Hədiqətüs-süəda/Xatimə/İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhum

Vikimənbə saytından
Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam Hədiqətüs-süəda.
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər
İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhum

Müəllif: Məhəmməd Füzuli
Münacat
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 376–378


Əgərçi izhari-silsileyi-siyadət daxili-əhvali-Kərbəla və şərhiibtilayi-ənbiya olmayub, bu nüsxədə iradı münasib degil, əmma tətəbbö’i-məzmuni-"Rövzətüş-şühəda" təriqi-icmalla təqririnə iqtiza qılmağın, öylə ki, "Şəvahidün-nübüvvət" də məsturdur ərz olunur: "Bilmək gərək ki, əsəhhi-rəvayətdə Həzrəti Əmirəlmö’minin Əli ibn Əbi Talibin otuz altı övladı olub, ol cümlədən on səkkiz nəfər zükur və on səkkiz nəfər ünasdır. Və bə’zi rəvayətdə on doqquz oğlan və on yeddi qızdır. Ol cümlədən altı nəfər əyyami-həyatında mütəvəffa olub, altı nəfər Kərbəlada şərbəti-şəhadət nuş etdilər. Əmma məşhur olanlar İmam Həsən və Hüseyn, Möhsin və Yəhya, Əbdullah və Məhəmməd Hənifə, Əbu Bəkr və Ömər, Osman və Əvn, Cə’fər və Əbbas. Və’llahü ə’ləm[1].

Həzrəti-İmam Həsən əleyhissəlam əkbəri-övladi-Zəhradır, ikinci İmamdır. Viladəti-şərifi Rəməzan ayının on beşinci günündə hicrətin üçüncü yilində və vəfatı Səfər ayının on toquzuncu gecəsində, hicrətdən əlli yil keçdikdə. Və müddəti-ömri-şərifləri qırx altı yil, altı ay və on beş gün idi. On altı nəfər övladı olub, on biri zükur və ol cümlədən məşhur olan Zeyd və Hüseyn və Təlhə və İsmail və Əbdullah və Həmzə və Əbdurrəhman və Ömər və Qasİmdir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Hüseyn üçüncü İmamdır. Viladəti-şərifi hicrətin dördüncü yilində və mürzi’əsi Ümmül-Fəzl idi, zövcəyi Əbbas bin Əbdülmüttəlib və övladı Əliyyi-Əkbər və Əliyyi-Övsət və Əliyyi-Əsğər və Əbdullah və Məhəmməd və Cə’fərdir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Zeynəlabdin dördüncü İmamdır. Viladəti-şərifi hicrətin otuz altı yilində vaqe’ olub, vəfatı yetmiş beşinci yilindədir. Övladı on səkkiz nəfər olub, ol cümlədən övladi-zükur doqquz nəfər və övladi-ünas doqquz nəfər idi. Əmma övladi-zükurdan məşhur olan Məhəmməd Baqir və Əbdullah Bahir, Zeydi-Şəhid və Öməri-Əşrəf və Hüseyni-Əsğər və Əliyyi-Əsğər idi. Və’llahu ə’ləm.

Məhəmməd Baqir beşinci İmamdır. Künyəti Əbu Cə’fər, ləqəbi Baqir və viladəti-şərifi Mədinədə cümə günü Səfər ayının üçüncü günündə, hicrətin əlli yeddinci yilində vaqe’ olub. Yeddi övladı olub, ol cümlədən məşhur olan Cə’fər və Əbdullah və İbrahim və Əlidir. Və’llahu ə’ləm.

Həzrəti-İmam Cəfəri Sadiq altıncı İmamdır və viladəti-şərifi Mədinədə düşənbə günü Rəbiül-əvvəl ayının on yeddinci günündə, hicrətdən səksən yil keçdikdə. Və əksəri-ülumi-qəribə ana mənsubdur: cifri-əhmər, cifri-əbyəz və müshəfi-Fatimə kibi və cifricame’ kibi. Və yeddi övladı [olub] İsmail və Əbdullah, Musa və Ishaq, Məhəmməd və Əbbas və Əli. Və’llahu ə’ləm.

Həzrəti-İmam-Musa Kazim yeddinci İmamdır. Viladəti-şərifi-yekşənbə günü, hicrətdən yüz yigirmi yeddi yil keçdikdə Harunərrəşid həbsində vəfat etdi. Altmış nəfər övladı olub, ol cümlədən otuz yeddi ünas və yigirmi üç zükur. Məşhur olanlar Əbbas və Harun və İshaq və İsmail, Həsən və Riza və İbrahim və Murtəza və Məhəmməd və Cə’fərdir. Və’llahu ə’ləm:

Həzrəti-İmam Əli İbn Musa ər-Riza səkizinci İmamdır. Viladəti-şərifi Mədinədə pəncşənbə günü, nisfi-Rəbiül-axir, hicrətdən yüz əlli yil keçdikdə vaqe’ olmuş. Və ol Həzrətin beş nəfər övladı olmuş: Məhəmməd və Həsən və Cə’fər və İbrahim və Hüseyn. Və’llahu ə’ləm. Həzrəti-İmam Məhəmməd Təqi doquzuncu İmamdır. Viladətişərifi cümə günüu nisfi-şəhri-Rəcəb, hicrətdən yüz doqsan beş yil keçdikdə vaqe’ olmuş. Mö’təsim əyyami-xilafətində zəhrlə şəhadət buldu. İki nəfər fərzəndi-səadətməndi olmuş: Əliyyi-Hadi və Musa. Və’llahu ə’ləm.

Həzrəti-İmam Əliyyən-Nəqi onuncu İmamdır və viladəti-şərifi Mədinədə Rəcəb ayının on üçüncü günündə vaqe’ olmuş. Müstənsir əyyami-xilafətində şəhid olmuş. Üç oğlu olub: Həsən və Hüseyn və Cə’fər. Və’llahu ə’ləm. Həzrəti-İmam Həsəni-Əskəri on birinci İmamdır. Viladəti-şərifi Mədinədə. Ol həzrətin Məhəmməd Mehdidən qeyri fərzəndi yoxdu. Və’llahu ə’ləm.

Həzrəti-İmam Məhəmməd Mehdi on ikinci İmamdır. Məzhəbi İmamiyyə müqtəzasincə və silsileyi-İmamət anda xətm olur. Və’llahu ə’ləm.

  1. Ən doğrusunu Allah bilir.