal çirağa çirağdan.

Təslimi-əmanət etdikdən sonra ziyafətxaneyi-behişt əzimətin müqərrər bilüb: "Dostlar vəliməsinə getdikdə müzəyyən olmaq rəsmdir" – deyüb bir dəxi hərəmsərayə girüb, qübari-meydandan məhasinü gisu pak edüb və təcdidi-libas təriqiylə dəqqi-Misridən bir giranmayə xəl’ət geyüb və əmameyi-Rəsulullahın əqdin tazələyüb və seyyidül-şühəda Həmzənin sipərin kətfinə bıraxub və Əliyyi-Murtəzanın Zülfiqarın həmayil qılub və Rəsulullahın Zülcinah nam büraqrəftarın rikabi-hümayuna çəküb, mübarək əlinə bir rəmhi-əjdəhamanənd alub, zinəti-təmamla Əhli-Beytə vida’ edüb "Və kəfa billahi şəhidən"[19] kəliməsin yad qılub, ərseyi-meydana yüz dutdu və yetdikdə nizeyi-cansitanın dili-xakə üstüvar qılub və nizəsinə təkyə qılub bir rəcəz ağaz etdi ki, bə’zi əbyatı budur. Şe’r:

Xəyrətu’llahə minə’l-xəlqi əbi,
Summə ümmi və ənə’bnə’l-xəyrətəyn.
Fizzətun qəd xuliqət min zəhəbin,
Və ənə’l-fizzətu’İbnə’z-zəhəbəyn.
Fatimətu’z-Zəhra ümmi və əbi,
Varisu’r-rusuli İmamə’s-səqələyn.
Min ləhu cəddin kə-cəddi fi’l vəra,
Əv kə’şəyxi və ənə’bnu’l-aləmeyn.
Zəhəbun fi-zəhəbin fi-zəhəbin,
Və ləcinu fi-ləcin fi-ləceyn[20].
Ol bənəm kim, cəddi-pakimdir çiraği-ənbiya,
Afitabi-övci-himmət, sərvi-baği-İstəfa.
Ol bənəm kim, mə’dəni-dürri-vücudumdur Əli,
Şahi-ərbabi-həqiqət, şəm’i-cəm’i-övliya.
Ol bənəm kim, şəm’i-nuri-xilqətİmdir Fatimə,
Cövhəri-kani-şərəf, şəm’i-şəbistani-həya.
Bən nihali-gülşəni-ədlü riyazi-ismətəm,
Ey fəsad əhli, nədir bunca bana cövrü cəfa?
Tökdünüz bir-bir atub səngi-sitəm övraqımı,
Qoydunuz tənha bəni qürbətdə bibərgü nəva.
Haliya qət’üm təmənnasində qılmışsız qülüvv,
Qansı məzhəbdə bənim qət’i-həyatımdır rəva?!

Və məqalədən sonra ol güruhi-müxalifi müxatəb qılub nida qıldı ki: "Ey qövmi-sitəmkar və ey taifeyi-qəddar, ehtiraz edin ol Qəhhar qəhrindən ki, firqeyi-Ali-Fir’ovni qərqeyi-seylabi-Nil və sipahi-Əshabi-Fili məğlubi-hücumi-təyri- əbabil etdi. Və təvəhhüm qılun ol Cəbbar qəzəbindən ki, üsati-qövmi-Lut şəhrin sərnigun edüb, ğülati-Ali-Nuhun mülkinə seylabi-siyasət yürütdü. "Və istəğfiru Rəbbəkum summə tubu iləyhi yumətti’kum məta’ən həsənən"[21]. Ey zalimlər, əgər hakimi-divani-qəza ədlinə və Həzrəti-Rəsul şəriətinə e’tiqadınız var isə, yad edin əvaqibi-ümuru və bu zülmlərdən istiğfar qılun və bana aman verin ki, bu ətfalü əyalı paymali-qürbət olmadan ya Həbəş canibinə, ya Rum tərəfinə alub gedəyim və bu cəzireyi-Ərəb və ərziBabil və mülki-Hicazı sizə təslim edəyim və əgər müharibədən təcavüz mümkün olmazsa, barı, bir-bir meydana gəlin".

Ləşkəri-Kufə və Şam ol kəlimati-məhəbbətamizi istima’ etdikdə daşlardan çeşmələr rəvan olur kibi biixtiyar dideyi-vəqahət-pişələrindən əşki-nədamət rəvan olub bir miqdar peşiman olmağa mütəvəccih ikən Bəxtəri bin Rəbi’ə, Şis bin Rəbi’i və Şimr Zihcövşən və bə’zi rüəsayiəskər ki, dili-səxtlərində ədavəti- xanədani-vilayət mütəməkkin idi, gördülər ki, Hüseynin kəlimatı tə’sir edüb təğəyyüri-əqaidi-əskər mümkündür, filhal Hüseynə müqabil durub ayıtdılar: "Ey Hüseyn, bizim müharibəmiz Yezid hökmüylə olub, sənin zülali-nəcatın anın çeşmeyi-bey’ətindədir. Ya qəbuli-bey’ət etmək gərək, ya siyasətə yetmək gərək". Bu hala müqarin tirəndazlara əmr olundu ki, Hüseynə möhlət verməyüb tirbaran edin. Bir qayətdə tirbaran etdilər ki, həva pəriüqabdan məmlüv olub, kəsrəti-peykani-hücumi-ammi-siham şüaiafitabdan ol mahi-övci-rif’ətə bir sipəri-ahənin oldu və ol gülzariismətin ətrafın qələbeyi-navək xaristani-cəfa qıldı. Əmma hirzihimayəti-Rəbbani hisni-hifz olub, ol padşaha zərər yetmədi. Həzrətiİmam ol halı görüb qəlbi-sipaha həmlə qılmaq tədarükündə ikən nagah bir qübari-vəhmnak peyda olub aləmi tirə qıldı. Və ol halətdə bir şəxsi-mühib və surəti-əcib zahir oldu ki, başı mərkəbə bənzəyib, ayaqları aslan ayaqlarına bənzərdi. Həzrəti-Sultani-Kərbəlanun mülaziəmtinə müşərrəf olub ayıtdı: "Əssəlamu əleykə və əla cəddikə və əla əbikə"[22]. Həzrəti-İmam cəvabi-[səlam] alub ayıtdı: "Ey nikbəxt, sən kimsən ki, bu tənhalıqda qərİbnəvazlıq edərsən?". Dedi: "Ya İbn-Rəsulullah, bən bu diyarda sakin olan pərilərin sərdarıyam və bana Zə’fəri-Cinn derlər. Və Həzrəti-Əli bin Əbi Talib ol zəmanda ki, Çahi- Beynəl-ələmeyndə zərbi-Zülfiqarla divləri müsəlman etdi, bənim babamı bu diyarın pərilərinə sərdar qıldı və hala bən varisimülkəm. Rüxsət ver ki, bu sitəmkarların etdikləri əməllərin nəticəsin göstərəyim". Həzrəti-İmam ayıtdı: "Ey Zə’fəri-Cinn, hüsni-e’tiqadinə məmnun oldum, əmma siz əcsami-lətifəsiz, məhsus olmayub insanla müharibə etmək mütəzəmmini-zülmdür. Rəva görməzəm". Zə’fər Cinn ayıtdı: "Ya Hüseyn, surəti-insana girüb cəng edəlim, netə ki, Bədr və Hüneyn mə’rəkəsində məlayikə Həzrəti-Rəsula Bədr və Hüneyn mə’rəkəsində və’deyi-şəhadət yetməmişdi. Bəhər hal nəcat üçün müavinət lazım olmağın Həzrəti-Həq məlayikəyə hökm etdi. Hala bən elmül-mənayada görmüşəm ki, bu gün Mə’budimlə mülaqat edərəm və dari-fənadan mülki-bəqaya gedərəm. Bu bir saət həyat üçün dostlarımı zəhmətə salmaq nə münasibdir?".

Zə’fəri-Cinn rüxsəti-müharibə bulmayub, vida’ edib müraciət etdikdə [ol qübar sakin olub, ol zülmət açılub, Həzrəti-İmam mütəvəccihi-hərb olub mübariz tələb etdikdə] Təmim bin Qəhtəbə ki, ümərayi-Şamdan olub mübarizi-mə’rufdu, müqabil durub ayıtdı: "Ey Hüseyn, nəfsi-vahiddə bir ləşkərə müqabil durmuşsan ki, zəmanisabiqdə əksərinin abavü əcdadın Nəhrəvanda və Siffin müharibəsində atan qətl edib hənuz xatirlərində ol kinə mütəməkkin ikən hala dəxi əksərinin ixvanü övladın həlak edib təcdidi-ədavət vaqe’ olmuşdur və zəman-zəman ziyad olmaqdadır. Bunun kibi ləşkərlə müqabilə etmək qələtdir. Səlah oldur ki, təriqibey’ət məsluk edib tələbi-nəcat edəsən". Həzrəti-İmam ayıtdı: "Ey Şami, bən sizünlə ibtidayi-hərb etmədim. Siz baisi-fəsad olub övladü ənsabımı qətl etdiniz. Hala kəsrəti-ə’dadan bana təvəhhüm verib bey’ətimi almaq istərsən. Ey bədbəxt, əgərçi aləmi-surətdə sizin ləşkəriniz çoxdur, aləmi-mə’nidə bənim sipahimə [nəhayət] yoxdur. Mən ol sultani-büləndbargaham ki, süradiqi-cahü cəlalım səthi-ərşdə ətnabi-tövfiq və övtadi-tə’yidlə istehkam bulub, sayeyi-ümumi-məlayiki- ülviyyəvü süfliyyə və üqulü nüfusi-bəşəriyyə və divü pəri və vəhşü teyr təhti-livayi-İmamətimdə i’anətimə mə’mur olub, mütiləri mizbani-mərhəmətim mütəməti’ine’məti-behişt edib, mütəmərridləri iqtizayi-müxalifətim atəşicəhimə yaxmışdır. İnşaallah, bu surət aqibət sizə mə’lum olur və pərdeyi-qəflət rəf’ olub hər kim surəti-ə’malın mülahizə qılur: "Qəd xəsirə’l-ləzinə kəzzəbu bi-likai’llahi hətta iza ca’əthumus-sa’ətu bəğtətən qalu ya həsrətəna əla ma-fərrətna"[23]. Ey həramzadə, bənim cəddi-rəfi’-miqdarımdır ol ki, ləşkəri-müxalif hücum etdikdə məlayik surəti-insana girib xidmətin ixtiyar etdi. Və bənim validi- büzürgvarımdır ol ki, rayəti-qədrin məhçeyi "Yuhibu’llahu və rəsuluhu"[24] gərdunsay edib zərbi-dəstindən babi-Xeybərə şikəst yetdi". Bu nişatla bir nə’rə urdu ki, cəmi’i-ləşkər heybətindən titrədi, bəlkə ərzi-Kərbəlaya zəlzələ düşdü. Həm ol halətdə tiği-saiqəkirdarın çəküb, Təmim bin Qəhtəbəyi bir zərblə həlak edib dəxi mübariz istədikdə cəmi’i-ləşkər ol səlabəti-nə’rə və ol zərbi-dəstdən tərsnak olub mütəğəyyirü mütəfəkkir qalmış ikən Zeyd Əbtəhiyi-bədbəxt ki, aləmi-şücaətdə bəğayət sahibi-qürur idi və ərəbdə kəmalimübarizətlə məşhur, şəhzadəyə müqabil durub bimühaba tiğ həvaləqıldı. Həzrəti-İmam anı dəxi bir zərblə iki parə qılub, təşnəlikdən bəğayət müztərib olub su içmək qəsdinə ahəngi-rudi-Fərat etdi. Şimri-lə’in ol halı görüb fəryad etdi ki: "Ey ləşkəri-Şamü Kufə, zinhar, zinhar, Hüseynə təmkin vermən ki, bir qətrə su içə ki, əgər kəndü sirab olub mərkəb su içə, bin bu ləşkər kibi ana cəvab verməz və cəmi’ etdigimüz sə’ylər zaye’ olmaq müqərrərdir". Ol həramzadə təhrisilə ləşkər qələbə qılub, Həzrəti-İmamla Fərat arasına hayil oldular və Həzrəti-İmam mərkəbi-badrəftarına cilvə verib və tiğiatəşbarın çəkib müqatiləyə və mücadiləyə məşğul oldu. Şe’r:

Öylə kim pulad ilə daşdan olur atəş əyan,
Axıdırdı tiği-bərqindən ədunin xuni-nab.
Xuni-ə’dadan rəvan eylərdi hər yan seyllər,
Seyllər üzrə əyan eylərdi başlardan hübab.
Cövhəri-tiğində məzmun mövci-tufani-fəna,
Sayeyi-rəmhində müzmər şərhi-əhvali-əzab.
Cilveyi-rəxşində rövşən sür’əti-nuri-bəsər,
Surəti-seyrində zahir həmleyi-sultani-xab.
Rəxşi kuhi-badcünbüş, tiği bərqi-abgun,
Rəxşinə gərdun fəda, tiğinə qurban afitab.

Ol şahsəvari-ərseyi-meydani-şəhadət və ol şahbazi-seyidgahi-səadət rəxşi-himmət gərmcövlan edib və tiği-şücaət qərqi-xunabiəhli-şəqavət qılub, ol zalimlərin üç səfin çak edib kəndüsin Fərata yetirdi. Nəhəngvar Fərata girib, əlinə su alıb içmək istədikdə bir kimsənə nida yetirdi ki: "Ey Hüseyn, nə su içmək məcalıdır, ləşkəribədxah qarəti-hərəmsəraya mütəvəccih oldular". Kəmali-qeyrət inani- ixtiyarın əlindən alıb, bir qətrə su içmədən səməndi-seylrəftarın canibi- xeyməgaha səddi-sipər edib yetdikdə gördü ki, ol avaz mən’iab üçün bir hiylə imiş, əmma müvafiqi-iradeyi-təqdir vaqe’ olmuş. Zira ol gün şərbəti-şəhadət içmək müqərrər idi. Rəvayətdir ki, Fərat kənarından xeyməgaha yetincə qırx mübariz bıraxmışdı və nəqli-səhihdir ki, Həzrəti-İmam xeyməgaha yetdikdə mükərrər xəvatini-hərəmsərayi-isməti hazır edib vəsiyyət tazə qıldı ki: "Ey əsmari-nihali-fütüvvət və ey əşcari-rəyahini-təharət, müsibət üçün mühəyya olun, əmma zinhar, camə çak edib muyi-gisu pərişan etmən və kəndünüzi mümkün olduqca naməhrəmdən nihan dutun". Həzrəti-Zeynəlabidini bir dəxi bağrına basıb, yüzün yüzünə sürüb vida’ etdi. Şe’r:

Gəl ey həmdəm ki, cismimdə vida’ etməkdədir canım.
Tökər qanlar, anıb firqət bəlasın çeşmi-giryanım.
Bənim müşkül degil halım ki, qürbi-Həq qılur hasil,
Qəmi-dünya əlindən qurtulur hala giribanım.
Səninçün ağlaram kim, edəcəkdir halını müztər,
Həm ə’da zülmü cövri, həm bənim ənduhi-hicranım.

Ey nuri-didə, təriqi-müsabirətdən inhiraf etmə ki, şimeyi-ənbiya və şiveyi-övliyadır. Yəqin ki, bu ibtila bizə nəsib olmaseydi, bizdən sonra zahir olan müsəlmanlara hər bəla nazil olduqda anı mövcibiqəzəbi-İlahi təsəvvür edüb mə’yus olmaq müqərrər idi. Zəhi səadət ki, bəla bizim mülazimətimizdə məmduhi-əhli-həqiqətdir və vüquimüsibət mövcibi-təsəlliyi-ətqiyayi-ümmət. Şe’r:

Bəlaya səbr edəlim, cövrə şükrlər qılalım
Ki, bu rəviş tələb əhlinədir təriqi-vüsul.
Cəmi’i-xəlqə bəla ehtiramı vacibdir,
Kim oldu əqrəbi-xüddami-Əhli-Beyti-Rəsul.

Ey cigərguşə, Mədinəyə yetdikdə netə ki, bən sənin səlamını sükkani-əhli-behiştə ilətərəm, sən dəxi bənim səlamımı anda olan əhibbavü əviddaya ərz edəsən". Bu halətdə Şəhrəbanu ol şəhriyarın damənin dutub ayıtdı: "Ey sərvəri-alimiqdar və ey seyyidi-büzürgvar, bən nəsli-Yəzdicird şəhriyaram. Həvadisi-əyyamdan sənin hisnihimayətin pənah etmişdim. Hala vəhmüm andandır ki, zəmani qeybətində bu zalimlər sayir xəvatini-Əhli-Beytə övladi-Rəsul olmaqla hörmət edüb bana ihanət yetirələr. Bəni kimə təslim edərsən?". Həzrəti-Hüseyn ayıtdı: "Ey Şəhrbanu, bu vasitədən dəğdəğə çəkmə ki, sən daxili-Əhli-Beytsən və bu hisari-iffətdə sənə naməhrəm təərrüzü yetməz". Şe’r:

Pəri-Cibrildir divari-dövlətxaneyi-ismət,
Anın sükkaninə asib yetməz şərri-şeytandan.
Hərimi-qürbi-Əhli-Beyt bənzər zövrəqi-Nuha,
Olan ol zövrəq içrə ehtiraz eylərmi tufandan?!

Və bir rəvayət dəxi oldur ki, Həzrəti-İmam Şəhrbanuya vəsiyyət qıldı ki: "Bəndən sonrə mərkəbim xeyməgaha gəlür, ol mərkəbə kəndüni möhkəm edüb inani-iradətin rayizi-qəzaya tapşur. Ol mərkəb səni badiyeyi-hövldən çıxarur". Və Şəhrbanu ol vəsiyyətlə əməl edüb ol mərkəblə ləşkərgahdan çıxdı. Aqibətüləmri Allah bilür. Əmma əsəhhi-rəvayət oldur ki, Əhli-Beytlə Şama getdi.

Əlqissə, Həzrəti-Sultani-Kərbəla vəsiyyəti tamam olduqda mütəvəccihi-meydan olub bu məzmunla bir rəcəz ağaz etdi. Şe’r:

Gəldi ol dəm ki, dili-qəmnakımı şad eyləyəm,
Mürği-ruhu damgahi-təndən azad eyləyəm.
Gəldi ol dəm ki, bu möhnətxanəyi viran edüb,
Qüds mülkünə binayi-işrət abad eyləyəm.
Gəldi ol dəm kim, qılam dərgaha ərzi-halımı,
Çeşmi-nəmnakü dili-qəmnakla dad eyləyəm.

Ol padişahi-qüdsisipah və ol sultani-ərşbargah zövqi-təqərrübi-dərgahullah ilə "Ənə’bnu rəsulullahi [və ənə’bnə Əliyyun vəliyallahu]"[25] deyüb bir nə’rə urdu ki, ol sədadan cəmi’i-əczai-tərkibikainat mütəhəllil olub, fələki-dəvvar hərəkətdən mütəvəqqif və ərzisakin mütəzəlzil oldu. İbn Sə’d şahzadəyi ol səlabətdə görüb, ləşkəri bir-bir müharibə qılmaqdan mən’ edüb, fəryad etdi ki: "Ey bixəbərlər, şücaəti-Mustəfa və səlabəti-Murtəza və heybəti-Həsəni-Muctəba bu gün bu şəxsdə münhəsir olubdur. Həqqa ki, əgər cəmi’i-kainat bir surətə mütəşəxxis olub ana müqabil dursa, bir həmləsinə vəfa qılmaz və hala zəxmi-tiği-atəş və cərahəti-müfariqəti-əhbab ana kargər olubdur. Cəmi’i-ləşkər ittifaqla həmlə qılub, tərəddüdün ziyadə qılun". Ol məl’unun əmriylə cəmi’iləşkər ittifaqla mütəvəccih olub şəhzadəyi araya aldılar və ol şiri-bişeyi-şücaət tiği-bərqasayla dideyi-idraki-bədxahı xirə qılub, hər canibə təvəccöh qıldıqca gərdi-nə’libadpayi-badiyəpeymasından ruzigari-ə’da tirə olurdu.

Rəvayətdir ki, bir dəxi ol ləşkəri paymali-rəxşi-himmət qılub səməndi-badrəftarın Fərata yetürdi və daiyə qıldı ki, bir qətrə su içüb təskini-hərarət verə. Ətəşi-mütəhhərat və ətfal yadına gəlüb tərkimüddəa qıldı. Və bir rəvayət dəxi oldur ki, bir miqdar su içmək tədarükündə ikən Hüseyr bin Təmimi bir ox atub, ol ox zəxmiylə ləbü dəndani-mübarəkin məcruh edüb su içmək müyəssər olmadı. Əlqissə, ləşkəri-ə’da hücum edüb gəldikcə ğülüvvi-müxalif ziyadə olub və və’deyi-şəhadət müqaribət qılub zəxmlərindən çeşmə-çeşmə qanlar getməklə şəhzadəyə zə’f qalib oldu. Rəvayətdir ki, ol Həzrətin yetmiş iki zəxmi olub, səməndi-səbükseyri dəxi kəsrəti-zəxm və ifrati-ətəşdən süst olub asari-təzəlzül zahir oldu. İbn Sə’d şahzadənin zə’fi-halın mülahizə qılub qətlinə iqdam etdikdə Həzrət ol bədbəxtə qəhrlə baxub ayıtdı: "Ey zalim, bu əmri-qəbihə sənmi iqdam edərsən?". Ol bədbəxt infial olub gerü döndükdə Şimribədbəxt piyadələrə buyurdu ki, ətrafü cəvanibin dutub tirbaran edələr. Yenə şahzadə bir həmlə qılub, anların səfin sındırub bir mövze’də qərar dutdu. Rəvayətdir ki, ol bədbəxtlərdən bə’zi mübaşiri-qətliHüseyn olub, bə’zi mütəvəccihi-nəhbi-Əhli-Beyt oldular. Həzrətiİmam ol halətdən vaqif olub ayıtdı: "Ey Ali-Əbu Süfyan, tutalım ki, sizdə iman əsəri yoxdur, barı, qaideyi-namusi-cahiliyyəti ki, lazimeyicibilliyyətinizdir, tərk etmək nə münasibdir ki, qəsdi-əvrat edərsiz? Əgər məqsudiniz bənim qətlim isə, ol müddəa bəndən müyəssərdir". Şimri-məl’un ayıtdı: "Ey Hüseyn, bu iltimasun qəbul edəriz". Pəs, ləşkəri təərrüzi-Əhli-Beytdən mən’ edüb mübaşiriqətli- Hüseyn oldu.

Rəvayətdir ki, ol kəmali-zə’flə tiği-abdarından ehtiraz edüb, qətlinə kimsənə iqdam edə bilməzdi. Aqibət İraqdan tirbaran etdilər. Həzrəti-İmam gördü ki, cövlan etməgə qüdrət yox, naçar mərkəbdən enüb piyadə oldu ki, mərkəbinə tirbarandan zərər yetməyə, zira yadigari-Mustəfa və Murtəza olub mükərrəm və möhtərəm idi. Ol bədbəxtlər Həzrəti-İmamı piyadə görüb, dilir olub qətlinə mütəvəccih oldular. Əsnayi-mə’rəkədə bir lə’in ol afitabi-övci-səadətin cəbini-mübarəkinə bir ox urub məcruh [etdi]. Həzrəti-İmam ol navəkixunfəşanı çəküb, cəbini-mübarəkindən məhasini-şərifinə qanlar rəvan olub, xəzab olduqda mübarək əliylə rüxsarinə sürüb mübahat edərdi ki: "İnşallah, bu rənglə cəddim xidmətinə müşərrəf oluram". Və bu halətdə qibləyə mütəvəccih olub və bargahi-qürbi-Mə’buda yüz dutub müntəziri-şəhadət oldu. Şe’r:

Şəm’i-həyata sübhi-əcəl verdi iztirab,
Mulki-vücuda seyli-ədəm saldı inqilab.
Gülzari-ömrə qıldı əsər sərsəri-xəzan,
Dəsti-zəmanə rişteyi-ümmidə verdi tab.

Rəvayətdir ki, ol sərvi-riyazi-şəriət sərsəri-hücumi-ə’da və seyli-sihami-əşqiyayla mərkəbdən düşüb bixud olduqda münafiqlər bir-bir, iki-iki qəsdi-qətl edüb müqabilinə gəldikdə rüxsarimübarəkin görüb, şərm edüb tə’xir edərlərdi. Şe’r:

Tökmək övladi-Rəsulun qanını asan degil,
Ol səbəbdən kim, bu qan hər qana bənzər qan degil.

Aqibətul-əmr Şimri-lə’in gördü ki, ləşkər ol Həzrətin qətlində tə’xir edərlər, fəryada gəldi ki: "Ey bihəmiyyətlər, bu nə tə’xirdir?". Dər’ə bin Şəriki-bidövlət gəlüb ol Həzrətin saidi-mübarəkin məcruh etdi və Sinan bin Ənəs kətfi-mübarəkinə bir ox urub, ol iki zəxmdən şahzadəyi-aləm ixtiyarsız düşüb, xaki- Kərbəlaya təzəlzül buraxdı və ol vaqiədən sükkani-təhtüs-səradan Sürəyyaya ğülğülə çıxdı. Dövrani-fələk sərasimə olub derdi ki: "Aya, bu nə əmri-qəbihdir?". Və daireyi-zəman iztiraba düşüb təəssüf çəkərdi ki: "Aya, bu nə zülmi-sərihdir?". Əlqissə, Xəvl bin Yezidi-Əshəbi və anın fərzəndi Şibl bin Yezid ittifaqla piyadə olub, ol sərəfrazın səri-mübarəkin bədəni-şərifindən cüda qılmaq qəsdinə mütəvəccih oldular. İqdam etdikdə məhabət müstövli olub müyəssər olmadı. İsmail Buxaridən nəqldir ki, şahzadə duşdugu saətdə İbn Sə’d əmriylə bir mübariz anın qətlinə iqdam etdikdə Həzrəti-İmam ayıtdı: "Ey fəqir, bənim qatilim sən degilsən, bu əmri-qəbihə iqdam etmə. Heyfdir ki, atəşi-duzəxə giriftar olasan". Ol mübariz giryan olub ayıtdı: "Ya İbn Rəsulullah, bu halətdə sən hənuz bizə rəhm edərsən, Əhli-Həq olduğuna şəkküm qalmadı". Ol mübariz biməhaba əlindəki tiği müraciət qılub İbn Sə’də həvalə qıldı. Mülazimlər hər tərəfdən mane olub, ana zəxmlər urub, ol yeganeyi-zəman bədəni-məcruhla Həzrəti-İmam hüzurinə gəlüb ayıtdı: "Ya Hüseyn, sənin üçün bəni şəhid edərlər". Həzrəti-İmam ayıtdı: "Mücahidlər əməli zaye’ olmaz".

Əlqissə, hər tərəfdən tiğlər çəküb Yezidin ən’amü iltifatı ümidinə ol əmriqəbihə iqdam edərlərdi. Əmma kimsənəyə bu şəqavət müyəssər olmayub iki kimsənəyə münhəsir oldi: biri Sinan bin Ənəs və biri Şimri-Zilcövşən. Sinani-bədbəxt istədi ki, ol əmrə mübaşirət qıla, Şimri-bidövlət sibqət edüb ol Həzrətin sineyi-bikinəsinə qədəm basdı. Həzrəti-İmam göz açub dedi: "Ey bədbəxt, sənə kim derlər?". Dedi: "Bən Şimri-Zilcövşənəm". Həzrəti-İmam ayıtdı: "Daməni-zireh çehreyi-napakindən götür, səni görəyim". Ol bədbəxt daməni-zireh rəf’ edüb, çehreyi-napakini göstərdikdə Həzrəti-İmam gördü ki, dişləri xinzir dişləri kibi dəhani-pəlidindən dışra çıxmış. Dedi: "Sədəqə-Allah və sədəqə Rəsulullah"[26], bu bir nişanədir". Zira vaqiəsində Həzrəti-Rəsul, qətlindən xəbər verüb və’deyi-qətlin müqərrər etmişdi. Dedi: "Ey Şimr, bənim qətlim sənə müqəddər olubdur, əməlində təqsir etmə. Əmma ey Şimr, bu vəqt nə vəqtdir və bu gün nə gündür və bu ay nə aydır?". Şimr ayıtdı: "Məhərrəm ayıdır, cümə günüdür və nəmaz vəqtidir". Həzrəti-İmam ayıtdı: "Ey zalim, bunun kibi şəhrihəram və ruzi-cəm’iyyət və vəqti-nəmaz ki, xütəbayi-İslam və rüusi-mənabirdə cəddim övsafın bəyan edərlər və übbadi-xəvasü əvam mütəvəccihi-dərgahi- Mə’bud olub ədayi-ibadət qılurlar, sən nişə bu əmri-qəbihə iqdam edərsən? Barı, ey Şimr, köksüm üzərindən durub bir miqdar möhlət ver ki, bən dəxi ləbi-təşnə ilə nəmaza məşğul olayım və çün nəmazda ikən şəhid olmaq bana mirasdır, bən dəxi ol səadəti bulayım".

Şimri-bədbəxt ol Həzrətin sinəsindən durub və ol Həzrətdə bir miqdar qüdrət var idi ki, oturub qibləyə mütəvəccih olub nəmaza iştiğal etdi. Ol vəqt bir vəqt idi ki, sultani-sərapərdeyi-tarəmi-çarüm sihami-şüain xarü xaşaka urub, parəparə qılub və şəmşiri-şə’şəəsin kuhsara çalmaqdan sındurub zəvala mütəvəccih olmuşdu. Və xütəbayi-ümmət minbərə çıxub "Innə’llahə yə’muru bil-ədli və’l- ihsani və itai zi’l-qurba və yənha əni’l-fəhşai və’l-münkəri və’lbəğyi yə’izu kum lə’əlləkum təzəkkərun"[27] moizəsin zalimlərə ilqa qılub və müəzzin minarələrdən "Innə’l-lahə və məlaikətəhu yusəllunə ə’lən-nəbiyyi"[28] zəmzəməsin cəhana salmışdı. Filvaqe’, əgərçi ol vəqt aləmi-surətdə əhli-zəlalətin kövkəbi-iqbalları dərəceyi-rif’ətdə İbn Sə’d və sayir ümərayi-ləşkəri-Yezid bir-birinə təhniyeyizəfər verüb, ümidi-iltifatü ən’amla nişati-təmam bulub və Yezid və Übeydullahi- Ziyad məsnədi-hökumətlərində məcalisi-tərəb tərtib edüb nazü nuşla məşğuli- eyşü tərəb olmuşlardı və Əhli-Beytiİmamın nəvayibü əhzanı kəmala yetüb Hüseyn və sayir şühəda aludeyi-xakü xun, dəşti-Kərbəlada mərkəblər paymalı olub, mütəhhərati-hərəmsərayi-nübüvvət riqqəti-qəlblə küştələrin parəparə bərabərlərində görüb və başları üzrə mücərrəd tiğlər müşahidə qılub iztirabitəmamla təzəlzül bulmuşlardı. Əmma aləmi-mə’nidə ol bədbəxtlərin münşiyiqəza, nasiyeyi-əhvallərinə rəqəmi-"Xəsirə’ddunya və’l-axirətu"[29] çəküb istirdadine’ mətlərinə fələk pənceyitəsərrüf mühəyya qılub və tə’zibi-ruhlarına Malikiduzəx səlasilü əğlal mürəttəb edüb, əsəri-zülmü sitəmləri sərayi-aqibətlərin viran etmişdi. Və Həzrəti-Hüseynə və ətbainə ərvahi-ənbiya istiqbal edüb, məlayikeyimüqərrəbə nisar üçün ətbaqi-cəvahiri-təhiyyat mühəyya qılub, divani-qəzadan [misali]-hökuməti-dünyavü axirət verilüb və mütəhhərati-Əhli-Beytə hüccəti-təmliki- hur və qüsuri-cənnət ən’am olunub, səm’i-rizalərinə müjdeyi-ehtiramidünyəvi və üxrəvi yetmişdir. Şe’r:

Bir dükandır bu büsati-dəhr kim, ümmalinə
Əcr miqdari-əməldir, müzd miqdari-hünər.
Xakdani-dəhr bir məzrə’dirü ə’mal zər’,
Xeyr olur məhsul xeyr əhlinə, şər əhlinə şər.

Əlqissə, Həzrəti-İmam nəmaza məşğul olub səcdədə ikən Şimribədbəxt baş qaldırmağa möhlət verməyüb şərbəti-şəhadət içirdi.

"İnna lillahi və inna ileyhi raci’un"[30]. Bu halətdə qülqülə səvame’imələkuta düşüb və xətayiri-cəbərut vəlvəleyi-məlai-ə’ladan dolub, çün padişahi-məsnədiİmamət aləmi-surətdən aləmi-mə’naya intiqal etdi, əhli-aləmi-surət ol dağifəraqa səbr etməyüb, ittifaqla iztirab edüb, micməreyi-gərduni-gərdan qüsurinigari- əflaka atəş urub məlayik pərü balın atəşi-fəraqa yaxdı və şö’bədə-bazi-surət-xaneyi-təbiət silsileyi-rabiteyi-təbayei qət’ qılub əczai-mürəkkəbata ehtiraz bıraxdı. Fəzayi-dərya bu müsibətdə mahilərə çeşmeyi-zəhri-həlahil oldu və ərseyi-səhrayı bu möhnət vühuşü tüyura təngnayi-tənuri-püratəş qıldı.

Nəqldir Ətəmi-Kufidən ki, müqarini-qətli-Hüseyn həvaya bir qübar tari olub ol qayətdə ki, aləm tirəvü tar oldu ki, "əlameyi-Qiyamətdir" – deyüb xəlqi-aləm istiğfara başladılar. Ol qübar mürtəfe’ olduqda Həzrəti-Hüseynin mərkəbi kakülin qanla rəngin edüb, mütəvəccihi-xeyməgah olub, mütəhhərati-Əhli-Beyt ol mərkəbi kaküli-pürxunla şəhzadədən cüda gördükdə fəğanlar edüb, mərkəbi müxatəb qılub növhə ilə ayıtdılar. Şe’r:

Ey səməndi-badpa, billah, qanı ol şəhsəvar?
Nişə ol sərdardan qıldun cüdalıq ixtiyar?
Neylədin ol dürri-şəhvarı ki, tapşurduq sənə?
Qanda saldın, nişə gəlməz, ötdü həddən intizar.
Paybusindən anın məhrum olub, sən ey rikab,
Səxtdilsən kim, gözün olmaz dəmadəm əşkbar!
Dəstbusindən anın düşmüşsən ayrı, ey licam,
Nola toprağa düşüb oldunsa xarü xaksar?!

Anlar sürudla növhə qıldıqca Zülcinah didələrindən əşki-rəvan axıdırdı. Rəvayətdir ki, ol mərkəbi-vəfadar ol Həzrətdən sonra rəhibadiyə dutub minbə’d andan kimsənə nişan bulmadı və anın rükubu kimsənəyə müyəssər olmadı. Rəvayətdir ki, qətldən sonra Şimri-məl’un münafiqlərlə mütəvəccihihərəmsəra olub bünyadi-qarət etdilər, əmma mütəhhərata dəsti-təərrüz yetmədi. Əmma Şimri-bədbəxt Həzrəti-İmam Zeynəlabidinə yetüb qəsd etdi ki, qətl edə, Həmid İbn Müslim təriqi-mən’lə ayıtdı: "Ey bədbəxt, bu növrəsidə əsiri-damimərəzdir. Bigünah qətlinə iqdam etmək mürüvvətmidir?" Və bir rəvayət dəxi oldur ki, Ömər Sə’d mən’ etdi. Bəhər hal, çün müqtəzayi-hikmət bəqayi-şəhzadə idi, ol vərtədən nəcat buldu. Həzrəti-İmamın matəminə iştiğal edüb bu məzmunla sürüda başladı. Şe’r:

Ya Rəb, nə fitnədir ki, cəhan qıldı aşkar?!
Ya Rəb, nə zülmdür ki, əyan etdi ruzigar?!
Ya Rəb, qəza bu əmrdə çəkməzmi infial?!
Ya Rəb, fələk bu fe’ldən olmazmı şərmsar?!
Abü həvayi-gülşəni-möhnətfəzayi-dəhr
Çün olmadı Hüseynə səfabəxşü sazkar,
Aram dutmayub yerə keçsin həmişə ab,
Məhdi-fərağət üzrə həva tutmasın qərar.
Çün xakdani-dəhrdə aram bulmadı,
Sultani-din Hüseyni-Əli, şahi-kamkar,
Badi-fənaya getsə rəvadır bu xakdan,
Ayineyi-vücuda ədəmdən salıb qübar.
Ey dil, hökumətinə cəhanın nə e’timad?!
Ey didə, həşmətinə zəmanın nə e’tibar?!
Olsaydı ruzigar nihadında bir səbat,
Əhdin qılırdı Ali-Rəsul ilə üstüvar.
Dövran cibillətində gər olsaydı bir vəfa,
Ali-Rəsul xidmətin eylərdi ixtiyar.
Ol vəqtdən ki, xəsm rizasıyla tiğü tir
Şahi-şəhidin eylədi ə’zasını figar,
Açmış dəhan təəssüf üçün tiri-tündrəv,
Çəkmiş zəban təhəssür üçün tiği-abdar.
Ya Pəb ki, tiğ çıxmaya həbsi-niyamdan!
Ya Rəb, ki qanda olsa ola tir xaksar.

  1. İnsan şəksiz zərərdədir (Quran, 103, 2).
  2. İman edənlər və yaxşı iş görənlər xaricdir (Qur’an, 103, 3).
  3. Allahın və’di gercəkdir, ancaq çoxları bunu bilməzlər (Qur’an, 28, 13).
  4. Qulların içində şükür edənlər azdır (Qur’an, 34, 13).
  5. Bir qismi cənnətdədir (Qur’an, 42, 7).
  6. Yaxşılar hökmən cənnətdədirlər (Qur’an, 80, 13).
  7. Səbrinizdən dolayı sizə salam olsun! (Qur’an, 13, 24).
  8. Bir qismi cəhənnəmdədir (Qur’an, 42, 7).
  9. Küfr sahibləri cəhənnəmdədir (Qur’an, 82, 14).
  10. Qurtulanlar ancaq cənnət xalqıdır (Qur’an, 59, 20).
  11. Sizin bilmədiklərinizi mən bilirəm (Qur’an, 2, 30).
  12. Nun, qələm və yazılanların haqqı üçün (Qur’an, 68, 1).
  13. Susadım, susadım
  14. Ey qardaşım, qardaşına yetiş!
  15. Ey atacan, susuzluq məni öldürdü və dəmir də əzdi.
  16. Atacan, susadım
  17. Atacan, yetiş!
  18. Ancaq səbr edənlərə saysız mükafat verilir (Qur’an, 39, 10).
  19. Allahın şahidliyi mənə yetər.
  20. Allahın yaratdıqlarının xeyirlisi mənim atamdır.
    Sonra anamdır və mən bu ikisinin oğluyam.
    Mən gümüşəm və iki qızılın oğluyam.
    Anam Fatimətüz-Zəhradır və babam
    Səqəleyn İmamı və peyğəmbərlərin varisidir.
    Mənim kimi vərada belə bil babaya,
    Və ya belə bir şeyxə sahib kİmdir?
    Və mən iki dünya oğluyam,
    Qızıl içində qızılam,
    Dəniz içində dənizəm.
  21. Və Tanrınızdan üzrlər diləyiniz, sonra ona tövbə ediniz ki, sizə gözəl ruzilər versin (Qur’an, 2, 3).
  22. Sənə, babana və atana salam olsun.
  23. Allaha dönəcəklərini yalandan söyləyənlər ziyan etmişlərdir. Nəhayət özlərinə qəfildən o zaman gəlib çatınca "Vay başımıza gələn, nə etdik" – deyərlər (Qur’an, 6, 31).
  24. Tanrı və onun elçisi onu sevir
  25. Mən Rəsulullahın oğluyam, mən Allahın vəlisi Əlinin oğluyam.
  26. Rəsulullah doğru söyləmiş.
  27. Şübhəsiz ki, Tanrı sizə ədaləti, yaxşılığı, yaxınlarınıza yardımı əmr edər. Pisliyi, yamanlığı və zülmü yasaq edər. Bunları ağlınızda tutasınız deyə sizə öyüd verir (Qur’an, 16, 90).
  28. Şübhə yox ki, Allah və mələkləri Peyğəmbərə səlat edərlər (Qur’an, 33, 56).
  29. Həm dünyanı, həm də axirəti qeyb etdi (Qur’an, 22, 11).
  30. Biz Allaha aidik və qayıdışımız da onadır (Qur’an, 2, 155).